Yanvar ayının 11-də saat 22:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Azərbaycan vətəndaşları saxlanılıb.
Bu barədə Elchi.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Araşdırma zamanı saxlanılan şəxslərin 1995-ci il təvəllüdlü Ağstafa rayon sakini Məqsəd Vidadi oğlu Abdullayev və Yevlax rayon sakini Dərviş İsmayıl Qnyaz oğlu olmaları müəyyən edilib.
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (17.08.2026-23.08.2026) məlumat açıqlanıb. Azərbaycan Respublikasının...





















Son şərhlər