"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycan İsraildən 5 milyardlıq hansı silahları alıb?

17 Dekabr 2016 - 10:52
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb – VİDEO

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır. Ölkə başçının qeyd etdiyi kimi, daha dəqiq desək, bu rəqəm 4 milyard 850 milyon dollar təşkil edir.

Azərbaycan prezidenti İlham Əliyev bu barədə dekabrın 13-də İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuata bəyanatla çıxışında deyib. Ölkə başçısı qeyd edib ki, Azərbaycan İsraillə müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edir.

Hərbi ekspert Rəşad Süleymanov  bildirib ki, Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıq, silah və hərbi texnikanın alınması 11 il əvvələ təsadüf edir. 2005-ci ildən başlayaraq ölkələrimiz arasında bu sahədə fəal əməkdaşlıq aparılır.

Ekspertin fikrincə, ilk illərdə Azərbaycan İsraildən reaktiv yaylım atəş sistemləri və pilotsuz uçuş aparatları alıb: “2008-ci ildə hərbi paradda bu silahlar nümayiş etdirilib. 22 mm-lik qrad, reaktiv yaylım sistemləri, 305 mm-lik extra operativ-taktik raket sistemləri (uçuş məsafəsi 150-160 km), eləcə də Azərbaycan İsrail şirkətindən “Aerostar” və “Orbiter-2” pilotsuz uçuş aparatları alıb. 2008-ci ildə Azərbaycanın Müdafiə Nazirliyi və İsrailin “Erbit” şirkəti ilə imzalanan kontrakt əsasında Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan T-72 tankları modernizasiya olunub. Bu tanklardan aprel döyüşlərində istifadə olunub və özünü doğruldub. Tanklar döyüş zamanı yaxınlığdakı tankın düşmənə məxsus olmasını müəyyən edən sistemlə təmin olunub.

Həmin illərdə Azərbaycan və İsrailin “Erbit” şirkəti arasında imzalanan 156 milyon dollarlıq müqavilə çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin rabitə sistemi tamamilə yenilənib. Alınan rabitə sistemlərindən bu gün də istifadə olunur və bu, dünyada istifadə olunan ən müasir rabitə sistemidir”.

R.Süleymanov bildirib ki, 2011-ci ildə Müdafiə Sənayesi Nazirliyi ilə İsrail şirkətinin birgə qurduğu “AZAD sistemlər” müəssisəsi fəaliyyətə başlayıb: “Bu müəssisədə “Orbiter-2” pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilir. Bu pilotsuz uçuş aparatları həm ordumuzun istifadəsinə verilib, həm də bir sıra ölkələrə ixrac edilib. Sentyabr ayında isə müəssisə “Zərbə” adlı kamikadze uçuş aparatının istehsalına başlayıb. Qeyd etmək lazımdır ki, həmin pilotsuz uçuş aparatlarının motor və elektronik sistemləri çıxılmaqla qalan hissələri tam olaraq Azərbaycanda həyata keçirilir. O cümlədən onun proqram təminatı yerlidir. Bu, hərbi sənayemizə uğur qazandırdı. Sentyabr ayında imzalanan müqaviləyə əsasən müəssisə Azərbaycan Silahlı Qüvvələri üçün “Orbiter-3” və “Orbiter-4” havada 24 saat qala bilən pilotsuz uçuş aparatlarını istehsal edəcək”.

R.Süleymanov vurğulayıb ki, Azərbaycan İsraildən aprel döyüşlərində istifadə etdiyimiz “Harop” silahlarını alıb: “Eyni zamanda “Herion” və “Hermes” tipli pilotsuz uçuş aparatları İsraildən alınıb. Həmçinin İsrailin şirkəti Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidməti ilə bir yerdə müəssisə təşkil edib. Yerli müəssisədə sahil mühafizə xidməti üçün gözətçi gəmilərinin istehsalı həyata keçirilir. Bundan əlavə Azərbaycan İsraildən dünyanın ən müasir tank əleyhinə raket kompleksləri olan “Spayk” alınıb. Bu silahın aprel döyüşlərində gözəl nəticələri oldu.

