"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

““Azdrama”nı da uçurmaq istəyirdilər”

20 İyul 2016 - 12:20
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

““Azdrama”nı da uçurmaq istəyirdilər

Nurəddin Mehdixanlı: “Milli kimliyimizi xatırladan, dostunun, düşməninin kim olduğunu göstərən məkanlara, insanlara xüsusi diqqət yetirilməlidir”

Xalq artisti Nurəddin Mehdixanlı ilə görüşümüz  Akademik Milli Dram Teatrda (AMDT), mövsümə yekun vurulan gündə baş tutdu. Bir il bundan əvvəl adı yaradıcılıqdan daha çox qalmaqallarda hallanan, bu cür olaylardan bitib-tükənən xalq artistinin bu dəfə şən əhval-ruhiyyəli, enerjili  olduğunu görməmək mümkün deyildi. 

Söhbətə müsahibimin özü başladı:

– Bu gün teatrın mövsümünün bağlanış günüdür. Biz həmişə mövsümü “Qarabağnamə” tamaşası ilə açır, elə bu tamaşa ilə də bağlayırıq.

– 1 il ərzində Akademik Milli Dram Teatrında nələr dəyişdi, nələr baş verdi?

– Teatr yaradıcı bir yerdir. Ona görə də yaradıcı məkanların başında yaradıcı, qərəzsiz adamlar olmalıdır. Bu mənada hesab edirəm ki, ilk növbədə burada daxili atmosfer dəyişdi, bir-birinə qarşı olan insanlar indi bir-birilərinin yanındadırlar. Teatrda həqiqi mənada bir yaradıcılıq atmosferi var. Hamı işləyir, çalışır. Millətin millət kimi formalaşmasına xidmət edən, tarixini, taleyini onun özünə danışan, milli kimliyini özünə göstərən və hər an xatırladan, dostunun, düşməninin kim olduğunu göstərən məkanlara, insanlara xüsusi diqqət yetirilməlidir. Onlar söz, sənət, ədəbiyyat, teatr, musiqi, təhsil, səhiyyə adamlarıdır. Bütün bunlar olmadan var olmaq mümkün deyil.

O adamlarla razı deyiləm ki, “kiminsə dəyişməsi nəyisə dəyişmir” deyir. Yanlışdır!  Kimsə dəyişirsə, deməli, yerinə yeni kimsə gəlir. Və deməli, artıq orda işə, işçiyə münasibət dəyişir. Bu mənada hesab edirəm ki, AMDT-də dəyişiklik edilməsi vacib idi.

Dəyişiklik, islahat adına gələnlərin çoxu buna aid olmayan işlərlə məşğul olurdular. Bəlkə də onlar özlərini haqlı hesab edə bilərlər. Lakin ədalətli baxış onu göstərdi ki, xeyr, gedən proseslər doğru deyil. Ona görə də lazım bildilər və dəyişiklik baş verdi. Hər halda, kollektivin fikri eşidildi. Bilirsiz ki, o zaman bizim kollektivimiz məktub vasitəsilə dövlət başçısına müraciət etdi və az bir zaman ərazində bütün bu dəyişikliklər baş verdi.

Hesab edirəm ki, baş verənlər teatrın xeyrinə oldu. Bu gün teatrın bədii rəhbəri var. Əslində yaradıcı yerlərdə belə də olmalıdır.

Teatrın ümumi yaradıcılıq stratejisini, planlarını bədii rəhbər müəyyənləşdirir.  Baxın teatrımızın tarixinə, o zaman teatrlarımız yüksəlişdə olublar ki, teatrın başında duran adam məhz yaradıcı adam, rejissor olub. Adil İskəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, yəni bunlar təsadüfi adamlar deyillər və bunlar nə zaman teatrın başında olublar, “Azdrama” uğurlar qazanıb. Amma nə zaman ki, teatrın başında qeyri-yaradıcı adamlar olub, o zaman teatrda problemlər olub. Yaradıcı insanlar daha çox birləşdirməyə çalışıblar, bu inzibatçılar isə daha çox “parçala, hökm et!” texnologiyası ilə işləyiblər.

