"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Azərbaycan Novruzu və ulusal ruhumuz

16 Mart 2015 - 23:07
in KÖŞƏ YAZILARI
FacebookVatsap

10491284_649253638516215_7725593042219862698_nİşıqlı ATALI

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Novruz bayramı minillərdir ki, ulusumuzun yaşamında özünəməxsus yer tutur. Bu bayramda milli ruhumuzun, qədimliyimizin soraqları yaşayır. Minillər öncə babalarımız inanıblar ki, insanla təbiətin birliyi var. Bu birliyi əcdadlarımız öz ömründə yaradıb və yaşadıb: qışın yazı əvəzləməsini öyüb, təbiətlə birgə ruhən yenidən doğulub, içəridən arınıb, bu təmizlənməni mənalandırıb, bayramlaşdırıb.

***

Novruz bayramı bir çox ölkələrdə qeyd edilir. Azərbaycan Novruzunun isə bənzərsizliyi ortadadır. Ümumşərq, ümumtürk keyfiyyəti olan Novruz muğamdakı bənzərsizliyimiz qədər bizimdir. Qədimdən bəri varlığın başlıca ünsürlərinə (od, su, hava, torpaq) türk öz ruhuyla baxıb, təbiətin yenidən doğulmasını mənalandırarkən başqa xalqların təsəvvürlərinə möhtac olmayıb. Minillər boyunca türkün əski inancı cilalanıb, babamız Zərdüştün dönəmində sistemli təsəvvür, baxış halına gəlib. Zərdüştün “təmiz fikir, təmiz söz, təmiz əməl” ideyası türkün ruhani təsdiqidir.

***

Bu gün Novruzla bağlı müəyyən məqamlar adamların təsəvvüründə yenə də qarışıqdır. Ümumşərqi olduğu dərəcədə də ümumtürk səciyyəsi daşıyan Novruz bayramının milli sınırlarını anlamağımız və anlatmağımız hərdən lap çətinləşir. Minillərdən bəri yol gələn, çoxlu dirənişlərə, dəyişmələrə məruz qalan Novruz türk ruhunun özünəməxsusluğunu bacardığı qədər yaşadıb. Millət o zaman var olur ki, ruhunun qədim soraqlarını, adət-ənənəsini, bir sözlə, özünəməxsus nəyi varsa, hamısını qoruyub saxlayır. Belədə millət tarixin dolanbaclarında sarsılmır, başını itirmir. Novruzda qədimliyimizin zəngin çalarları var. Tariximizin ən çətin məqamlarında belə bu bayram ürəklərdə yaşayıb. Bayram hər şeydən öncə insanın içində olmalıdır. Novruzun mahiyyətində türkün halının yetkin ifadəsi var. Elə etmək gərəkdir ki, qədimliyimizin soraqları qloballaşma (kürəsəlləşmə) həşirində gözümüzdə qətiyyən adiləşməsin, bayağılaşmasın. Novruz bayramında başqa bayramlarda olduğu kimi zəngin süfrənin yaradılması, həşirçilik, bayağı mahnılar, əyləncələr, fişənglər selinə bürünməsi də yanlışdır. Novruzda od – bayramın başlıca rəmzidir.

***

Adət-ənənələrimizin zirvəsində qədimliyimizi, ucalığımızı, idrakımızın ənginliyini, ruhumuzu özündə yaşadan Novruz bayramı durur. Novruzda Zərdüştlükdən gələn xeyirin şər üzərindəki qələbəsinə inam yaşayır, təsdiq olunur. Novruz bayramı milli ruhumuzu təsdiq eləyir, ona görə bizə belə doğmadır. İnam Atanın (Asif Atanın) Novruz bayramına ayrıca yanaşması var. O, bu bayramla bağlı “Novruzluğumuz” adlı fəlsəfi-bədii məqam da yazıb. Yazıda Ata Zərdüştlüyümüzü “Oda tapınmağımız, işıqlanmağımız, təzələnməyimiz, təmizlənməyimiz” kimi qiymətləndirir, özünün müəyyənləşdirdiyi 7 böyük dəyərimizdə Od amilinin müqəddəsliyini, yaşarılığını, birxətliyini əsaslandırır: “Novruzumuzdan Zərdüşt İşığı götürün, Dədə Qorqud Ağsaqqallığı götürün, Babək Hünəri götürün, Nəsimi Vüqarı götürün, Füzuli Heyrəti götürün, Muğam Hikməti götürün, Saz Mətanəti götürün”. Milli ruhumuzda olan ülvi, gözəl nə varsa, hamısı ulusumuzun yaranmasına, əbədi var olmasına xidmət etməlidir.

