"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir

24 Aprel 2024 - 21:27
in XƏBƏR LENTİ
#image_title

#image_title

FacebookVatsap

Tərəqqi bəşəriyyəti irəli aparır, lakin inkişaf özü ilə qlobal problemlər də gətirir. Müharibələr, transmilli cinayətkarlıq və narkotika ilə mübarizə, eləcə də ekoloji problemlər bəşəriyyətin gələcəyi üçün narahatlıq keçirməyə ciddi əsaslar verir. Bunlar planetin bütün insanlarının həyati mənafelərinə aid olan və bir çox sahələri əhatə edən problemlərdir və onları yalnız ümumi səylərlə həll etmək mümkündür.

Bunu da oxuyun

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Bəşəriyyəti narahat edən qlobal problemləri hər zaman diqqət mərkəzində saxlayan, otuz il torpaqları işğal altında qalan və yalnız beynəlxalq hüquq norma və qaydalarına uyğun olaraq hərbi güc tətbiq etməklə ərazi bütövlüyünü bərpa edən Azərbaycan dünyanın inkişaf və təhlükəsizlik gündəmini dəstəkləyir, ölkələrin “yaşıl enerji”yə keçidinin planetin hər bir vətəndaşı üçün önəm daşıyacağını bildirir. Aprelin 23-də “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda ADA Universitetində keçirilən beynəlxalq forumda səsləndirilən fikirlər və irəli sürülən təkliflər belə deməyə əsas verir.

Azərbaycan qlobal səhnədə, xüsusilə enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri kontekstində əsas rol oynayır. Ölkə Avropa və Mərkəzi Asiya arasında mühüm oyunçudur, Avropaya resursların çatdırılması üçün ən qısa və sərfəli hesab edilən marşrutları təmin edir. Azərbaycanın mövqeyi və enerji resursları onun Avropa üçün geosiyasi və geoiqtisadi əhəmiyyətini artırır. Ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə də regional müstəvidən kənara çıxır və Bakı Qərb-Şərq enerji dialoqunda aparıcı oyunçu kimi qiymətləndirilir. Bir çox ölkələr üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir. Rusiya-Ukrayna müharibəsi Avropanın enerji təhlükəsizliyinə mənfi təsir göstərir və münaqişənin davam etməsi yanacağın qiymətlərinə təsir edir. Yanacaq qiymətlərinin bahalaşması da Avropa İttifaqı ölkələrinin iqtisadi təhlükəsizliyinə mənfi təsir göstərir. Azərbaycanın ayırıcı yox, birləşdirici siyasi xəttə üstünlük verməsi, etibarlı enerji tərəfdaşı kimi özünü təsdiq etməsi “Köhnə dünya”nın enerji təhlükəsizliyinə öz töhfəsini verir.

Təbii ki, enerji mənbələri və strateji nəqliyyat yollarına nəzarət uğrunda mübarizənin getdiyi bir dövrdə ölkələr alternativ resurslara çıxışın asanlaşdırılması istiqamətində də fəal işləyirlər. Azərbaycan da bu gerçəkliyi anlayır və “yaşıl enerji” sahəsinin inkişaf etməsi üçün müvafiq addımlar atır. Ölkəmiz alternativ enerjinin inkişafı üçün əhəmiyyətli potensiala malikdir və hazırda xarici şirkətlər bu bazarın imkanlarını fəal şəkildə araşdırırlar. Azərbaycan yanacaq-enerji kompleksində bərpa olunan enerji sektorunun genişləndirilməsində maraqlıdır, bu sektorda sabit dövlət investisiyaları və iri layihələrin həyata keçirilməsi üçün xarici investisiyaların cəlb edilməsi nəzərdə tutulur. Azərbaycan 2027-ci ilədək 3 QVt külək və 1 QVt günəş enerjisi istehsal etmək, bunun da 80 faizini ixrac etməyi düşünür. Bundan başqa, Azərbaycandan Avropaya yaşıl enerji daşımaq üçün Qara dənizin dibi ilə 1100 kilometr uzunluğunda sualtı kabelin yaradılması da nəzərdən keçirilir. Bütün bunlar onu göstərir ki, Azərbaycan dünyanın “yaşıl enerji” sahəsinin inkişafına yönəlmiş qayğılarını bölüşür və Bakı bu istiqamətdə səylərini artıracaq.

Əlbəttə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın verilməsi məhz ölkəmizin qlobal problemlərə yanaşmada dünyaya göndərdiyi müsbət siqnalların nəticəsidir. Bu, həm də dünya ictimaiyyəti tərəfindən ölkəmizə verilən yüksək dəyərdir.

