Azərbaycanın şanlı qələbəsi ilə Cənubi Qafqazda sabitlik və əməkdaşlıq tərəfdarı olan ölkələrin qalib gələcəyi yeni geosiyasi vəziyyət yaranıb. Hər kəsi bu şansdan yararlanmağa dəvət edirik. Biz Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyaları, sərhədlərin demarkasiyası və sülh müqaviləsi üzrə danışıqları dəstəkləyirik.
Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Daşkənddə azərbaycanlı və özbək həmkarları ilə görüşündən sonra deyib.
“Mərkəzi Asiya, Cənubi Qafqaz, Anadolu və Avropanı birləşdirəcək yeni nəqliyyat xətləri bütün regionun rifahıdır. Layihələr həyata keçirildikdə nəqliyyat, ticarət, enerji kimi bir çox sahələrdə multiplikator effekti yaradacaq”, – nazir bildirib.
Paşinyan: Azərbaycana qarşı ittihamlar sülhü sıfıra endirər
Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 27-si ilə bağlı müraciətlərin məzmununun sülh razılaşmalarının məntiqinə uyğun olmasının vacibliyini bildirib. Elchi.az xəbər...





















Son şərhlər