Mingəçevirdə 10 yaşlı qız uşağı alçadan zəhərlənərək ölüb.
Elchi.az xəbər verir ki, hadisə Bahar küçəsində yerləşən fərdi təsərrüfatlardan birində baş verib.
2013-cü il təvəllüdlü Lalə Quluzadə həyətlərində yetişən alçadan zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, qızın atası bütün təsərrüfatı zərərvericilərdən qorumaq üçün dərmanlayıbmış, qız isə bilmədən birbaşa ağacdan dərdiyi alçaları yeyib.
Faktla bağlı araşdırma aparılır.
DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı
Baş Dövlət Yol Polisi İdarəsi ölümlə nəticələnin yol qəzaları ilə bağlı sürücülərə çağırış edib. İdarədən Elchi.az-a verilən xəbərə görə, son...





















Son şərhlər