"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycanda iranlılara viza sərhəddə veriləcək – Səfir (Müsahibə)

28 İyul 2016 - 20:40
in XƏBƏR LENTİ
FacebookVatsap

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin IRNA agentliyinə müsahibə verib.

Bunu da oxuyun

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

 

– İran və Azərbaycan prezidentləri arasında son 1-2 ildə 6 görüş keçirilib. Bu barədə və həmin görüşlərin Tehran-Bakı münsaibətlərinin inkişafına göstərdiyi təsir haqda nə deyə bilərsiniz?

– Bəli, prezidentlər 2013-cü ildən indiyədək Davos, Tehran, Bakı, Həştərxan, İstanbul və Tehran şəhərlərində görüşüblər. Təbii ki, ən yüksək qərarverici instansiya kimi, prezidentlərin görüşü anlaşmaların əldə edilməsində və razılaşmaların icrasında çox mühüm rol oynaya bilər.

Fikrimcə, iqtisadi sahədə Rəşt-Astara dəmir yolu xəttinin tikintisində əməkdaşlıq və ya ticarət əlaqələri üçün maneələrin azaldılması, energitika və təhlükəsizlik sahələrində işbirliyi və xüsusilə də, terrorizmə qarşı mübarizədə əməkdaşlığa dair önəmli qərarların qəbulu prezidentlərimizin dostluğu və davamlı görüşləri sayəsində mümkün olub.

Nüvə anlaşmasından sonrakı dövrdə bizim prioritetimiz qonşularla əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsidir. İran İslam Respublikası və Azərbaycan Respublikası regionda təhlükəsizlik və sabitliyə yanaşmada eyni mövqedən çıxış edir. Biz regionda ikitərəfli və çoxtərəfli əməkdaşlığı zəruri sayırıq və bunun sülh, dostluq və əmin-amanlığın güclənməsinə xidmət edəcəyinə inanırıq.

İran ilə Azərbaycanın sivilizasiyası, mədəniyyəti bir kökdən qaynaqlanır. İran İslam Respublikası Azərbaycanla əmkdaşlığın hərtərəfli inkişafı və münasibətlərin möhkəmləndirilməsinə limit qoyulmasına lüzum görmür.

– Hazırda Tehran-Bakı münasibətlərində hansı sahələr prioritetdir? İki ölkənin ticarət dövriyyəsinin həcmi nə qədərdir və onun perspektivlərini necə görürsünüz?

– Bu gün ölkələrimiz arasında əlaqələr heç vaxt olmadığı qədər yaxın və səmimidir. Əlaqələrin və əməkdaşlığın inkişafı yolunda heç bir maneə yoxdur və demək olar ki, Tehran-Bakı əlaqələri strateji əlaqələr sayılır. İki ölkə arasında imzalanmış sənədlərdəki müddəaların və xüsusilə də, Birgə Komissiyanın iclaslarında qaldırılan məsələlərin yerinə yetirilməsi prioritet təşkil edir. Bütün sahələrdəki imkan və potensialı üzə çıxarmaqla, onlardan ölkələrimiz arasında işbirliyini gücləndirmək üçün isifadə etmək olar.

Birgə əməkdaşlığı daha da gücləndirmək üçün embarqoların ləğvindən sonrakı şəraitdən yararlanmaq zəruridir. Qeyri-neft məhsullarının ticarət dövriyyəsinin artırılması, Azərbaycan təbii qazının svop yolu ilə mübadiləsinin davam etdirilməsi, Rəşt-Astara dəmir yolu xəttinin inşasının yekunlaşdırlması, Xəzər dənizində neft və qaz sahəsinə qoyulan birgə investisiyaların artırılması və viza rejiminin sadələşdirlməsi ilə turzimin gücləndirilməsi iki ölkənin prioritetləri sırasındadır.

Hazırda neft və qeyri-neft məhsullarının ticarət dövriyyəsi 1,5 milyard dollara yaxındır və bu sahənin aydın perspektivi var.