Beləliklə, gedənə yaxşı yol deyirik, işlərində uğurlar arzulayırıq, bizim heç kəslə düşmənçiliyimiz yoxdur. Sadəcə, biz istəyirdik ki, ömrümüzü, həyatımızı verdiyimiz, millətimizin çox böyük bir mədəni, milli sərvəti olan teatrımızın haqqı özünə qayıtsın. Evimizi, yuvamızı qoruduq, müdafiə etdik və bu gün də burada çalışırıq. Hesab edirəm ki, Azər  Paşa Nemətin teatrımıza gətirilməsi az müddət olsa da öz nəticələrini verdi, hazırda teatr artıq öz yaradıcılıq reysinin üzərindədir.

Bu gün özünə uyğun, ona lazım olan repertuarı seçib tamaşaları hazırlayır. Teatrın səhnəsində böyük klassikimiz Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri Azər Paşa Nemət tərəfindən tamaşaya qoyuldu və bu, teatrımız üçün böyük hadisəyə çevrildi. Onun arxasınca rus klassiki Qoqolun “Müfəttiş” əsəri tamaşaya qoyuldu. Teatrın böyük heyəti bu tamaşada iştirak edirdi. Teatrın boynunda qalan problemlər, kommunal borclar var idi, biz bu məsələlərin hamısını həll edib tamaşalarımızı təqdim etdik.

– Bugünlərdə “Sovetski”də Azərbaycan teatr mədəniyyətinin öncüllərindən olan Abbas Mirzə Şərifzadənin ev-muzeyi dağıdıldı. Bu məsələ ilə bağlı öz iradınızı, etirazınızı bildirdinizmi?

– Birincisi, ora Abbas Mirzə Şərifzadənin ev muzeyi deyildi, bu yanlışı düzəldək, onun yaşadığı ev idi. Bugünlərdə “burada böyük tarixi abidələr sökülür” deyə söz-söhbətlər gəzir. Amma onu deyən adamlar ümumiyyətlə orada olmuşdular ki, bilsinlər doğrudanmı həmin yerlərdə böyük mədəniyyət abidələri var? Biz nəyə görəsə daş-kəsəyə daha çox dəyər veririk, nəinki canlı insanlarımıza. Şərifzadə nə zaman yada düşdü?! Hə, ancaq burda yaşadığı ev söküləndəmi? Onun kimi bir çox sənətkarlarımız var, bilirlərmi onlar necə yaşayıblar, necə dünyasını dəyişiblər və bu gün hazırda yaşayan sənətkarlarımız var, bəs onlar necə yaşayırlar? Həm də o ev Şərifzadəyə layiq bir ev də deyildi… Onu desinlər ki, niyə Şərifzadənin adına bir böyük park salınmayıb və nədən bu parkda ona aid adi bir guşə yaradılmasın? Mən şəxsən Azərbaycanda bir daşın da yerindən götürülməsinə razı deyiləm, çünki bu bizim tariximizdir. Amma elə yerlər var ki, onlar doğrudan da təmizlənməli və getməli idi. Məscidləri və sairə saxlayıblar. Görünür, məscid daha çox lazımdır, amma Şərfizadənin evi  lazım deyil… Nə bilim, o qərarı verənlər verib. Yəqin ki, qərarı verən mən olsaydım, onun evini hansısa şəkildə orda saxlamağın mümkün olduğunu düşünərdim.

“Sənətçilərimizin dırnağına dəyməyənləri gətirib ölkəmizdə baş tacı edir, başlarına pullar səpir, gedəndə çamadanlarını dolu göndərirlər, amma Azərbaycan aktyorunu tədbirə dəvət edəndə onun öz zəhmət haqqını vermirlər”

Siz ondan niyə danışmırsız ki, az qala “Azdrama”nın da bir tərəfini uçurdub aparsınlar?! Əbülfəz Qarayev və teatrın rəhbəri Azər Paşa Nemətin sayəsində teatra toxunulmadı. Çünki bizim teatr aşağı səkidən, divarların dibi ilə sökülməli idi. Arxa tərəfdən isə teatra əlillərin daxil olması üçün xüsusi yer, liflət var, həmin sahə  uçurulmalı idi. Biz gözümüzün qarşısında Əbülfəz Qarayev, Azər Paşa Nemətin bu işi görmək istəyən yüksək rütbəli insanlarla etdiyi mübahisələr və mübarizələrin şahidi olduq. Nəhayət, teatra toxunulmadı. Biz də etirazımızı bildirmişdik ki, teatra toxunularsa bütün kollektivlə buldozerlərin qarşısına çıxacağıq.

