"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Azercell” “Əşyaların İnterneti” adlı yeni texnologiyasını təqdim edib

04 Dekabr 2018 - 17:33
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Azərbaycanın aparıcı mobil operatoru Bakutel-2018 sərgisində geniş avtomatlaşdırılmış həllər və telekommunikasiya sahəsində ən son trendləri nümayiş etdirəcək

“Əşyaların İnterneti” (İOT) texnologiyaları müxtəlif cihazlar arasında məlumat paylaşımının yeni səviyyəsi kimi şəbəkələr vasitəsilə kommunikasiya üçün geniş imkanlar açaraq daha sıx əlaqəli dünya qurmağa kömək edir. İOT unikal identifikatorlarla təchiz olunmuş və insan-insan və ya insan-kompüter əlaqəsi tələb olunmadan məlumatı şəbəkə vasitəsilə ötürmək qabiliyyətinə malik bir-biri ilə qaşılıqlı əlaqəli hesablama cihazları, mexaniki və rəqəmsal maşınlar sistemidir. Azərbaycanın ən müasir mobil kommunikasiya xidmətləri təchizatçısı olan Azercell Telekom özünün insanları yüksək texnologiyalar vasitəsilə birləşdirmək məqsədinə sadiq qalaraq 24-cü BakuTel sərgisində müxtəlif yüksək texnoloji həllər nümayiş etdirəcək. Bu dəfə də Azercell 4-7 dekabr 2018-ci il tarixlərində keçiriləcək sərginin əsas iştirakçılarından biri olmaqla bərabər, bu əhəmiyyətli texnoloji tədbirin əsas sponsoru kimi çıxış edir.

Lider mobil operator öz stendində biznes, pərakəndə müştərilər və texnoloji innovasiyaların izləyiciləri üçün geniş çeşiddə məhsul və həllər təqdim edəcək:

Avtomatlaşdırılmış Həllər

YuMi (You and Me, “Sən və Mən”) – universal robot-həmkar bu il Azercell stendində qonaqları salamlayacaq. Müştərək fəaliyyətə hazır, iki qollu, kiçik hissələrdən ibarət və hərəkətli əllər, kamera ilə hissənin yerini müəyyən etmə və ən müasir nəzarət funksiyası ilə təchiz olunmuş robot insanlar ilə çiyin-çiyinə eyni iş üzərində çalışa bilir. İnnovativ, insan üçün rahat və inqilabi funksionallıqla fərqlənən robot sənayedə geniş qlobal avtomatika potensialını üzə çıxarmaq məqsədilə hazırlanmışdır.

MyKi Touch, MyKi Pet və MyKi Auto kimi müxtəlif kiçik təhlükəsizlik cihazları vahid bir tətbiq (app) vasitəsilə müxtəlif məlumatları izləməyə imkan verir:

Smart aqrar xidməti

Smart aqrar xidmətləri, SIM-kartı olan xüsusi IoT (Əşyaların İnterneti) cihazından istifadə etməklə hava və torpağın xüsusiyyətlərini ölçmək üçün sahə sensorlarının quraşdırılması yolu ilə məhsuldarlığı artırmaq üçün nəzərdə tutulmuşdur. Fermerlər bu texnologiyanın köməyi ilə havanın temperaturu və havadakı rütubətlilik barədə real vaxt rejimində məlumatlar, eləcə də, torpağın parametrlərini və suvarma ilə bağlı tövsiyələr əldə edə bilərlər.

MyKi Touch uşaqlara nəzarət üzrə yeni nəsil izləmə funksiyasıdır və valideynlərə övladları ilə əlaqə qurmaq və onların yeri barədə real vaxt rejimində məlumat əldə etmək imkanı verir. Uşağın yerini dəqiq müəyyən edən GPS modulu, SOS düyməsi, öncədən təyin olunmuş təhlükəsiz zonalar və digər funksiyalarla MyKi Touch sizin övladlarınızın təhlükəsizliyini təmin etmək üçün ən yaxşı vasitədir. İnteqrasiya edilmiş “taçsensorun” sayəsində valideynlər həmin anda uşaqların saatı taxıb-taxmadığından xəbərdar olurlar.

