"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azercell-in eksklüziv təklifləri “Bakutel 2017” sərgisində

06 Dekabr 2017 - 16:22
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

 

Ölkənin lider mobil operatoru biznes və asudə üçün bir sıra texnoloji yeniliklər nümayiş etdirir. 

 

Hər ilin sonunda regionun və dünyanın ən son texnoloji yenilikləri BAKI EKSPO mərkəzində keçirilən Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində təqdim olunur. “Bakutel 2017” çərçivəsində həm biznes, həm də asudə üçün faydalı olan mobil rabitə və telekommunikasiya sahəsinin ən innovativ layihələri isə Azercell-in stendində sərgilənir. Artıq illərin adətinə çevrilmiş bu ənənə 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya

Texnologiyaları Sərgi və Konfransında da davam edir. Azercell Telekom MMC bu il “Bakutel” –in nəinki əsas iştirakçılarından biri, həmçinin, Baş Sponsorudur.

 

Azercell Telekom dörd gün ərzində “Bakutel” pavilyonunun mərkəzində yerləşən ənənəvi stendində innovativ, həm biznes, həm də asudə vaxt üçün faydalı yenilikləri ziyarətçilərə təqdim edir. Stendin bir hissəsi yeni “Azercell Exclusive” konsepsiyasına aiddir. Bu hissədə yeni nəsil İT üzrə həll variantları,  4G və 5G texnologiyalara aid müxtəlif innovativ mobil xidmətlər, müasir mobil cihazlar nümayiş olunur. Burada sərgi ziyarətçiləri, həmçinin, Azercell tərəfindən təqdim olunan son model telefonlarla tanış olub, onları yerində test edə, məhsul, xidmətlər haqqında peşəkar təmsilçilərdən ətraflı məlumat ala bilərlər.

 

Budəfəki “Bakutel”  sərgisində Azercell öz yeni biznes həllini tam gücü ilə müştərilərin ixtiyarına verir. Belə ki, ölkəmizdə ilk dəfə tətbiq olunan “Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni səviyyəsindən yararlanacaqlar. Bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı “qaynar xətt”-in qurulmasına nail ola biləcəklər. Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarla bizneslərə eksklüziv imkanlar verir. Hazırda əsas diqqətin xərclərə qənaətə yönəldiyi bir zamanda, bu həll ilə şirkətlər əlavə avadanlıq xərcləri çəkmədən səmərəliliyi artıracaqlar.

 

Azercell-in stendində ən maraqlı bölmələrdən biri son nəsil texnologiyaların nümayiş olunduğu sahədir. Burada telefonla “Bulud” texnologiyaları üzərindən idarə olunan robot ziyarətçilərin xüsusi marağına səbəb olur. Belə ki, onlar təkərlərin üzərindəki kiçik robotun asanlıqla tarazlığını saxlaya bildiyinin şahidi olurlar. Digər proqram isə qarışıq və virtual reallığın köməyilə real həyatda təhlükəsizliyin nə cür qoruna biləcəyini göstərir. Məsələn, virtual reallıq vasitəsilə fövqəladə hallarda konkret məkandan çıxış yollarını axtarıb tapmaq, digər halda isə istehsalı artırmaq üçün vizual yollar əldə etmək olar. Bu sistem, həm də, qəzadan qurtulmaq üçün yol hərəkəti qaydalarına riayət olunmasına nəzarət edir, qarşıdan gələn maşın haqqında sürücüyə xəbər verir. “Smart parking” adlı digər bir texnologiya isə küçədəki kameraların köməyilə maşın üçün parklama yerinin axtarılıb tapılmasına yardım edir.

“Texnologiya” bölməsində sərgilənən kiçik bir kubun – “Connected cube” köməyilə ağıllı idarəetmənin şahidi olmaq mümkündür. Ziyarətçilər kubun kənarındankı QR kodlarını telefonda skanerdən keçirməklə, həmin yerdəki temperaturu, rütubətliliyi ölçən cihazlara qoşulur, heç bir proqram yükləmədən asanlıqla bu göstəricilərin qeyd olunduğu portala keçmiş olurlar.

