"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycanda kredit götürmək çətinləşdi- – Bu, kimə xeyirdi?

07 Sentyabr 2015 - 14:45
in XƏBƏR LENTİ
FacebookVatsap
101237Ötən ay Mərkəzi Bank banklarda “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik” barədə göstəriş verib “Qafqazinfo” xəbər verir ki, qərarın verilməsində məqsəd banklarda xərclərin optimallaşdırılması

 

Bunu da oxuyun

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

Bir neçə banka kredit borcu olan, aylıq borc yükü ilə gəlirləri uyğunluq təşkil etməyən istehlakçılara kredit ayrılmayacaq.

Bu da o deməkdir ki, artıq insanların kommersiya banklarından kredit götürməsi prosesi çətinləşəcək.

Belə ki, artıq bir neçə banka  kredit borcu olan, aylıq borc yükü ilə gəlirləri uyğunluq təşkil etməyən istehlakçılara kredit ayrılmayacaq. Vəziyyətə ümumi nəzər salsaq deyə bilərik ki, bu qərarla artıq Azərbaycanda 80 faiz əhali kredit götürə bilməyəcək.  Çünki ölkədə hər dörd nəfərdən birinin bir deyil, hətta bir neçə banka kredit borcu var.

Burada bir məsələni də xüsusi qeyd etmək yerinə düşər. Vətəndaşlar daha çox avtomobil, mobil telefon almaq, öz yasını, toyunu keçirmək və beləliklə də hər xırda ehtiyacını qarşılamaq məqsədilə banklara üz tuturlar. Yəni bankdan kredit götürüb bunu  kiçik biznesə cəlb etmək və oradan gəlir götürmək əvəzinə,  xırda və bəzən də anlamsız məişət ehtiyaclarını ödəyirlər. Belə olan halda, təbiidir ki, vətəndaşın kredit borcunu geri qaytarmaqda çətinliyi olacaq.

Xatırladaq ki, ölkədə bir neçə müddətdir ki, problemli kreditlərin maksimal həddə olduğu, bankların bu prosesdən əziyyət çəkdiyi barədə həm ekspertlər, həm də bank mütəxəssisləri həyəcan təbili çalırdılar. Xüsusilə 21 fevral devalvasiyasından sonra istehlakçılar banklara olan borcunun qaytarılmasını gecikdirib. Statistikaya nəzər salsaq, avqust ayınının nəticələrinə görə, ölkədə problemli kreditlərin həcmi 1,3 milyard manatı ötüb.

Görünür, uzun müzakirələrdən sonra Mərkəzi Bank bank sisteminin çöküşünün qarşısını almaq,  istehlak kreditləşməsi üzrə ixtisaslaşan bankların fəaliyyəti məhdudlaşdırıb onları real sektoru maliyyələşdirməyə sövq etmək məqsədilə də əvvəldə qeyd etdiyimiz  qərarı verib.

“Pulum yoxdur. İş yerim də yoxdur. Bu səbəbdən kreditimi qaytara bilmirəm. Versinlər məni məhkəməyə”.

Qeyd edək ki, əvvəllər kommersiya bankları hətta iş yeri olmayan vətəndaşlara da kredit ayırırdılar.  Prosesin necə sonlanacağını isə düşünmürdülər. İndi isə həmin şəxslər banklara borcunu qaytarmaqdan imtina edir. Məsələnin məhkəmə səviyyəsinə çıxmasına belə əhəmiyyət vermirlər.

Məşhur bir deyimi indi banka borclu olan şəxslərdən çox eşidirik:

“Pulum yoxdur. İş yerim də yoxdur. Bu səbəbdən kreditimi qaytara bilmirəm. Versinlər məni məhkəməyə”.

Xeyli müddətdir ki, borclulardan bu deyimi eşidən banklar da problemdən əziyyət çəkirlər. Çünki banklar krediti əsasən əhalinin əmanətlərindən ayırırlar. Bankların bu vəziyyətini görən əmanətçilər də sürətlə əmanətlərini banklardan geri çəkirlər.