MyKi Pet adlı ağıllı cihaz ilə sahibləri artıq ev heyvanlarının harada olduqlarından dolayı narahatlıq keçirməyəcəklər. Bu cihaz onlara heyvanların yeri barədə məlumat verir, xüsusi təhlükəsizlik zonalarını təyin etməyə və hətta heyvanlara məsafədən göstəriş verməyə imkan yaradır.

MyKi Auto heç bir naqil olmadan, sadəcə istənilən nəqliyyat vasitəsinə bir maqnitin yerləşdirilməsilə avtomobil və karqo üçün tam təhlükəsizlik təmin edir: avtomobilin yeri barədə məlumat verir, enerjiyə qənaət rejimi olan batareyası, ani məlumatlandırma ilə oğurluq hallarının qarşısının alınması funksiyası, səyahət barədə məlumat və digər xüsusiyyətlərlə təchiz olunub. Qeyd etmək yerinə düşər ki, MyKiAuto enerji təchizatı tələb etmir və tam avtonom rejimdə çalışır.

Azercell Smart Home (Ağıllı Ev) adlı yeni innovativ xidmət sizin evinizi daha funksional, daha rahat və təhlükəsiz edəcək. Bu xidmət sizə istənilən yerdən bir tətbiqetmə vasitəsilə işıqlandırma, cərəyana qoşulma, temperatur və otaqdakı hərəkətlərə tam nəzarət imkanı verir.

Gündəlik həyatınızı asanlaşdırınSizin eviniz sizin şəxsi, daha çox zövq almaq və özünüzü rahat hiss etmək istədiyiniz məkandır. Artıq evinizi sizin istəklərinizi anlayan bir məkana çevirə bilərsiniz. Azercell Smart Home ilə siz asanlıqla və cəld şəkildə işığın intensivliyini, otağın temperaturunu və evinizdəki kiçik cihazların funksiyalarını öz istəklərinizə uyğun idarə edə və beləliklə, rahatlıqdan zövq ala bilərsiniz.

Təhlükəsiz evdə yaşayınSizin eviniz elə bir məkandır ki, orada siz özünüzü dünyanın istənilən yerindən daha təhlükəsiz hiss etmək istəyirsiniz. Evə kameralar, sensorlar də digər xırda aksessuarlar yerləşdirin və evinizdəki hərəkətlər barədə anında məlumat alın. Artıq siz öz evinizi davamlı şəkildə izləyə, tam nəzarət edə və xoşagəlməz hallardan uzaq ola bilərsiniz. Bunun sayəsində özünüz və sevdikləriniz üçün daha təhlükəsiz şərait yarada bilərsiz.

Evinizdə ideal şəraitdən zövq alın Sizin eviniz tam nəzarətinizdə olan bir məkan olmalıdır. Artıq ağıllı cihazların köməyilə siz evinizdə sərf olunan enerjiyə məsafədən nəzarət edə və onu düzgün şəkildə idarə edə bilərsiniz. Siz real ehtiyaclarınıza uyğun enerji sərf edəcək və beləlik də ona qənaət edəcəksiniz.

Azercell Ağıllı Ev həlli birbaşa mobil telefondan ev cihazlarına nəzarət etmək, hərəkət və tüstü detektorları vasitəsilə öz evinizdə baş verənlər barədə anında məlumat almaq, evdə olmadan məsafədən evin temperaturunu idarə etmək istəyən hər kəs üçün ideal seçimdir.

Beləlik də siz evə gələrkən və yaxud evi tərk edərkən orada hansı proseslərin avtomatik baş verməsi barədə qaydalar və ssenariləri özünüz müəyyən edə bilərsiniz.

Azercell EksklüzivAzercell stendinin pərakəndə satış bölməsi ən son innovasiyaları sınaqdan keçirmək üçün ən uyğun yerdir. Bu guşədə həmçinin, Azercell Plus xidmətləri çərçivəsində Zvooq, Bookmate, Bookmate Audio tətbiqetmələri də nümayiş olunacaq.

