"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Azİz”in yeni prezidenti seçildi

11 May 2023 - 19:44
in CƏMİYYƏT
FacebookVatsap

İsrailin Rişon le-Sion şəhərində “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının IV qurultayı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Elchi.az-a bildiriblər ki, tədbirdə “Azİz”in İsrail üzrə nümayəndələri, Dövlət Komitəsinin, ölkənin siyasi, mədəni elitasının təmsilçiləri və media mənsubları iştirak ediblər.
Qurultay iştirakçıları Mark Aqarunov və Salman Rabayevin rəhbərlik etdiyi “Sevgi” ansamblının ifasında ecazkar Azərbaycan musiqisi ilə qarşılanıb.
Qurultay öz işinə İsrail və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Assosiasiyanın Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman İkinci Dünya müharibəsi zamanı alman faşizmi üzərində qazanılmış Qələbə münsibətilə qurultay iştirakçılarını təbrik edib. Həmin illərdə Azərbaycanın 600 mindən çox oğul və qızının cəbhəyə yollandığını xatırladıb, Azərbaycan nefti olmadan qələbənin qeyri-mümkünlüyünü qeyd edib.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun qurultay iştirakçılarına ünvanladığı müraciəti səsləndirilib.
Komitə sədri İsrail-Azərbaycan əlaqələrinin inkişafında, Azərbaycan mədəniyyətinin və həqiqətlərinin İsraildə təbliği istiqamətində Assosiasiyanın həyata keçirdiyi layihələri yüksək dəyərləndirib, “Azİz”in prezidenti Lev Spivaka səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirib, qurultayın işinə uğurlar arzu edib.
Bildirilib ki, qurultay ərəfəsində təşkilatın İdarə Heyətinin üzvlərindən olan Kiryat Balik şəhər bölməsinin rəhbəri Sevin Hanukayev, Assosiasiyanın mətbuat-təbliğat işlərinə rəhbərlik etmiş Yuri Boçarov, eləcə də Assosiasiyanın təftiş komissiyasının rəhbəri Mixail Elioviç “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunublar.
Tədbir Assosiasiyanın qurultaylararası fəaliyyəti ilə bağlı hesabatlarının dinlənilməsi ilə davam edib.
Təşkilatın prezidenti Lev Spivak məruzəsində qeyd edib ki, hesabat dövrünün böyük hissəsi koronavirus pandemiyası dövrünə təsadüf edib. Bu səbəbdən təşkilat müəyyən müddət ərzində fəaliyyətini internet üzərindən davam etdirməli olub. Həmin dövrdə çoxlu sayda onlayn tədbirlərin, görüşlərin, bayram konsertlərinin, yaddaqalan ədəbi-bədii gecələrin təşkil edildiyini xatırladıb. 44 günlük Vətən müharibəsi dövründə isə pandemiya təhlükəsinə baxmayaraq, “Azİz”in təşkilatçılığı ilə Azərbaycan Ordusuna dəstək, erməni separatçılarına qarşı etiraz aksiyalarının keçirildiyini diqqətə çatdırıb.
“Azİz”in baş direktoru Şaul Siman-Tovun rəhbərliyi ilə “Azİz”in nəşriyyat fəaliyyətini xüsusi vurğulayan Lev Spivak xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə təşkilat tərəfindən ivrit dilində nəşr olunmuş “Öndə gedən” kitabını təqdim edib.
Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qısametrajlı sənədli film nümayiş etdirilib.
Qeyd olunub ki, film bu yaxınlarda finalı keçirilmiş “Gözəl diyar Azərbaycan” uşaq yaradıcılıq festivalının laureatı Konstantin Vararu tərəfindən hazırlanıb.
Qurultayın sonunda “Azİz”in idarə heyətinə və rəhbər postlarına namizədlər irəli sürülüb. Səsvermədən sonra qurultay iştirakçıları Assosiasiyanın yeni tərkibi müəyyənləşib.
Səsvermə nəticəsində Adam Amilov “Azİz”in yeni prezidenti, vitse-prezident vəzifələrinə Yeganə Salman, Səadət Şükürova və Viktoriya Dolinskaya seçiliblər.
“Azİz”in İdarə Heyətinin üzvləri – Yerusəlim şöbəsinin rəhbəri Aleksandr Aqranovski, Kiryat-Bialik şöbəsinin rəhbəri Sevin Xanukaev və Nərminə Ağasi öz ürək sözlərini söyləyiblər.
“Azİz”in yeni prezidenti seçilmiş Adam Amilov yüksək etimada görə minnətdarlığını bildirib və təşkilatın əldə etdiyi nailiyyətlərin səviyyəsini daha da yüksək səviyyəyə qaldırmaq üçün var gücü ilə çalışacağını bildirib.
Qurultay bədii hissə ilə yekunlaşıb. Konsert proqramında tanınmış vokalçı Kameliya İoffe və skripkaçı Qəmər Kərimlinin ifasında Azərbaycanın klassik, xalq və estrada musiqisi səsləndirilib.
Qeyd edək ki, Adam Amilov 1966-cı ildə Azərbaycanın Quba rayonunun Qırmızı Qəsəbəsində anadan olub. 1996-cı ildə Kiryat Yam bələdiyyəsində təhsil üzrə koordinator vəzifəsini tutub. 2007-2011-ci illərdə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, 2010-2011-ci illərdə Volfson Fondu və Absorbsiya Nazirliyindən Qafqazdan olan yəhudi mühacirlərinin İsraildə icmasının təşviqi və inteqrasiyasına yönəlmiş “Tnufa” ümumisrail birgə layihəsinin rəhbəri, 2012-ci ildə Qafqaz Yəhudilərinin Ümumİsrail Assosiasiyasının baş direktoru, eləcə də Yəhudi Milli Fondunun Şimal bölgəsi üzrə koordinatoru vəzifələrində çalışıb. 2013-cü ildən İsrailin Kiryat Yam şəhərinin vitse-meri vəzifəsində çalışır.