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edən Prezident İlham Əliyev bununla bağlı qeyd etdi ki, COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür. Bununla yanaşı, dövlət başçısı bildirdi ki, Azərbaycan COP29-a sədrliyinə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxır. Yəni, dövlət başçısı bir daha təsdiqləyir ki, Azərbaycan COP29-u bəşəriyyəti narahat edən problemlərin həllinə müsbət təsir göstərən platforma kimi nəzərdən keçirir və beynəlxalq ictimaiyyətin Bakıya etimad etdiyi bu vəzifəni uğurla yerinə yetirməyə çalışacaq. Bu, həm də onu göstərir ki, Azərbaycan hasilat ölkəsi olmasına baxmayaraq “yaşıl enerji”nin inkişaf etməsinə can atan ölkədir.

Forum həm də onunla yadda qaldı ki, Prezident İlham Əliyev dünyaya önəmli mesajlar da ünvanladı. Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi ətrafında yaranmış son vəziyyəti dəyərləndirən ölkəmizin başçısı sülhün çox da uzaqda olmadığını vurğuladı. Bundan başqa, dövlət başçısı çoxaspektli siyasət nəticəsində Azərbaycanın çox qütblərə ayrılmış regionlarda özünü rahat hiss etdiyini bildirdi və Azərbaycan cəmiyyətinin əsrlər boyu hər iki sivilizasiyanın – həm Avropanın, həm də İslamın dəyərlərini böyük ölçüdə mənimsədiyi üçün heç bir narahatlıq hiss etmədiyini açıqladı. Eyni zamanda, Prezident Azərbaycanın uğurlarının düsturunu açıqladı. Bakının heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmadığını vurğulayan Prezident İlham Əliyev diqqətə çatdırdı ki, “Biz Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışıq. Biz hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə qardaşlarımız ilə münasibətlərimizdə ədalətli olmuşuq. Uğurumuzun səbəbi bundadır”.
Azərbaycan beynəlxalq arenadakı tutduğu üstün mövqeyi və gücü hesabına ölkəmizin diplomatik və iqtisadi uğurlarını artırmaqdadır. Bu gün paytaxtımız yalnız beynəlxalq tədbirlərə evsahibliyi etməklə məhdudlaşmır, həm də məhz bizim aparıcı olduğumuz ümumdünya səviyyəli toplantılardan dünyaya səsimizin çatdırıldığı məkana çevrilib. Artıq Azərbaycan öz geopolitik mövqeyini, milli maraqlarını, hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir.

Bu baxımdan ADA-da keçirilən “ COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum və bu tədbirdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb etdi. Hər zaman olduğu kimi fikirlərini konkret faktlarla dəqiq ifadə edən Azərbaycan lideri ölkəmizin gələcək perspektivi, siyasi düzənə baxışı və geopolitik mövqeyi haqda bütün beynəlxalq platformalara mesaj verdi. Tədbirin mahiyyətindən irəli gələn bəşəri humanizm prinsiplərini hər zaman gözləyən Azərbaycan bu dəfə də dünyaya xoş və sülhpərvər niyyətini göstərmiş oldu.

Rəşad Mahmudov,
Milli Məclisin deputatı

#image_title
Previous Post

Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir

Next Post

Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir

Bənzər yazılar

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

05 Oktyabr 2026 - 21:39

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin (Antonio Tayani) müavini Edmondo Çirielli Azərbaycanın bu ölkədəki səfiri Elçin Hüseynli ilə görüşüb...

Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır

Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır

05 Oktyabr 2026 - 21:35

İranın ABŞ ilə problemi ondan ibarətdir ki, danışıqlar başlayan zaman Vaşinqton İslam Respublikasına hücum edir. Elchi.az ISNA-ya istinadən xəbər verir...

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

05 Oktyabr 2026 - 21:29

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb. Elchi.az...

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

05 Oktyabr 2026 - 20:03

Rusiya ordusu Qara dənizin neytral sularında taxıl daşıyan mülki gəmiyə iki dronla zərbə endirib. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir

Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir

Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir

Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir

Son xəbərlər

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

05 Oktyabr 2026 - 21:39
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır

Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır

05 Oktyabr 2026 - 21:35
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

05 Oktyabr 2026 - 21:29
Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

05 Oktyabr 2026 - 20:03
AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

05 Oktyabr 2026 - 19:54
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

05 Oktyabr 2026 - 19:53
ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

05 Oktyabr 2026 - 19:48
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

05 Oktyabr 2026 - 19:23
Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

05 Oktyabr 2026 - 19:17
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

05 Oktyabr 2026 - 19:08
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

05 Oktyabr 2026 - 18:57
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

05 Oktyabr 2026 - 18:45
ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

05 Oktyabr 2026 - 18:37
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

05 Oktyabr 2026 - 18:23
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

05 Oktyabr 2026 - 18:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.