 

Kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə son illər cəmiyyət üçün ən aktual məsələlərdən birinə çevrilib. Mobil kommunikasiyada təhlükəsizliklə bağlı problemləri həll edən “Azercell Plus Təhlükəsizlik” xidməti ilə şirkətin stendində ətraflı tanış olmaq olar. Bu proqram fayllar, proqramlar və saytların təhlükəsizliyini dərhal yoxlayır, viruslara və digər təhdidlərə qarşı müdafiəni təmin edir, naməlum saytlar tərəfindən şəxsi məlumatların əldə edilməsinin qarşısını alır. Proqram arzuolunmaz saytlara keçid, habelə virusa yoluxmuş və saxta saytlara keçiddən qoruyur, təhlükəsiz onlayn ödəniş imkanı verir. Həmçinin, açıq Wi-Fi şəbəkələrinin təhlükəsizliyini yoxlayır, veb kameraya icazəsiz keçidə imkan vermir. “Azercell Plus Təhlükəsizlik” xidmətinin üstün cəhətlərindən biri də İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsidir. Yuxarıda sadalanan özəlliklərdən başqa, “Valideyn Nəzarəti”, həmçinin, uşağın sosial şəbəkələrdə postlarını və dostlar siyahısındakı dəyişiklikləri izləməyə, övladların qoşulduğu qruplardan xəbərdar olmağa, uşaqların yerini müəyyənləşdirmək və onlar üçün təhlükəsiz ərazi yaratmaq imkanı verir.

 

Azercell musiqisevər abunəçilərini də unutmayıb. Sərgidə təqdim olunan “Azercell Plus Musiqi” xidməti hər kəsə sevimli musiqi parçalarını, müxtəlif melodiya və mahnılarını istənilən vaxt və istənilən yerdə dinləmək imkanı verir. Bu xidmətlə 28 milyondan artıq musiqi parçasını telefonda toplamaq mümkündür. “Azercell Plus Musiqi” ilə populyar mahnıların siyahılarını yaratmaq, onları sosial şəbəkələrdə paylaşmaq imkanını əldə etmək olar. Üç dil seçimi verən xidmətdən Azercell abunəçiləri, həm də, bir ay ərzində pulsuz istifadə edə bilirlər.

 

“Bakutel 2017” sərgisinin keçdiyi dörd gün ərzində Azercell stendinin ən aktiv və şən guşəsi olan əyləncə zonası ziyarətçiləri üçün xoş sürpriz, hədiyyələr qazandıran müsabiqə və viktorinalarla zəngin olacaq. Odur ki, hamını Azercell stendini ziyarət etməyə və buradakı ən son yeniliklərdən həm iş, həm də əyləncə üçün istifadə etməyə dəvət edirik!

Previous Post

Azercell-in eksklüziv təklifləri “Bakutel 2017” sərgisində

Next Post

Yeni ildən Rusiya avtomobilləri nə qədər bahalaşacaq? – MƏBLƏĞ

Bənzər yazılar

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

14 Sentyabr 2026 - 22:41

Bakıda marşrut xətlərinə sentyabrın 15-dən cəlb edilən avtobusların sayı rekord həddə – 2 530-a çatdırılacaq. Bu barədə Elchi.az -a Azərbaycan...

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

14 Sentyabr 2026 - 22:38

İngiltərədəki "Great North Run" yarımarafonunun 25 yaşlı iki iştirakçısı qaçış zamanı vəziyyətləri pisləşdikdən sonra ölüblər. Elchi.az  xəbər verir ki, bu...

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

14 Sentyabr 2026 - 22:36

İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrın 23-də Nyu-Yorka (ABŞ) üçgünlük səfər edəcək. Elchi.az xəbər verir ki, bu barədə hökumət başçısının...

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

14 Sentyabr 2026 - 22:33

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 daha nəfər xəsarət alıb. Elchi.az -ın xəbərinə görə, hadisə Alpout kəndində qeydə...

Next Post

Yeni ildən Rusiya avtomobilləri nə qədər bahalaşacaq? – MƏBLƏĞ

Yeni ildən Rusiya avtomobilləri nə qədər bahalaşacaq? – MƏBLƏĞ

Son xəbərlər

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

14 Sentyabr 2026 - 22:41
İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

14 Sentyabr 2026 - 22:38
Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

14 Sentyabr 2026 - 22:36
Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

14 Sentyabr 2026 - 22:33
Zelenski: Ukrayna etibarlı zəmanətlər müqabilində Rusiyanın enerji obyektlərinə zərbələr endirməyəcək

Zelenski: Ukrayna etibarlı zəmanətlər müqabilində Rusiyanın enerji obyektlərinə zərbələr endirməyəcək

14 Sentyabr 2026 - 22:31
Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

14 Sentyabr 2026 - 20:17
Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

14 Sentyabr 2026 - 20:14
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

14 Sentyabr 2026 - 20:11
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 - 20:07
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

14 Sentyabr 2026 - 20:04
Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

14 Sentyabr 2026 - 19:25
MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

14 Sentyabr 2026 - 19:12
MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

14 Sentyabr 2026 - 19:03
Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

14 Sentyabr 2026 - 18:56
İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

14 Sentyabr 2026 - 18:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.