Azərbaycanda bütün mövcud çimərliklərə nümunə olacaq çimərlik yaradılacaq. |
“Bu il çimərlik turizmi ilə bağlı müsbət nəticəyə gələ bilmədik. Artıq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Nardaran qəsəbəsinə yaxın ərazidə 2 km-lik yer ayrılıb. Potensial investorlarla yaxın günlərdə işlər başlanacaq. Gələn mövsümə hazırlanmasını istəyirik. Bu çimərlik klasterinin yaradılması digər çimərliklər üçün də nümunə ola bilər”, – deyə nazir müavini əlavə edib.
N.Səmədov qeyd edib ki, hazırda turizm sektorunda 43 mindən çox adam çalışır. Ümumilikdə, mədəniyyət və turizm sektorunda 100 minlik işçi heyəti mövcuddur.



















Son şərhlər