"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycanın vitse-spikeri: `Cəbhədə müharibə gedir…`

28 Aprel 2016 - 20:22
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

“Aprel ayının əvvəlində təmas xəttində gedən gərgin döyüşlərdən sonra Ermənistan tərəfi Azərbaycanın cavab tədbirlərindən dərs götürməli idi. Bu ölkə üzərinə götürdüyü öhdəliklərə uğun olaraq addımlar atmalı, atəşkəslə bağlı razılaşmanın müddəalarına əməl etməli idi. Ancaq atəşkəs razılaşmasından bir neçə gün keçəndən sonra Ermənistan Azərbaycanı hədələməyə, revanş götürməyə çalışdı”.

Bunu  açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

Vitse-spiker ermənilərin son iki gün ərzində törətdikləri təxribatlara münasibət bildirərək qeyd edib ki, beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar siyasətinə artıq “dur!” deməldir:

“Ermənilər mülki əhalini təhdid edir, dinc sakinlərin evlərini atəş zərbəsi altında saxlayır. Son iki gündə baş verən hadisələr zamanı dəyən ziyan, o cümlədən Azərbaycanın mülki vətəndaşlarının həyatını itirməsi və ağır bədən xəsarətləri alması faktı dünya ictimaiyyətini bu məsələyə daha ciddi yanaşmağa vadar etməlidir. Ermənistana təcavüzkar siyasətini durdurmaq üçün təziqlər göstərilməlidir.

Biz görürük ki, iki gündür məhz Ermənistan tərəfindən atəşkəs pozulur, hadisələr daha da gərginləşir və konkret olaraq ortada dünyanı narahat edə biləcək “nəticələr” var. Amma Ermənistanı durdurmaq istiqamətində hanısa bir çağırış və səylər göstərilmir.
Buradan belə aydın olur ki, aprel ayının əvvəlində cəbhə xəttindəki gərginliklə bağlı atəşkəs çağırışları status-kvonu qorumaq və təcavüzkar Ermənistan qoşunlarını təhlükədən xilas etmək naminə edilib. Ermənistana özünü toplamaq və revanş götürmək üçün belə çağırışlar edilib”.

B.Muradova vurğulayıb ki, Ermənistanın cəbhə xəttində qadağan olunmuş silahlardan istifadə etməsi qəbuledilməzdir:

“Ümumiyyətlə, status-kvo qəbul edilməzdir. Bir qonşunun digər qonşunun ərazisini işğal etməsi və 20 ildən artıq güc tətbiq etməklə təcəvüzkar siyasəti davam etdirməsi yolverilməzdir. Buna dünya birliyi öz sözünü deməlidir. Əks təqdirdə Azərbaycan tərəfi öz ərazi bütövlüyünü, suverenliyini, vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün vasitələrdən istifadə edəcək. Təbii ki, bu, Ermənistan ordusu üçün ölümlər, insan itkisi və qan hesabına başa gələcək. Dünya bunu istəyir? Ona görə də beynəlxalq təşkilatlar, o cümlədən bizi daimia sülhə çağıran ATƏT, Minsk qrupu Ermənistanı durdurmalıdır. Beynəlxalq icitmaiyyət özündə güc tapıb Ermənistanın bu təcavüzkar siyasətinin qarşısını almalıdır.

Belə çıxır ki, Ermənistan dünyanın ərköyün uşağıdır? Və həmin uşaq nə istəyirsə edə bilər? Digər dövlətlərə kiçik hərəkətə görə sanksiya tətbiq ediliyi halda, niyə Ermənistana bu tətbiq olunmur?”.

Milli Məclisinin sədr müavini qeyd edib ki, Ermənistan prezidenti Serj Sarkisyan törətdiyi cinayət əməllərinə görə məhkəmə qarşısında cavab verəcək:

“Sarkisyanın cinayətkar olmasını və bu hadisələrin başında durmasını sübut etməyə ehtiyac yoxdur. Çünki o, mülki insanlara, uşaqlara, qadınlara qarşı manyakal hisslərini nümayiş etdirir, onlara əziyyət verir. Bununla bağlı sənədlər, faktlar var. Hazırkı durum da bunu sübut edir. Həm beynəlxalq qanunvericilik, həm də milli qanunlar çərçivəsində biz gələcəkdə bu cinayətləri törədən şəxsləri məhkəmə qarşısında cavab verməyə vadar edəcəyik.

Azərbaycanın yeritdiyi siyasət məhz buna yönəlib. Bu gün Sarkisyan Ermənistan prezidenti kimi məsuliyyətdən yayınır. Ermənistandakı vəziyyət onun ömürlük prezident olmayacağını deməyə əsas verir.

On minlərlə erməni anaları gözü yaşlı qalıb. Onlar özgə torpaqlarında övladlarını itirməli olublar. Həm Azərbaycanın yeritdiyi doğru siyasət, həm də erməni analarının ah-naləsi Sarkisiyanı tutacaq və o, hüquq və mənəvi qanunlar qaşısında cavab verəcək. Sarkisyan bundan canını qurata bilməyəcək”.

B. Muradaova, həmçinin qeyd edib ki, bu gün cəbhədə müharibə gedir: “Hər gün dinc insanlar ölür, ağır artilleriyadan, qadağan olunmuş silahlardan istifadə olunur. Bu müharibə deyil, nədir? Nisbi atəşkəs mövcud olduğu dövrdə kimlərsə bunu sülh hesab edirdisə, çox böyük yalnışlığa yol veriblər. Çünki bu nisbi sülh, atəşkəs idi. Bunun müharibə olması faktı heç vaxt gündəmdən düşməyib. Ermənistan günahkardır. Məhz bu səbəbdən də Azərbaycanla həmişə müharibə vəziyyətində olub. İndi isə vəziyyət aktiv döyüşlər formasına keçib. Bu, müharibədir!”

Previous Post

Azərbaycanın vitse-spikeri: `Cəbhədə müharibə gedir…`

Next Post

Müdafiə naziri əmr verdi: “Düşmənin bütün hərbi obyektləri vurulsun”

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Müdafiə naziri əmr verdi: “Düşmənin bütün hərbi obyektləri vurulsun”

Müdafiə naziri əmr verdi: “Düşmənin bütün hərbi obyektləri vurulsun”

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.