Vətəndaş lombardlara, sələmçilərə üz tutur

Xatırladaq ki, uzun illər əhalini bu kredit burulğanına məhz banklar salmışdı.  Pula ehtiyacı olan vətəndaş banklardan kredit götürürdü. Faizlər yüksək olmasına rəğmən əhali kredit götürməyə məcbur qalmışdı. Banklar da necə gəldi, məsuliyyətsiz şəkildə vətəndaşa kredit verirdi. İndinin özündə də insanlar kredit götürməyə məcburdur. Mərkəzi Bankın son qərarı isə əhalinin bu ümidini gözündə qoyacaq. Elə qərardan sorna da sosial şəbəkələrdə məhz bu məqam müzakirələrə səbəb olub. Görəsən, yeni qərar kimə xidmət edəcək? Məcbur qalıb, hansısa problemi həll etmək üçün banka sığınan vətəndaş bundan sonra nə edəcək?

Tutaq ki, bu gün 300 manat maaş alan  müəllim  kredit üçün  banka müraciət edir, amma bank ona kredit ayırmır. Çünki həmin müəllimin bir neçə banka kredit borcu var. Yeni qaydaya əsasən, borclar ilə gəlirlər arasında mütənasiblik olmalıdır.

Belə olan halda pula ehtiyacı olan vətəndaş lombardlara, sələmçilərə üz tutacaq.  Bu da mövcud durumu daha da çətinləşdirəcək. Çünki sələmçi və lombardlar daha yüksək faizlə vətəndaşa pul ayırır. Bir sözlə deyə bilərik ki, verilmiş bu qərar vəziyyətdən çıxış yolu hesab edilə bilməz.

Burada daha çox iş hökumətin üzərinə düşür. Əhalini kredit yükündən azad etmək üçün daha optimal yollar düşünülməlidir. Bunun üçün əhalinin maaşları artırılmalı, işsiz insanlar işlə təmin edilməli, istehlak kreditləşməsinin istiqaməti düzgün müəyyənləşdirilməlidir.

Əhalinin gəlirləri rəsmiləşdirilməli, kredit faizləri aşağı salınmalıdır

Əhalini müəyyən dərəcədə qədər kredit öhdəliyindən, mövcud vəziyyətdən tamamilə qurtarmağın yolları barədə “Qafqazinfo”ya danışan ekspert Samir Əliyev bildirib ki, hökumət ilk növbədə yerli istehsalı stimullaşdırmalıdır: “Çalışmaq lazımdır ki, istehlak kreditləşməsi yerli istehsala yönəlsin. Bunun üçün ilk növbədə əhalinin gəlirləri rəsmiləşdirilməli, kredit faizləri aşağı salınmalıdır. Faizlər əhəmiyyətli dərəcədə aşağı salınarsa, problemli kredit məsələsi, hətta aylıq ödəniş məsələsi xeyli azalar. Belə olan halda da insanlar daha çox kredit ala bilərlər”.

Ekspert MƏRKƏZİ Bankın yeni göstərişini belə izah edib:

“Ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı BYG əmsalından (aylıq borc yükünün gəlirə nisbəti) istifadə olunacaq. Bu əmsal hesablanarkən sizin hər ay ödədiyiniz və ödəməyə hazırlaşdığınız borc yükü toplanaraq aylıq gəlirinizə bölünəcək. Məsələn, fərz edək ki, aylıq qazancınız 400 manatdır. Hazırda hansısa banka hər 100 manat kredit ödəyirsiniz. Yeni kredit xətti aşmaq istəyirsiniz və banka müraciət etmisiniz. İstədiyiniz məbləğin aylıq ödənişi isə təxminən 120 manat edir. Bu halda BYG əmsalı (100 AZN +120 AZN)/400 AZN x100% = 55% olacaq. Belə vəziyyətdə sizə istədiyiniz məbləğ verilməyəcək. Sizin kredit ala bilməniz üçün BYG əmsalı 50%-dən aşağı olmalıdır. Yəni bu əmsal nə qədər aşağı olsa bir o qədər şansınız artacaq. Deməli, indiki gəlirlər siz aylıq ödənişin ən çoxu 100 AZN olan həcmdə (bu halda BYG 50% olur) kredit götürə bilərsiniz. Bu əmsal bütün dünyada PTİ (payment –to-income) əmsalı adı ilə tanınır.

Artıq bütün istiqamətlərdə satış ölüb

Ümumilikdə isə, Mərkəzi Bankın mövcud qərarının  yaranmış problemin həllinə yönəlik addım olduğunu nəzərə çatdıran ekspert qeyd edib ki, hazırda bank sektorunda problemli kreditlərin həcmi artıb: “Vaxtilə banklar məsuliyyətsiz kredit verərək müştərini düzgün qiymətləndirməyiblər. Bu qərar gələcəkdə bankların problemli kreditlərlə üzləşməsini xeyli dərəcədə məhdudlaşdırır. Vətəndaş da bundan sonra məsuliyyətsiz kreditə üz tutmayacaq. Strateji baxımdan bu düzgün addımdır.

