"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycan prezidenti Boliviyaya dəvət olundu

18 Avqust 2017 - 18:29
in SİYASƏT
FacebookVatsap

Boliviyanın Xarici İşlər naziri Fernando Uanakuni Mamani Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycanın Baş naziri Artur Rasizadə tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyindən Elchi.az-a verilən məlumata görə, görüşdə F.U.Mamani Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Evo Morales Ayma tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış, 20-24 noyabr 2017-ci il tarixində Boliviyada keçiriləcək Qaz İxrac Edən Dövlətlərin Forumunun IV Qaz Sammitində iştiraka dəvət məktubunu təqdim edib.

Nazir Fəxri xiyabanı ziyarət edərək, ümummilli lider Heydər Əliyevin məzarının önünə əklil qoyub. Həmçinin Şəhidlər xiyabanını ziyarət edən F.U.Mamani şəhidlərimizin xatirəsini ehtiramla anaraq, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bunu da oxuyun

Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri ilə telefon danışığı aparıb

Azərbaycan Niderlanda yeni səfir təyin edib

Aİ səfiri: Azərbaycanla münasibətlərimizi dərinləşdiririk

Səfər çərçivəsində xarici işlər nazirləri Elmar Məmmədyarov və F.U.Mamani arasında təkbətək və geniş tərkibli görüş keçirilib.

Nazirlər Azərbaycan və Boliviya arasında dostluq əlaqələrinin və əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd ediblər və bu xüsusda Boliviyanın xarici işlər nazirinin Azərbaycana ilk rəsmi səfərinin önəmini vurğulayıblar. Görüşdə nazirlər ikitərəfli münasibətlərin hazırkı səviyyəsini nəzərdən keçirib və enerji, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, dağ-mədən sənayesi, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildiriblər. Humanitar sahədə tələbə və elm adamlarının mübadiləsi xüsusilə qeyd edilib.

Nazirlər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı təqdir edərək, BMT-nin İqtisadi və Sosial Şurasının 2017-2019-cu illərdə üzvlüyünə Azərbaycanın, BMT-nin İnsan Hüquqları Şurasının 2015-2017-ci illər üçün üzvlüyünə isə Boliviyanın namizədliyinin dəstəklənməsini qeyd ediblər və qarşılıqlı təşəkkür ifadə ediblər. Nazirlər həmçinin, iki ölkə arasında Qoşulmamaq Hərəkatı çərçivəsində məhsuldar əməkdaşlığın olduğunu xatırladıb və Azərbaycanın Qoşulmama Hərəkatı Dövlətlərinin dövlət və ya hökumət başçılarının XIII Sammitinə ev sahibliyi etməsi və 2019-2022-ci illərdə bu quruma sədrlik etməsinin Qoşulmama Hərəkatının xoşniyyətli məqsəd və məramlarının təşviqinə töhfə verəcəyinə əminlik ifadə ediblər.

Nazirlər Azərbaycan və Boliuviyanın bir-birilərinin siyasi müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan ediblər. Həmçinin dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməz olduğunu qeyd edib, aqressiv separatizm və terrorizmin bütün forma və təzahürlərini sərt şəkildə qınadıqlarını diqqətə çatdırıblar.

Görüşdə, həmçinin XİN rəhbərləri iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparıb və parlamentlərarası əməkdaşlığın təşviqinə dair razılığa gəliblər.

Nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Boliviya Çoxmillətli Dövlətinin Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i imzalayıblar.

Previous Post

Azərbaycan prezidenti Boliviyaya dəvət olundu

Next Post

Polis mayorunun ölümünə səbəb olan sürücü həbs edildi

Bənzər yazılar

Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri ilə telefon danışığı aparıb

Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri ilə telefon danışığı aparıb

04 Sentyabr 2026 - 16:15

4 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının yeni təyin olunmuş xarici işlər naziri Muxtar...

Azərbaycan Niderlanda yeni səfir təyin edib

Azərbaycan Niderlanda yeni səfir təyin edib

04 Sentyabr 2026 - 15:30

Anar Keykavus oğlu Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Elchi.az xəbər verir ki, Prezident İlham...

