EN RU

Azərbaycanda diplomu tanınan universitetlərin adları açıqlandı – SİYAHI

Azərbaycanda diplomu tanınan universitetlərin adları açıqlandı
Təhsil Nazirliyinin Nostrifikasiya (Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) İdarəsi diplomları Azərbaycanda tanınan universitetlərin siyahısını açıqlayıb.

Elchi.az İdarəyə istinadən xəbər verir ki, siyahıda 34 ölkənin 600 universitetinin adı yer alıb.

Bunu da oxuyun

Siyahıya Almaniya universitetləri liderlik edir. Bu ölkənin 115 ali məktəbinin diplomu Azərbaycanda tanınacaq. Sayına görə ikinci yerdə ABŞ universitetləridir -71. İlk üçlüyü Rusiya ali məktəbləri tamamlayır. Bu ölkənin 58 universitetinin diplomunu Təhsil Nazirliyi tanıyacaq.

Azərbaycanlıların ən çox axın etdiyi Türkiyənin isə cəmi 13 universitetinin diplomu ölkədə tanınır. Diplomu tanınacaq Kanada universitetlərinin sayı isə 18-dir. Siyahıda Macarıstanın isə cəmi 1 universitetinin adı var.

Diplomları Azərbaycanda tanınan universitetlərin tam siyahısı ilə bu linkdən tanış ola bilərsiz.

Bənzər yazılar

Sabahın hava proqnozu açıqlanıb

Sabah 39 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Elchi.az Milli Hidrometeorologiya...

Next Post

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com