Bunu da oxuyun

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

Dağlıq ərazilərdə yollar buz bağlaya bilər – XƏBƏRDARLIQ

Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

 

Previous Post

Yaponiyada zəlzələ

Next Post

Şəmkirə güclü dolu yağdı

Bənzər yazılar

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

10 Noyabr 2026 - 12:12

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib. Bu barədə Elchi.az-a BDYPİ-dən məlumat verilib. Yol polisi...

Dağlıq ərazilərdə yollar buz bağlaya bilər – XƏBƏRDARLIQ

Dağlıq ərazilərdə yollar buz bağlaya bilər – XƏBƏRDARLIQ

09 Noyabr 2026 - 17:10

Respublikanın avtomobil yollarında vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, noyabrın 10-da gecə və səhər saatlarında bəzi dağlıq...

Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

09 Noyabr 2026 - 12:30

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən noyabrın 13-də Gəncə şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu və polis orqanları, o...

Sabah Bakıya yağış yağacaq

Sabahın havası açıqlanıb

09 Noyabr 2026 - 12:21

Sabah hava necə olacaq? Noyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və...

Next Post
Şəmkirə güclü dolu yağdı

Şəmkirə güclü dolu yağdı

Şəmkirə güclü dolu yağdı

Şəmkirə güclü dolu yağdı

Son xəbərlər

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

10 Noyabr 2026 - 19:22
Ukrayna və Rusiya Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər

Ukrayna və Rusiya Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər

10 Noyabr 2026 - 19:00
Paşinyan Parisdə Makronla görüşüb

Paşinyan Parisdə Makronla görüşüb

10 Noyabr 2026 - 18:34
SEPAH-ın yeni raket şəhəri təqdim olunub

SEPAH-ın yeni raket şəhəri təqdim olunub

10 Noyabr 2026 - 16:41
Əbu-Dabidə Ukrayna müharibəsi üzrə danışıqlar başladı

Əbu-Dabidə Ukrayna müharibəsi üzrə danışıqlar başladı

10 Noyabr 2026 - 12:25
BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

10 Noyabr 2026 - 12:12
Dövlət başçısı Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

Dövlət başçısı Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10 Noyabr 2026 - 11:57
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

10 Noyabr 2026 - 11:50
Flippində 6 əcnəbini daşıyan şəxsi təyyarə qəzaya uğradı

Flippində 6 əcnəbini daşıyan şəxsi təyyarə qəzaya uğradı

10 Noyabr 2026 - 11:30
Qazaxda avtomobil yanıb

Qazaxda avtomobil yanıb

10 Noyabr 2026 - 11:10
Dünya bazarında qızıl bahalaşıb

Dünya bazarında qızıl bahalaşıb

10 Noyabr 2026 - 10:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib

10 Noyabr 2026 - 10:19
Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

09 Noyabr 2026 - 18:00
Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 32 faiz artırıb

Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 32 faiz artırıb

09 Noyabr 2026 - 17:47
Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb

Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb

09 Noyabr 2026 - 17:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.