Aİ səfiri: Azərbaycanla münasibətlərimizi dərinləşdiririk

Aİ səfiri: Azərbaycanla münasibətlərimizi dərinləşdiririk

04 Sentyabr 2026 - 12:09

“30 il ərzində Azərbaycan Avropa İttifaqının mühüm və etibarlı enerji tərəfdaşına çevrilib. Biz qürur duyuruq ki, Azərbaycanın ən böyük ticarət...

Uitkoff: Tramp Azərbaycan-Ermənistan münaqişəsini sülh modelinə çevirdi

Uitkoff: Tramp Azərbaycan-Ermənistan münaqişəsini sülh modelinə çevirdi

04 Sentyabr 2026 - 11:43

ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun Azərbaycanla Ermənistan arasında əldə edilmiş sülh haqqında məqaləsini paylaşıb. Elchi.az xəbər verir ki, ABŞ Prezidenti Uitkoffun "Washington...

Next Post

Polis mayorunun ölümünə səbəb olan sürücü həbs edildi

Polis mayorunun ölümünə səbəb olan sürücü həbs edildi

Son xəbərlər

Tərtərdə toydan gələn maşın qəzaya düşdü – FOTO

Tərtərdə toydan gələn maşın qəzaya düşdü – FOTO

04 Sentyabr 2026 - 17:37
2025-ci ildə dünyada milyarderlərin sayı 8,2% artıb

2025-ci ildə dünyada milyarderlərin sayı 8,2% artıb

04 Sentyabr 2026 - 17:25
Vitkoff və Kuşner bu həftə sonu Moskva və Kiyevə səfər edəcəklər

Vitkoff və Kuşner bu həftə sonu Moskva və Kiyevə səfər edəcəklər

04 Sentyabr 2026 - 17:18
Casusluq formasında dövlətə xəyanətdə təqsirləndirilən 4 nəfər barəsində qərar verilib

Casusluq formasında dövlətə xəyanətdə təqsirləndirilən 4 nəfər barəsində qərar verilib

04 Sentyabr 2026 - 17:09
İspaniyada tarixi göstərici: Sentyabrda rekord 45,7 dərəcə isti qeydə alınıb

İspaniyada tarixi göstərici: Sentyabrda rekord 45,7 dərəcə isti qeydə alınıb

04 Sentyabr 2026 - 16:58
Azərbaycanı U-15 Avropa çempionatında təmsil edəcək boksçular bəlli olub

Azərbaycanı U-15 Avropa çempionatında təmsil edəcək boksçular bəlli olub

04 Sentyabr 2026 - 16:45
Ağ Evin saytında miqrasiya siyasətinə həsr olunmuş onlayn oyunlar yerləşdirilib

Ağ Evin saytında miqrasiya siyasətinə həsr olunmuş onlayn oyunlar yerləşdirilib

04 Sentyabr 2026 - 16:41
Baş prokuror Yasamalda 65 vətəndaşı qəbul etdi – FOTO

Baş prokuror Yasamalda 65 vətəndaşı qəbul etdi – FOTO

04 Sentyabr 2026 - 16:33
David Seliverstovun aldadıb 90 min aldığı şəxslər danışdı

David Seliverstovun aldadıb 90 min aldığı şəxslər danışdı

04 Sentyabr 2026 - 16:29
Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri ilə telefon danışığı aparıb

Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri ilə telefon danışığı aparıb

04 Sentyabr 2026 - 16:15
8 ayda vergi daxilolmaları proqnozu 900 mln. manatdan çox üstələyib

8 ayda vergi daxilolmaları proqnozu 900 mln. manatdan çox üstələyib

04 Sentyabr 2026 - 16:07
NASA Mars roverləri üçün plansız qaldı

NASA Mars roverləri üçün plansız qaldı

04 Sentyabr 2026 - 16:00
Daha iki yol təmirə bağlanır

Daha iki yol təmirə bağlanır

04 Sentyabr 2026 - 15:51
Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

04 Sentyabr 2026 - 15:42
Azərbaycan Niderlanda yeni səfir təyin edib

Azərbaycan Niderlanda yeni səfir təyin edib

04 Sentyabr 2026 - 15:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.