Sizin qəzet olduğuna görə demirəm, amma əlimi vicdanımın üstünə qoyaraq deyirəm ki, bu məsələlərdə həm sənətkarlarla bağlı, həm teatra olan münasibətdə “Yeni Müsavat” çox ədalətli mövqe tutdu. Bəzi media orqanlarında elə yazılar çıxırdı ki, ortalığa, utanırdın ki, mənim millətimin yazarıdır və həmin  qəzet mənim ölkəmdə çıxır. Lakin “Yeni Müsavat” heç vaxt teatr və sənətkarlar ətrafında gedən ucuz söz-söhbətə qoşulmadı. Həmişə mövqeyini qorudu. Mənim bu qəzetə münasibətim də bu şeylərdən qaynaqlanıb.

Mən, ümumiyyətlə, daim qəzet oxuyanam. Çünki sənət adamıyam və bilməliyəm ki, insanlarımız nə düşünürlər, ölkədə nə baş verir, gənclik, orta yaşlı, yaşlılar nə düşünürlər.

– Siyasəti də izləyirsiz? 

– Belə deyək, biz də bir zamanlar bu siyasətin içində olduq və zatən bu siyasətin içindən kənarda da deyilik (gülümsəyir). Sənətin özü də siyasətdir. Mən əgər ölkəmdə, ətrafımda baş verən məsələlərə kifayət qədər ciddi yanaşmasaydım, “Ölülər” tamaşası bu cür meydana çıxmazdı. Biz təzədənmi 100 il bundan əvvələ qayıdırıq?! 21-ci əsrdir, təzədənmi Şeyx Nəsrullahın əsiri oluruq?! Biz təzədənmi nəsrullahların əllərindən, ətəklərindən öpməyə qayıdırıq?! Din, İslam adı ilə ona aid olmayan işlər görülür, zidd olan addımlar atılır və susuruq. Bu gün yenə də millətimizin gözünü boyayırlar, yenə də şeyx nəsrullahlar hoqqabazlıq edir, yenə də onlar millətin əlində olan 3-5 manatı onun  əlindən alırlar. Biz gözümüzə və üzümüzə deyilən yalanlara dözə-dözə nə oluruq – dözümlü xalq. Allah bizim dözümümüzü əlimizdən alsın, gözümüzü açsın, dünyaya baxaq.

– Bir zamanlar Nurəddin Mehdixanlı və digər sənətkarları  geniş tamaşaçı auditoriyasına tanıdan, sevdirən “Pəncərədə işıq”, “Solğun çiçəklər” kimi televiziya tamaşaları çəkilirdi. Bu gün niyə bu cür televiziya tamaşalarını görə bilmirik? Çatışmayan nədir – vəsait, maraq, yoxsa… ?

– Məsələ burasındadır ki, biz dəmir pərdənin içərisində yaşayırdıq, bir televiziya kanalı var idi, orda nə çəkilirdisə hamımız ona baxırdıq. Amma indi dəmir pərdə götürülüb, dünya çox genişlənib. 10-15 il bundan əvvəl insanlarımız Braziliya seriallarına, daha sonra türk seriallarına baxırdılarsa, bu gün evlərində bir düyməni basmaqla istənilən kanalda istənilən filmi izləyə bilirlər.

– Sonuncu dəfə sizi “Ölülər” tamaşasından sonra səhnə arxasında görmüşdüm. Obrazın təsirindən qan-tərin içində idiz, bir-iki söz danışmağa belə halınız yox idi. Maraqlıdır, aktyorun oynadığı tamaşalar, yaratdığı obrazlar sonradan onun sağlamlığına hansı zədələr vura bilir?

– Bütün başqa peşə sahiblərindən fərqli olaraq bizim istifadəmizdə olan öz bədənimiz, əsəblərimiz, ürəyimiz, canımız, varlığımızdır. Aktyor obraz yaradarkən bir insanın əsəblərini, onun ağrı-acısını, sevincini yaşayır. Şübhəsiz ki, bu, insanın sağlamlığına zədələr vurur.

