"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycanda dağların partladılması üsulu ilə yeni yol salınır

25 Oktyabr 2019 - 14:28
in CƏMİYYƏT
FacebookVatsap

Tovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır.

Bunu da oxuyun

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, rayonun Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ölkə Prezidentinin sərəncamına uyğun olaraq, Agentliyin apardığı yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Bir-neçə istiqamət üzrə yenidən qurulan 52 km-lik yolun 15 km-lik Qovlar-Əyyublu-Alakol hissəsi 2016-cı ildə əsaslı şəkildə təmir edilərək istifadəyə verilib. Tikinti layihəsi çərçivəsində yolun 820 m-lik hissəsi I, qalan hissəsi isə III texniki dərəcəyə uyğun yenidən qurulub. Layihənin icrası zamanı Zəyəmçay üzərində uzunluğu 80 m, eni 9.5 m olan dəmir-beton avtomobil körpüsü əsaslı şəkildə təmir edilib.

Sözügedən yolun qalan 37 km-lik hissəsinin isə IV və V texniki dərəcəyə uyğun yenidən qurulması aparılaraq yekunlaşdırılır. 37 km-lik yolun 13.9 km-i asfalt-beton, qalan 23.1 km-lik hissəsi isə çətin relyefə malik dağlıq ərazidən keçdiyi üçün çınqıl örtüklü olmaqla inşa edilir.

Bu çərçivədə Alakol-İbrahimhacılı, Qoçdərə-Çobansığnaq, Çobansığnaq-Sarıtala, Çobansığnaq-Yoğunbulaq, Sarıtala-Dondarlı, Sarıtala-Haçaqaya (ziyarətgah) və Ağacqala-Yanıqlı yolları, həmçinin Əyyublu, Qaraboyunlar, Dönük Qırıqlı və Qırıqlı kəndlərinin giriş yolları çınqıl və asfalt örtüklü olmaqla əsaslı şəkildə təmir edilir.

Sözügedən layihənin yalnız Ağacqala-Yanıqlı hissəsinin yenidən qurulması qalıb ki, bu işlər də yekunlaşmaq üzrədir. Belə ki, 8 km uzunluğa malik bu hissədə ümumiyyətlə yol olmayıb və hazırda yeni yolun tikintisi aparılır. Çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yol yatağı inşa edilir. Artıq yolun 7 km-lik hissəsində bu işlər yekunlaşdırılıb.

Ümumilikdə layihə boyu atmosfer sularının təsirindən və hərəkətin intensivliyi nəticəsində Yolların torpaq yatağında aşınma və dağılmalar əmələ gəlmişdir. Bu isə xüsusən payız-qış mövsümündə avtonəqliyyat vasitələrinin normal və maneəsiz hərəkətinə maneə yaradırdı. Artıq bu problem demək olar ki, geridə qalıb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollar boyu aparılan yenidənqurma işlərinin ardıcıllığı bundan ibarətdir. İlk növbədə yollar boyu yolun normativ eninin alınması üçün yararsız qrunt qazılıb çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib və texniki dərəcəyə uyğun yeni yol yatağı və küvet hissələr inşa edilib. İstismar nəticəsində sıradan çıxmış suötürücü borular sökülərək kənarlaşdırılıb, əvəzinə yeni, standartlara uyğun 298 paqon-metr uzunluğunda suötürücü borular quraşdırılıb.

Bunun ardınca isə yeni yol əsası inşa edilib. Bunun üçün qum-çınqıl və optimal-çınqıl qarışığından hamarlayıcı, alt və üst layı salınıb. Daha sonra layihədə nəzərdə tutulmuş yollara əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli asfalt-betonla örtüyün alt və üst layı inşa edilib, çiyin hissələr lazımi qarışıqdan istifadə edilərək bərkidilib, yol birləşmələri təmir edilib.

Layihənin sonuncu mərhələsində təbii ki, avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təşkili üçün lazımi yerlərdə yol nişanları və məlumatverici lövhələr, həmçinin km göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, o cümlədən piyada zolaqları çəkilib. Bununla da Tovuz rayonunun Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunda yeni yol infrastrukturu yaradılmaqla vətəndaşların istifadəsinə verilir.

Bununla da 50 min nəfərə yaxın əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun yenidən qurulması həm yol boyu yaşayan vətəndaşların neçə illərdir ki, üzləşdikləri problemi aradan qaldırmış olacaq, onların Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etməklə rayon mərkəzinə və qonşu rayonlara gediş-gəlişini xeyli asanlaşdıracaq, bu isə yük və sərnişin daşımasının rahatlaşmasına gətirib çıxarmış olacaq.

Rahat şəkildə hərəkətin təmini isə kənd təsərrüfatı və turizmin inkişafına müsbət təsir etməklə, yol boyu yaşayan əhalinin maddi rifahının yüksəlməsinə, həmçinin müxtəlifyönlü, səmərəli işlərin reallaşmasına zəmin yaradacaq.

Qeyd edək ki, bundan öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tovuz rayonunda strateji əhəmiyyətə malik bir neçə istiqamətdə avtomobil yollarının yenidən qurulması işləri aparılaraq yekunlaşdırılıb. Söhbət 31.9 km uzunluğa malik Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolundan, həmçinin Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarından gedir. Avtomobil yolunun tikintisi 8 mindən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayıb.

Previous Post

Azərbaycanda dağların partladılması üsulu ilə yeni yol salınır

Next Post

Sergey Lavrov noyabrda Ermənistana səfər edəcək

Bənzər yazılar

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27

Tiranada tarixçi və Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun "Qafqaz Albaniyasının qısa tarixi" adlı kitabının təqdimatı keçirilib. Elchi.az xəbər verir...

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08

Milli Müdafiə Universitetində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyinin Hərbi Məsləhətçi Təlim Qrupu (BMATT) tərəfindən keçirilən "Təlimatçı...

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39

Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXIV sessiyasında iştirak etmək üçün Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri...

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37

Elm və təhsil naziri Emin Əmrullayev Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi xanım Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə...

Next Post
Sergey Lavrov noyabrda Ermənistana səfər edəcək

Sergey Lavrov noyabrda Ermənistana səfər edəcək

Sergey Lavrov noyabrda Ermənistana səfər edəcək

Sergey Lavrov noyabrda Ermənistana səfər edəcək

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.