– İki ölkə vətəndaşlarının səfərləri və ölkələrimiz arasında viza rejiminin ləğvi üçün hansı sadələşdirmə tədbirləri görüləcək?

– Artıq uzun illərdir Azərbaycan vətəndaşlarının İrana səfər üçün viza almasına ehtiyac yoxdur. Buna görə də, hər il 1 milyondan artıq Azərbaycan vətəndaşı səyahət, ziyarət və müalicə məqsədilə İrana, xüsusilə 4 həmsərhəd vilayətə səfər edir. Gələn iki ay ərzində İran vətəndaşlarının da viza probleminin həll olunacağı gözlənilir. Güman ki, İran vətəndaşlarına viza hava limanlarında və quru sərhəd keçid məntəqələrində veriləcək.

Hazırda Azərbaycan Respublikasının Tehran və Təbrizdəki nümayəndəliklərində İran vətəndaşlarına operativ şəkildə viza verilir. Keçən il 2000-ə yaxın iranlı Azərbaycana səfər etdiyi halda, bu il Novruz bayramı günlərində təxminən 45 min İran vətəndaşı Azərbaycan Respublikasında olub.

İran xəstəxanaları da Azərbaycandan tibbi turizm məqsədilə gələn pasiyentləri qəbul edir. Yüksək keyfiyyətli müalicə, aşağı qiymətlər və səfər yolunun qısalığı Azərbaycan vətəndaşlarını İrana gəlməyə həvəsləndirən əsas amillərdir.

– İranın Azərbaycan və Ermənistanla yaxşı münasibətləri var və Qarabağdakı son toqquşmalar zamanı da Tehran hər iki tərəfi təmkinli olmağa və gərginliyin artmasına imkan verməməyə çağırıb. Qarabağ münaişəsinin həlli üçün İranın nə kimi potensialı var və bu məsələdə istər Azərbaycan dövləti, istərsə də cəmiyyətinin, İrandan gözləntisi nədir?

– İranın Azərbaycanla və Ermənistanla münasibətlərinin olması xarici siyasətimiz üçün bir üstünlük və potensial sayılır. Çünki biz hər iki ölkə ilə, o cümlədən Qarabağ münaqişəsinin həlli barədə söhbət edə bilərik. Biz Qarabağ münaqişəsinin beynəlxalq normalar, ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında və danışıqlar yolu ilə həll edilməli olduğuna inanırıq. Fikrimizcə, bu münaqişənin həlli üçün rəsmi olaraq vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu öz fəaliyyətini gücləndirməlidir. İrandan da yardım istənilsə, öz köməyimizi əsirgəməyəcəyik.

Qonşuları müdafiə etmək İran İslam Respublikasının prinsipial siyasətidir və ərazi bütövlüyünün qorunması, qarşılıqlı əməkdaşlıq bizim üçün əhəmiyyətli məsələlərdir. Azərbaycanlılar İrandan münaqişənin həlli üçün öz regional və beynəlxalq potensialından yararlanmasını gözləyir. Biz də Qarabağ münaqişəsinin həllinə yardım göstərəcəyimizi bildirmişik.

– Tranzit xətləri, xüsusilə də Qəzvin-Rəşt-Astara dəmir yolu xətti Azərbaycan tərəfi üçün nə dərəcədə əhəmiyyət daşıyır və Azərbaycan öz ərazisində bu dəmir yolu xəttlərinin çəkilişini nə zaman yekunlaşıdracaq?

– Biz 2016-cı ilin sonunadək Astara-Astara xətti vasitəsilə İran və Azərbaycan dəmir yolu şəbəkələrini birləşdirə biləcəyimizə ümid edirik. Bunun “Şimal-Cənub” dəhlizinin inkişafına, bölgədə tranzit fəaliyyətinə və iki ölkənin əlaqələrinə mütləq böyük təsiri olacaq. Dəmir yollarının birləşdirilməsi işini başa çatdırmaq üçün İran-Azərbaycan işçi qrupu yaradılıb. Azərbaycan Respublikası da Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə maliyyə vəsaiti ayırmağı nəzərdə tutub.