***

Novruzu türk idrakından gələn, cilalanan bayram kimi sevirik, dəyərləndiririk. Novruz ayrı-ayrı xalqların yaşamında var. Başqa yandan, Novruz qədim çağların bayramıdır, dünyagörüşüdür. Bayramın özülündə duran həqiqi elm, fəlsəfə adamların təsəvvüründə demək olar, yoxa çıxıb. İndi bayramın yalnız “bədii” hissəsi qalıb. Bu hissədəki əyləncələr isə onu adiləşdirir. Novruz bayramının mahiyyətində duran od isə insanı daxilən təmizləyici motiv olaraq aparıcıdır. Qədimlərdən bəri od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu günə kimi gəlib çıxıb. Odun qədimdən müqəddəs sayılması, insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunub.

***

Mütləqə İnam Ocağı olaraq Novruzu Ocaq bayramlarının doğması sayırıq. Dünyanın hər mənada tükəndiyi bir çağda özümüzə və dünyaya təqdim etdiyimiz “İnsanilik”, “Xəlqilik”, “Şərqilik”, “Bəşərilik” bayramları sabahımızda xalq olaraq möhtəşəm yaradıcılığımızın sübutu kimi dərk və təsdiq olunacaq. Bayramların hamısı İnsanla bağlıdır. Bəşər yeniləşməlidir, deməli, ona yeni dünyabaxış, yeni bayramlar gərəkdir. Ocaq bayramları yeni dünyanın – Mütləqə İnam sivilizasiyasının, kamilləşən, ruhaniləşən insanın insani-milli-bəşəri bayramıdır. Bu ayın 14-də keçirilən İnsanilik Bayramı İnsanlığın ömürləşməsini hədəfləyir. İnsanilik – bəşərin varolma, özünütəsdiq düsturudur. Minillərdir ki, bəşərin canlı yaşamı, bədiiyyatı, incəsənəti İnsanilikdən danışır, insaniliyi öyür. Ancaq insanilik əsasında yaşamaq getdikcə daha da çətinləşir. Bu gün dünyada elmi-texniki inkişaf ən yüksək həddə çatıb. Ancaq inkişafın bu səviyyəsi daha çox insaniliyə qarşıdır. İnsana, insaniliyə xidmət etməyən tərəqqi gerilikdir, çünki insansızlığa əsaslanır. Qoy elmi-texniki tərəqqi indikindən dəfələrlə az olsun, ancaq insan yox olmasın! Qoy dünya indikindən maddiyyatca qat-qat zəif olsun, ancaq dünya insansız olmasın! İnsansız dünya tükənmiş dünyadır! Yalnız İnsaniliyə əsaslanan tərəqqi – yaşarıdır, sabahlıdır! Yalnız müqəddəsliyə əsaslanan tərəqqinin sabahı, gələcəyi var. Tərəqqinin ölçüsü İnsanilikdir. İnsanilik Bayramı – bəşərin Bayram ənənəsinin göy səviyyəsidir.

Previous Post

Azərbaycan Novruzu və ulusal ruhumuz

Next Post

Qadınlar ailədə də, cəmiyətdə də böyük nüfuz sahibləridir

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Qadınlar ailədə də, cəmiyətdə də böyük nüfuz sahibləridir

Qadınlar ailədə də, cəmiyətdə də böyük nüfuz sahibləridir

Son xəbərlər

Lökbatanda dənizdə batan iki qadının meyiti tapıldı

Mingəçevirdə Kür çayında 21 yaşlı gənc batıb – VİDEO

12 Avqust 2026 - 19:23
“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

12 Avqust 2026 - 19:06
Suqovuşanda mina partladı – Xəsarət alan var

Xocavənddə buldozer minaya düşüb, xəsarət alanlar var

12 Avqust 2026 - 18:55
Bakıda oğurluq edən şəxslər saxlanıldı

Yasamalda oğurluq edən şəxslər saxlanılıblar

12 Avqust 2026 - 18:31
“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

12 Avqust 2026 - 18:23
“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

12 Avqust 2026 - 18:15
Bakıda 16 istiqamətdə sıxlıq var

Bakıda 16 istiqamətdə sıxlıq var

12 Avqust 2026 - 18:00
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

12 Avqust 2026 - 17:49
Kolumbiyada şiddətli zəlzələdən sonra üçgünlük matəm elan edilib

Kolumbiyada şiddətli zəlzələdən sonra üçgünlük matəm elan edilib

12 Avqust 2026 - 17:37
Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb

12 Avqust 2026 - 17:30
Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

12 Avqust 2026 - 17:21
Pakistan Qırmızı dənizdə dəniz koalisiyasına kömək etməyə hazırdır

Pakistan Qırmızı dənizdə dəniz koalisiyasına kömək etməyə hazırdır

12 Avqust 2026 - 17:14
“Əvvəl bilik, sonra birlik” – Erkən nikahlara qarşı yeni kampaniya…

“Əvvəl bilik, sonra birlik” – Erkən nikahlara qarşı yeni kampaniya…

12 Avqust 2026 - 17:09
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

12 Avqust 2026 - 17:06
Litva Baş naziri HHM xərclərinin artırılmasını vacib sayır

Litva Baş naziri HHM xərclərinin artırılmasını vacib sayır

12 Avqust 2026 - 16:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.