EN RU

Azərbaycana idxal olunan dərmanlar ucuzlaşıb

>

Bu ilin yanvar-iyun aylarında Azərbaycana idxal olunan əczaçılıq məhsullarının qiymətləri illik müqayisədə 20% aşağı düşüb.

Bu barədə Elchi.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bunu da oxuyun

Məlumata görə, birinci yarımillikdə ölkəyə idxal olunan əczaçılıq məhsulllarının 1 tonu üçün orta qiymət 16,46 min dollar olduğu halda, ötən ilin müvafiq dövründə bu göstərici 20,64 min dollar təşkil edib.

Qeyd edək ki, bu ilin 6 ayı ərzində Azərbaycana 86 866,16 min dollar dəyərində 5 278,18 ton əczaçılıq məhsulu idxal olunub. 2016-cı ildə isə idxal həcmi 92 868,59 min dollar dəyərində olmaqla 4 498,74 ton təşkil edib. Beləliklə, əczaçılıq məhsullarının idxalı miqdar baxımından 17,33% artıb, dəyər baxımından isə 6,46% azalıb.

Ölkənin cəmi idxalının 2,55%-i əczaçılıq məhsullarının payına düşüb.

AzNews.az

Bənzər yazılar

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə...

Next Post

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com