Bu ilin yanvar-may aylarında Azərbaycan xaricə 8 058 720,31 min ABŞ dolları dəyərində 11 383 684,99 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.
Məlumata görə, ixrac olunan xam neft və xam neft məhsullarının həcmi 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 4,51% azalsa da, dəyəri 63,55% artıb.
Qeyd edək ki, ötən il Azərbaycan xaricə 13 218 936,05 min ABŞ dolları dəyərində 27 116 060,62 ton xam neft və xam neft məhsulları ixrac edib. İxrac olunan xam neft və xam neft məhsullarının həcmi 2020-ci ilin göstəricisi ilə müqayisədə 6,6% azalsa da, dəyəri 41,2% artıb.
Qlobal bazarlarda çöküş: Trilyonlarla dollar niyə itirilir və dünya iqtisadiyyatını nə gözləyir? – TƏHLİL
Dünya maliyyə bazarlarında son dövrün ən ciddi satış dalğalarından biri müşahidə olunur. ABŞ fond indekslərində kəskin azalma, texnologiya şirkətlərinin səhmlərinin...





















Son şərhlər