"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edilib

28 Avqust 2025 - 20:14
in CƏMİYYƏT

acsa

FacebookVatsap

2025-ci il avqustun 28-də “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təmsilçiləri Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR – The Office of the High Commissioner for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED – Committee on Enforced Disappearances) Katibliyi ilə görüş keçirib.

Bunu da oxuyun

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

Elchi.az xəbər verir ki, görüşdə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3990 nəfər Azərbaycan vətəndaşının itkin düşdüyünü, onlardan 6 nəfərinin 2020-ci ildə 44 günlük müharibə zamanı itkin düşdüyünü diqqətə çatdırıb. Onların içərisində 71 nəfər uşaq, 284 nəfər qadın, 316 nəfər ahıl şəxs olub. O, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin Azərbaycanda itkin ailələrini sıralarında birləşdirdiyini qeyd edərək, BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin azərbaycanlı itkinlərin taleyinə aydınlıq gətirilməsi üçün səyləri artırmasının vacibliyini bildirib, onları itkin düşmüş Azərbaycan vətəndaşları barədə məlumatları təqdim etməsi üçün Ermənistana çağırış etməyə səsləyib: “30 ildən çoxdur ki, Ermənistan bu barədə heç bir məlumat vermir. Biz 2023-cü ilin avqustunda BMT-nin Baş katibinə, BMT Baş Assambleyasının prezidentinə, BMT-nin İnsan Hüquqları Şurasının prezidentinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edərək yenə xahiş etdik ki, Ermənistana çağırış edilsin ki, itkin düşmüş şəxslərin taleyi barədə məlumatları açıqlasın, kütləvi məzarlıqların yerlərini Azərbaycan tərəfinə təqdim etsin. Bizə hələ cavab verilməyib. Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır. Biz hüquqlarımıza hörmətlə yanaşılmasını istəyirik”.

Məcburi Yoxaçıxmalar üzrə Komitədə görüş zamanı Könül Behbudova 1 gün əvvəl atası vəfat etdiyi üçün bu toplantıya gəlməyin onun üçün çox çətin olduğunu da dilə gətirib: “Mənim atam 1992-ci ildə Zəngilanda itkin düşmüş oğlu Abbas Behbudovun həsrəti, nisgili, ağrısı ilə bu dünyadan köçdü. Mən onun hüzr mərasimini yarımçıq qoyaraq bura gəlmişəm ki, siz qardaşımın aqibəti barədə məlumat əldə etməkdə bizə köməklik edəsiniz. Bu, atamın ən böyük arzusu idi. Atam da minlərlə itkin ailəsinin illərdir gözləri yollarda qalan nümayəndələri kimi xəbər gözləyirdi”.

Görüşdə itkin İlham Dadaşovun anası Elmira Dadaşova, itkin Şahin Əliyevin anası Mahuru Şahin, itkin Azad Cabbarovun həyat yoldaşı Fəridə Cabbarova, itkin Səxavət Canıyevin həyat yoldaşı Reyhan Canıyeva, itkin Oqtay Məmmədovun həyat yoldaşı Pərvanə Məmmədova və “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin digər təmsilçiləri təəssüflə qeyd ediblər ki, Ermənistanda Azərbaycana qarşı müharibə cinayətləri törətmiş şəxslərdən hələ bir nəfər belə məsuliyyətə cəlb olunmayıb, əksinə, müxtəlif vaxtlarda Ermənistan cəmiyyətində onlardan saxta qəhrəman obrazları düzəldirib.

İtkin ailələrinin üzvləri diqqətə çatdırıblar ki, 2020-ci ildən ötən 5 il ərzində işğaldan azad edilmiş ərazilərdə 28 kütləvi məzarlığın aşkarlanması dəhşətli mənzərədir, insanların kütləvi halda qətl edilərək qeyri-insani qaydada basdırılması və izlərinin itirilməsi, bütün insani dəyərlərə hörmətsizlik, vəhşilikdir. Xatırladılıb ki, bir sıra hallarda isə insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin düşüb, bütöv ailələr və nəsillər məhv edilib. I Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin düşüb, heç birinin aqibəti bilinmir. “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tələb edib ki, Ermənistan kütləvi məzarlıqlarla əlaqədar xəritələri Azərbaycan tərəfinə təqdim etməlidir.