Silahlı Qüvvələrin Baş Qərargah Mərkəzində qurulan sistem İsrail şirkətinə məxsusdur. Bu sistem vasitəsilə bütün ordu korpusları, briqadaları canlı bağlantıya qoşula bilir. Həmçinin sistem vasitəsilə ön cəbhədə vəziyyəti izləmək mümkündür. Bundan əlavə Azərbaycan 2016-cı ildə İsraildən zirehli maşınlar alıb. Ümumilikdə Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində İsrailin istehsalı olan müxtəlif snayper, avtomat, pulemyot və tapancalar yer alır. Bu əməkdaşlıq müdafiə sektorunun bütün sahələrini əhatə edir”.

Hərbi ekspert qarşıdakı illərdə bu əməkdaşlığın uğurla davam edəcəyini qeyd edib: “Qarşıdakı illərdə “Dəmir gümbəz” komplekslərinin alınması olacaq. Artıq razılaşmanın olduğuna dair informasiyalar var. Bu komplekslər Azərbaycanın hava hücumundan müdafiəsini və raket hücumlarına qarşı müdafiəsini daha gücləndirmiş olacaq”.

Previous Post

Azərbaycan İsraildən 5 milyardlıq hansı silahları alıb?

Next Post

Türkiyədə güclü partlayış – Ölən və yaralılar var (VİDEO)

Bənzər yazılar

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb – VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb – VİDEO

08 Oktyabr 2026 - 10:23

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb. Bu barədə Elchi.az-a FHN-nin mətbuat xidmətindən məlumat...

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26

Ötən həftə Hörmüz boğazından keçən tankerlərə edilən hücumların sayı İranla müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb. Elchi.az  "Reuters" agentliyinə...

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22

  Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. Elchi.az  "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət...

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18

Britaniya kral ailəsinin həkim-terapevti Hanna Terri Böyük Britaniyanın şərqindəki Norfolk qraflığında yerləşən Sandrinqem malikanəsinin kənarındakı evində ölü tapılıb. Elchi.az "The...

Next Post

Türkiyədə güclü partlayış - Ölən və yaralılar var (VİDEO)

Türkiyədə güclü partlayış - Ölən və yaralılar var (VİDEO)

Son xəbərlər

Buzlaqlar ərimə təhlükəsi ilə üz-üzədir

Buzlaqlar ərimə təhlükəsi ilə üz-üzədir

08 Oktyabr 2026 - 10:59
Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik

Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik

08 Oktyabr 2026 - 10:47
Alimlər tamamilə yeni növ saat icad ediblər

Alimlər tamamilə yeni növ saat icad ediblər

08 Oktyabr 2026 - 10:35
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir, Prezident tədbirdə çıxış edib – YENİLƏNİB

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir, Prezident tədbirdə çıxış edib – YENİLƏNİB

08 Oktyabr 2026 - 10:30
Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb – VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb – VİDEO

08 Oktyabr 2026 - 10:23
Prezident Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib

Prezident Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib

08 Oktyabr 2026 - 10:12

IEA üzvləri fövqəladə neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirəcək

08 Oktyabr 2026 - 09:57
Astara gömrük postunda külli miqdarda heroin və “metadon” həbləri aşkar edilib

Astara gömrük postunda külli miqdarda heroin və “metadon” həbləri aşkar edilib

08 Oktyabr 2026 - 09:48
Dünya bazarlarında neftin qiyməti artıb

Dünya bazarlarında neftin qiyməti artıb

08 Oktyabr 2026 - 09:36
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

08 Oktyabr 2026 - 09:24
Paytaxtın üç rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Paytaxtın üç rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

08 Oktyabr 2026 - 09:13
İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.