Bu dəmir yolu xətti ilə Hindistandan gələn yüklər və mallar İrandan və Azərbaycandan keçməklə Qazaxıstan, Türkmənistan və başqa ölkələrə daşınacaq. Bu məsələ böyük əhəmiyyətə malikdir. Bir neçə ay əvvəl İranın rabitə nazirinin iştirakı ilə Azərbaycan ərazisində dəmir yolu körpüsünün tikintisi işlərinə başlanılıb və iki ölkəni Astarada bir-birinə birləşdirəcək bu körpünün tikintisi cari ildə yekunlaşmalıdır.

Azərbaycan Respublikası nəqliyyat sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə İrandan Azərbaycan ərazisindəki ilk dəmir yolu stansiyasına yük daşıyan yük avtomobilləri üçün rüsumları ləğv edib və gələcəkdə bu işin faydasını görəcəyik.

Biz Qəzvin-Rəşt-Astara dəmir yolu xəttində işlərin gedişini müsbət qiymətləndiririk. Bu dəmir yolu xətti ildə 10 milyon ton yük və 3 milyon sərnişin daşınmasını təmin edəcək. Rəştdən Astarayadək olan hissənin inşasının gedişini izləmək üçün yaradılmış işçi qrupunun ilk iclası iyulun 26-da Bakıda keçiriləcək.

Previous Post

Azərbaycanda iranlılara viza sərhəddə veriləcək – Səfir (Müsahibə)

Next Post

Okeanın dibindən elmə məlum olmayan canlı tapılıb – VİDEO

Bənzər yazılar

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

08 Sentyabr 2026 - 23:12

İranın liman şəhəri olan Caskda partlayış səsi eşidilib. Elchi.az  "Fars" agentliyinə istinadən xəbər verir ki, partlayışlar saat 21:45 (Bakı vaxtı...

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

08 Sentyabr 2026 - 23:03

İranın əsas mallarının təminatında problem yoxdur. Elchi.az  ISNA-ya istinadən xəbər verir ki, bunu İranın iqtisadiyyat naziri Seyid Əli Mədənizadə bildirib....

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

08 Sentyabr 2026 - 23:01

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb. AFFA-dan Elchi.az - a verilən məlumata görə,...

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

08 Sentyabr 2026 - 22:58

İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm...

Next Post

Okeanın dibindən elmə məlum olmayan canlı tapılıb - VİDEO

Okeanın dibindən elmə məlum olmayan canlı tapılıb - VİDEO

Son xəbərlər

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

08 Sentyabr 2026 - 23:12
Britaniya Ukraynaya 25 min dron verib

Britaniya Ukraynaya 25 min dron verib

08 Sentyabr 2026 - 23:10
Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

08 Sentyabr 2026 - 23:03
AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

08 Sentyabr 2026 - 23:01
“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

08 Sentyabr 2026 - 22:58
Peru “Amerika Qalxanı” alyansına qoşulub

Peru “Amerika Qalxanı” alyansına qoşulub

08 Sentyabr 2026 - 22:56
Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib

Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib

08 Sentyabr 2026 - 21:54
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

08 Sentyabr 2026 - 21:51
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

08 Sentyabr 2026 - 21:49
Böyük Britaniyanın hava limanlarının işi pozulub

Böyük Britaniyanın hava limanlarının işi pozulub

08 Sentyabr 2026 - 21:47
Kanadanın ABŞ mallarına 20 milyard dollarlıq rüsumları qüvvəyə minib

Kanadanın ABŞ mallarına 20 milyard dollarlıq rüsumları qüvvəyə minib

08 Sentyabr 2026 - 19:34
2026-cı ilin ən yaxşı qapıçısı üçün namizədlər: Siyahıda Vozinya da var

2026-cı ilin ən yaxşı qapıçısı üçün namizədlər: Siyahıda Vozinya da var

08 Sentyabr 2026 - 19:20
Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

08 Sentyabr 2026 - 19:11
Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

08 Sentyabr 2026 - 19:00
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiyalar və müavinətlərin ödəniləcəyi tarix məlum olub

08 Sentyabr 2026 - 18:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.