 
Məcburi Yoxaçıxmalar üzrə Komitədə görüş zamanı itkin ailələri Beynəlxalq Qırmızı Xaç Komitəsinin onların doğmalarından xəbər gətirəcəyinə inamlarının ciddi zədələndiyini qeyd ediblər.

Görüşdə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təmsilçiləri itkin düşmüş şəxslər probleminin qlobal mahiyyətli olduğunu, BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi institutunun yaradılmasına böyük ehtiyac olduğunu diqqətə çatdırıblar.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR – The Office of the High Commissioner for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED – Committee on Enforced Disappearances) Katibliyinin nümayəndələri – Gabriela Guzman, Albane Prophette Pallasco görüşdəki müzakirələrdən müvafiq qeydlər götürdüklərini bildiriblər.

Qeyd edək ki, bu, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin müraciətlərinə BMT səviyyəsində baxılmasına dair ilk haldır.

Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edilibAzərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edilibAzərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edilib
Previous Post

Əhməd Muxtar həbs olundu

Next Post

XİN: “İran xalqı ABŞ ilə danışıqları faydasız hesab edir”

Bənzər yazılar

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

26 Oktyabr 2026 - 23:45

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib. Elchi.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla...

Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

26 Oktyabr 2026 - 18:45

“Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən...

Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

26 Oktyabr 2026 - 18:16

“Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik...

“Əlaçı” təqaüd proqramının qalibləri arasında UNEC tələbələri yenə liderdir

“Əlaçı” təqaüd proqramının qalibləri arasında UNEC tələbələri yenə liderdir

26 Oktyabr 2026 - 17:18

“PAŞA Holdinq” və “PAŞA Sığorta”nın həyata keçirdiyi “Əlaçı” təqaüd proqramının 2026-cı il üçün nəticələri açıqlanıb. Ötən illərdə olduğu kimi, bu...

Next Post

XİN: "İran xalqı ABŞ ilə danışıqları faydasız hesab edir"

"Qarabağ"ın rəqibləri bəlli oldu

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

26 Oktyabr 2026 - 23:45
Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

26 Oktyabr 2026 - 23:39
Xarkova hava zərbələri endirilib, ölənlər var

Xarkova hava zərbələri endirilib, ölənlər var

26 Oktyabr 2026 - 22:22
Vasile Tofan: Moldovanın hava məkanı 100 dəfədən çox pozulub

Vasile Tofan: Moldovanın hava məkanı 100 dəfədən çox pozulub

26 Oktyabr 2026 - 21:24
“Anthropic” şirkəti IPO üçün müraciət edib

“Anthropic” şirkəti IPO üçün müraciət edib

26 Oktyabr 2026 - 21:14
Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

26 Oktyabr 2026 - 20:33
Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

26 Oktyabr 2026 - 20:05
Çin və İndoneziya terrorizmə qarşı birgə hərbi təlim keçirəcək

Çin və İndoneziya terrorizmə qarşı birgə hərbi təlim keçirəcək

26 Oktyabr 2026 - 20:03
Prezidentin sosial şəbəkə hesablarında Dünya Turizm Təşkilatının Baş katibini qəbul etməsinə dair videoçarx paylaşılıb – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Dünya Turizm Təşkilatının Baş katibini qəbul etməsinə dair videoçarx paylaşılıb – VİDEO

26 Oktyabr 2026 - 19:25
Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

26 Oktyabr 2026 - 18:56
Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

26 Oktyabr 2026 - 18:45
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

26 Oktyabr 2026 - 18:38
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

26 Oktyabr 2026 - 18:36
Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

26 Oktyabr 2026 - 18:27
Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

26 Oktyabr 2026 - 18:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.