Yüksək inflyasiya templəri və yanacaq bazarında müşahidə olunan qiymət artımı aviabiletlərin dəyərinin formalaşmasına birbaşa təsir edən amillərdir.
Elchi.az xəbər verir ki, bunu Azərtac-a müsahibəsində “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev bildirib.
O qeyd edib ki, əksər aviaşirkətlər kimi AZAL-ın da həm ölkə daxilində, həm də ölkə xaricində aldığı aviayanacağın qiyməti beynəlxalq birja qiymətlərinə əsasən müəyyən olunur. Onun sözlərinə görə, təkcə 2022-ci ildə bu yanacaq növü beynəlxalq birjalarda 4 dəfəyə yaxın bahalaşıb. Hətta aviasiya sahəsində ixtisaslaşmış bir çox şirkətlərin proqnozlarına nəzər salsaq aviabiletlərin qiymət artımı prosesinin bütün dünyada müşahidə olunduğunu görərik.
Samir Rzayev vurğulayıb ki, bütün bunlara baxmayaraq, əlbəttə, AZAL tərəfindən sözügedən məqamların alıcıya təsirsiz ötüşməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Sadəcə, bu proseslər mərhələli şəkildə təşkil olunduğundan, nəticənin əldə edilməsi üçün də zaman tələb olunur.
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb
Bakı Limanında bu ilin may ayında 812 min tondan çox yük aşırılıb. Elchi.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir...





















Son şərhlər