Məsələnin başqa mənfi tərəfi odur ki, qərar əhalinin kreditə olan əlçatanlılığını azaldacaq. Bu da iqtisadiyyatda alıcılıq qabiliyyətini azaldan amildir. Məsələn, əvvəllər avtomobillər, məişət texnikası kreditlə alınırdı.  İstehlak krediti hesabına bazarda xeyli tələbat yaranmışdı. Kredit prosesinin çətinləşməsi ona gətirib çıxarıb ki, artıq bütün istiqamətlərdə  satış ölüb”.

Azərbaycanda isə istehlak kreditləri istisnasız olaraq xarici şirkətlərin istehsal etdiyi məhsullara yönəlir…

S. Əliyev əlavə edib ki, Azərbaycanda istehlak kreditinin verilməsi prosesi dünya ölkələrindən fərqlənir: “Məsələn, Amerika, Almaniya kimi ölkələrdə istehlak kreditinin faydaları bizə nisbətən xeyli çoxdur. İstehlak krediti bu kimi ölkələrdə istehsalı tənzimləyir və dəstəkləyir. İstehsala stimullaşdırmaqla tələb yaradır, eyni zamanda vətəndaşın tələbatı da ödənilir. Ona görə də xarici ölkələrdə bu kredit növü iqtisadi inkişafa yardım edir. Azərbaycanda isə istehlak kreditləri istisnasız olaraq xarici şirkətlərin istehsal etdiyi məhsullara yönəlir. Belə çıxır ki, biz xarici ölkələrin istehlakçılarını dəstəkləyirik.  Bu da iqtisadi baxımdan düzgün addım deyil”.

Previous Post

Azərbaycanda kredit götürmək çətinləşdi- – Bu, kimə xeyirdi?

Next Post

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Bənzər yazılar

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

17 Sentyabr 2026 - 23:54

ABŞ Prezidenti Donald Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib, bu mərhələdə münaqişəyə son qoymaq üçün kütləvi hücumların bərpa olunub-olunmaması...

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

17 Sentyabr 2026 - 23:12

Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqlar başa çatdırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X"də...

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

17 Sentyabr 2026 - 22:54

İsveçdə hərbi təlim poliqonunda baş verən partlayış nəticəsində hərbçilər də daxil olmaqla yeddi nəfər yaralanıb. Elchi.az -ın "Sveriges Radio"ya istinadən...

ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

17 Sentyabr 2026 - 22:52

ABŞ əvvəllər Almaniya tərəfindən alınmış və dəyəri 29,6 milyon dollar olan "Patriot" hava hücumundan müdafiə sistemləri üçün əlavə 10 ədəd...

Next Post

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Son xəbərlər

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

17 Sentyabr 2026 - 23:54
Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

17 Sentyabr 2026 - 23:12
İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

17 Sentyabr 2026 - 22:54
ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

17 Sentyabr 2026 - 22:52
Paşinyan TRIPP layihəsinin reallaşması ilə bağlı iclas keçirib

Paşinyan TRIPP layihəsinin reallaşması ilə bağlı iclas keçirib

17 Sentyabr 2026 - 22:46
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

17 Sentyabr 2026 - 22:44
Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

17 Sentyabr 2026 - 21:24
Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

17 Sentyabr 2026 - 21:21
Ölkəmizdə bu ərazidə zəlzələ olub

Ölkəmizdə bu ərazidə zəlzələ olub

17 Sentyabr 2026 - 21:19
Litva 2030-cu ilədək ümumi hərbi çağırışa keçmək niyyətindədir

Litva 2030-cu ilədək ümumi hərbi çağırışa keçmək niyyətindədir

17 Sentyabr 2026 - 21:17
AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər

AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər

17 Sentyabr 2026 - 20:35
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

17 Sentyabr 2026 - 20:33
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib

17 Sentyabr 2026 - 19:26
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

17 Sentyabr 2026 - 19:17
Səudiyyə HHK-nin bombardmanı nəticəsində yeniyetmələr həlak olub

Səudiyyə HHK-nin bombardmanı nəticəsində yeniyetmələr həlak olub

17 Sentyabr 2026 - 19:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.