"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycan-İsrail diplomatik münasibətlərinin 30 illiyi Los Ancelesdə qeyd olunub – VİDEO

09 Mart 2022 - 14:39
in SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü

Prezidentin Türkmənistan səfəri: Azərbaycanın regional nüfuzu və strateji mövqeyi möhkəmlənir – TƏHLİL

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi Los Ancelesdə geniş tədbirlə qeyd olunub.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən olan, Los Ancelesdə fəaliyyət göstərən Valley Outreach Sinaqoqunda keçirilmiş tədbirə Azərbaycanın və İsrailin Los Ancelesdəki baş konsulları Nəsimi Ağayev və Hillel Nyuman əsas qonaq qismində dəvət olunublar.

300-dən çox qonağın iştirak etdiyi tədbirə xarici ölkələrin Los Ancelesdə akkreditə olunmuş baş konsulları, yerli yəhudi icmasının rəhbərləri, din xadimləri, müxtəlif seçkili orqanların üzvləri, eləcə də bir çox icmaların nümayəndələri, ictimai-siyasi xadimlər və jurnalistlər qatılıblar.

Tədbirin açılışında Azərbaycan, İsrail və ABŞ-ın dövlət himnləri səsləndirilib.

Sonra çıxış edən sinaqoqun rəhbəri Ravvin Ron Li-Paz belə bir əlamətdar günə ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib. Azərbaycana səfərlərini qeyd edən Li-Paz, Azərbaycandakı dinlərarası tolerantlığın ona daim yüksək təsir bağışladığını vurğulayıb. O, Azərbaycan və İsrail arasında mövcud olan sıx əməkdaşlıq münasibətlərinin böyük gərginliklərin mövcud olduğu hazırkı dünyada əvəzsiz model olduğunu bildirib.

Los Ancelesdə fəaliyyət göstərən, ABŞ-ın və dünyanın ən nüfuzlu yəhudi təşkilatlarından olan, 400 min üzvə malik Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavini Ravvin Abraham Kuper çıxış edərək, ilk dəfə Azərbaycanda 1972-ci ildə olduğunu, hələ o zaman SSRİ-nin bir çox yerlərindən fərqli olaraq Azərbaycanda yəhudilərin hər hansı ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını, ölkəmizin tolerantlıq və multikulturalizm modelinin müstəqilliyin bərpasından sonra daha da gücləndiyini, bu sahədə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin misilsiz xidmətlərinin və liderliyinin böyük rol oynadığını diqqətə çatdırıb.

Sonra Azərbaycanın və İsrailin Los Ancelesdəki baş konsulları Nəsimi Ağayev və Hillel Nyuman Ravvin Li-Pazın aparıcılığı ilə keçirilən müzakirədə çıxış ediblər.

Baş konsul N.Ağayev ölkəmizdə mövcud olan zəngin tolerantlıq irsindən bəhs edərək, qədim dövrlərdən bəri Azərbaycanda bütün xalqlar və dinlər arasında, o cümlədən yəhudi icması ilə mehriban qardaşlıq əlaqələrinin hökm sürdüyünü vurğulayıb. Diplomat, bu ənənənin müasir dövrdə Azərbaycan-İsrail münasibətlərinin qurulmasında və inkişafında vacib rol oynadığını bildirib. Azərbaycan-İsrail münasibətlərinin son 30 ildə sürətlə inkişaf edərək yüksək səviyyə çatdığını qeyd edən N.Ağayev, bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Öz növbəsində, İsrailin baş konsulu H.Nyuman Azərbaycan-İsrail tərəfdaşlığının regional və qlobal münasibətlərə gözəl bir nümunə olduğunu bildirib. O qeyd edib ki, bu sıx tərəfdaşlıq bugünkü münaqişələrin dinlər və ya etnik qruplar arasında deyil, mötədillər və radikallar arasında olduğunu göstərir və Azərbaycan və İsrail ortaq dəyərləri bölüşən mötədil ölkələrdir.

Çıxışlardan sonra sual-cavab sessiyası olub. Baş konsullar qonaqların çoxsaylı suallarını cavablandırıblar.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Azərbaycanlı musiqiçilər Emil Əfrasiyab və Leyla Babayeva-Əfrasiyabın İsrailli musiqiçi Liran Shalom Kohnun başçılıq etdiyin yəhudi ansamblı ilə birgə hər iki xalqa məxsus sevilən mahnılardan nümunələr səsləndirməsi gurultulu alqışlarla qarşılanıb.

Qeyd edək ki, 600 minədək yəhudinin yaşadığı Los Anceles şəhəri ABŞ-da yəhudilərin ən çox məskunlaşdığı ikinci şəhərdir.

Previous Post

Azərbaycan-İsrail diplomatik münasibətlərinin 30 illiyi Los Ancelesdə qeyd olunub – VİDEO

Next Post

Prezident Britaniya Baş nazirinin ticarət elçisini qəbul edib – YENİLƏNİB

Bənzər yazılar

Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü

Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü

09 Oktyabr 2026 - 18:17

Azərbaycanın Latviyadakı yeni səfiri Nərminə Mustafayeva bu ölkənin xarici işlər naziri Baiba Braje ilə görüşüb. Elchi.az xəbər verir ki, bu...

Prezidentin Türkmənistan səfəri: Azərbaycanın regional nüfuzu və strateji mövqeyi möhkəmlənir – TƏHLİL

Prezidentin Türkmənistan səfəri: Azərbaycanın regional nüfuzu və strateji mövqeyi möhkəmlənir – TƏHLİL

09 Oktyabr 2026 - 17:10

Prezident İlham Əliyevin oktyabrın 8–9-da Türkmənistana işgüzar səfəri çərçivəsində iştirak etdiyi yüksəksəviyyəli görüşlər, çıxışlar və əldə olunan razılaşmalar Azərbaycanın beynəlxalq...

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

09 Oktyabr 2026 - 16:38

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb.  

Türkmənbaşıda İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirildi – YENİLƏNDİ

Türkmənbaşıda İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirildi – YENİLƏNDİ

09 Oktyabr 2026 - 16:12

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə görüşü olub. Elchi.az xəbər verir ki,...

Next Post
Prezident Britaniya Baş nazirinin ticarət elçisini qəbul edib – YENİLƏNİB

Prezident Britaniya Baş nazirinin ticarət elçisini qəbul edib - YENİLƏNİB

Prezident Britaniya Baş nazirinin ticarət elçisini qəbul edib – YENİLƏNİB

Prezident Britaniya Baş nazirinin ticarət elçisini qəbul edib - YENİLƏNİB

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.