Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti ilə görüşündə AZAL-ın təyyarəsinin qəzaya uğramasını digər məsələlərlə yanaşı, Ukraynaya məxsus pilotsuz təyyarənin səmada olması ilə əlaqələndirib.
Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya prezidenti dəqiqləşdirib ki, AZAL-ın təyyarəsi ilə bağlı faciə baş verən gün Moskva Rusiya sərhədini keçən üç Ukrayna pilotsuz təyyarəsini aşkarlayıb. Putin bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket AZAL-ın təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb.
O əlavə edib ki, AZAL-ın uçuş heyətindən Mahaçqalaya eniş təklif olunub, lakin onlar öz hava limanına getmək qərarına gəlib.






















Maraqlı məqalə idi, oxudum və çox şey öyrəndim. Belə şeylər eşidəndə çox pis oluram, Allah heç kəsə qəza göstərməsin. Təəssüf ki, bəzən belə hadisələr olur.