– Daha çox psixoloji, yoxsa fiziki?

– Bir çox mənalarda. Bu sənətdə olanlar daha çox ürək, əsəb xəstəliyinə tutulurlar. Aktyorlar uzun yaşamayan peşə sahibləridir… Kifayət qədər əsəb sistemini dağıdan bir peşədir.

– Bu ilin oktyabrında artıq 60 yaşınız tamam olur. Geriyə boylananda nə sizi incidir, kövrəldir?

– Mən çox şey edə bilərdim, amma mənə imkan vermədilər. Sənətdə həyatımın yarısını savaşa, mübarizəyə həsr etdim, yarısın da sənətimə. Mən ancaq 50 yaşımda kinoya gəldim, halbuki kinoda daha çox işlər görə bilərdim. Çox filmlərdə, sınaq çəkilişlərində baş rollara təsdiq olundum, amma çəkilənlər başqaları oldu. Mənim görə biləcəyim işlər var idi, hamısı qaldı. Ən böyük arzum Şah İsmayıl Xətaini oynamaq idi. Arzu olaraq qaldı, yaş ötdü. 5 il biz faktiki olaraq ciddi sənətlə məşğul olmadıq. Hə, indi dəyişildi nəsə. Amma mənim o ötən, boşuna keçən  5 ilimin hesabını kim verəcək? O illərimi kim qaytaracaq? Mənə və mənim kimi digər böyük sənətkarlara?

Bəzən ayrı-ayrı xalqların sənətçilərinin az qala əl-ayaqlarını yumağa hazırıq, amma öz sənətçilərimizi diqqətdən kənarda saxlayır, lazımi diqqəti yetirmirik. Sənətçilərimizin dırnağına dəyməyənləri gətirib ölkəmizdə baş tacı edir, başlarına pullar səpir, gedəndə çamadanlarını dolu göndərirlər, amma Azərbaycan aktyorunu tədbirə dəvət edəndə onun öz zəhmət haqqını vermirlər…

Previous Post

““Azdrama”nı da uçurmaq istəyirdilər”

Next Post

Institutlar birləşir – Qərar

Bənzər yazılar

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

21 Oktyabr 2026 - 22:20

Efiopiyanın Tıqray ştatının cənubunda pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində ikisi uşaq da daxil olmaqla dörd nəfər ölüb, daha beş...

Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

21 Oktyabr 2026 - 22:18

Türkiyə Qara dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün Rusiya və Ukrayna ilə təmaslar həyata keçirir və Bolqarıstanın Müstəsna İqtisadi Zonasında...

“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

21 Oktyabr 2026 - 22:11

"Mançester Yunayted" İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb. "Report" xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumat...

BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

21 Oktyabr 2026 - 22:05

BMT noyabr ayında Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına dair Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların keçirilməsi planlarını alqışlayır və sülh prosesinə...

Next Post

Institutlar birləşir – Qərar

Institutlar birləşir – Qərar

Son xəbərlər

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

21 Oktyabr 2026 - 22:20
Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

21 Oktyabr 2026 - 22:18
“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

21 Oktyabr 2026 - 22:11
BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

21 Oktyabr 2026 - 22:05
Əraqçi: İran diplomatiyaya daha bir şans verməyə hazırdır

Əraqçi: İran diplomatiyaya daha bir şans verməyə hazırdır

21 Oktyabr 2026 - 21:57
Pezeşkian: Tramp İranın neft-qazını istəyir

Pezeşkian: Tramp İranın neft-qazını istəyir

21 Oktyabr 2026 - 20:00
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

21 Oktyabr 2026 - 19:53
Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

21 Oktyabr 2026 - 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

21 Oktyabr 2026 - 19:23
Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

21 Oktyabr 2026 - 19:03
Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

21 Oktyabr 2026 - 18:49
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

21 Oktyabr 2026 - 18:35
Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

21 Oktyabr 2026 - 18:27
Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

21 Oktyabr 2026 - 18:19
İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

21 Oktyabr 2026 - 18:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.