Mysim.az məlumat bazasına birləşmiş xüsusi monitor abunəçilərə arzu etdikləri nömrə kombinasiyasını yığaraq dərhal BakuTel sərgisində arzuladıqları nömrəni tapmaq və onu istənilən Azercell Eksklüziv mağazasında əldə etmək üçün qeydiyyatdan keçmək imkanı verir. Bu axtarış sistemi bir saniyədə istənilən Azercell nömrəsini müəyyən etmək və satış nöqtəsinə uyğun olaraq onun yerini göstərmək imkanına malikdir.

Korporativ seqmentAzercell-in korporativ müştəriləri də yeni təkliflərdən məmnun qalacaq. Məsələn, “Şirkətim”paketi yeni qoşulmuş korporativ seqment müştərilərinə aylıq 1000 ölkədaxili danışıq dəqiqələri və 3GB mobil internet təqdim edir.
Korporativ bölmədə, həmçinin, şirkətlər üçün internetdən geniş istifadə imkanı verən rominq təklifi təqdim ediləcək. Yeni rominq internet paketi korporativ müştərilərə cəmi 16 AZN ödəməklə 1GB internetdən yararlanmaq imkanı verir.
Azercell tədbir boyu zamanı, həmçinin, Virtual ATS innovativ biznes həllini təqdim edəcək. Bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı “qaynar xətt”-in qurulmasına nail ola biləcəklər. Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarla bizneslərə eksklüziv imkanlar verir. 

Sahibkarlığa dəstək Azercell innovativ layihələrin inkubasiyasının əsas yaradıcısı kimi Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi üçün sərgi zamanı xüsusi bölmə ayıracaq. Barama tərəfindən dəstəklənən startaplar burada informasiya texnologiyalarına əsaslanan müxtəlif biznes həllər nümayiş etdirəcək.

Vebsaytların hazırlanmasıüzrə “Owbike” layihəsi html səhifələrinin yaradılması üçün sizdən heç bir texniki bilik tələb etmir. Xüsusi proqram sizə mürəkkəb veb səhifələri qısa zamanda yaratmaq imkanı verəcək.
“Green Baku” kiçik startapı ölkədə ilk dəfə təkrar istifadə olunan materiallardan ekoloji cəhətdən təmiz dəftərxana məhsulları hazırlamağa nail olmuşdur. Daha çox startap layihələri, o cümlədən təhsil mərkəzlərində test yoxlaması aparmaq üçün “Appoll” platforması, “Happy Moments” portalı, “Dataforest” axtarış sistemi, “Wexplain” onlayn biznes platforması bu ilki BakuTel sərgisində texnoloji trend izləyicilərinin diqqətinə çatdırılacaq.

Texnologiya ilə Əyləncə Yüksək texnologiyalar Azercell-in bütün stendində, o cümlədən Şirkətin ənənəvi əyləncə guşəsində özünü göstərəcək. Azercell bir neçə gün ərzində bütün qonaqları texnologiyaya əsaslanan müsabiqələrdə iştirak etməyə və mobil operatordan xüsusi hədiyyə qazanmağa dəvət edir.

Bu ilki telekommunikasiya sərgisi çox hərarətli olacaq, ən yüksək dərəcə isə Azercell-in guşəsində müşahidə ediləcək!

Previous Post

“Azercell” “Əşyaların İnterneti” adlı yeni texnologiyasını təqdim edib

Next Post

Azərbaycan Ordusunun hərbi birliyində döyüş atışlı təlim keçirilib – FOTO/VİDEO

Bənzər yazılar

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

04 İyun 2026 - 16:10

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı...

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03

Prezident İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 3-də...

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 15 İyun –...

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün...

Next Post
Azərbaycan Ordusunun hərbi birliyində döyüş atışlı təlim keçirilib – FOTO/VİDEO

Azərbaycan Ordusunun hərbi birliyində döyüş atışlı təlim keçirilib – FOTO/VİDEO

Azərbaycan Ordusunun hərbi birliyində döyüş atışlı təlim keçirilib – FOTO/VİDEO

Azərbaycan Ordusunun hərbi birliyində döyüş atışlı təlim keçirilib – FOTO/VİDEO

Son xəbərlər

“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Aİ Çin şirkətlərini hədəf alıb

Aİ Çin şirkətlərini hədəf alıb

04 İyun 2026 - 16:32
Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24
“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

04 İyun 2026 - 16:10
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03
Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.