"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycanla təhdid dilində danışmaq olmaz – Deputat

31 Yanvar 2023 - 09:58
in SİYASƏT
FacebookVatsap

İran hökumətinin ölkəmizə və xalqımıza qarşı əsl münasibəti özünü torpaqlarımızın 20 faizinin erməni işğalı altında olduğu 30 il ərzində bütün çılpaqlığı ilə göstərib və bu münasibət heç zaman İslam həmrəyliyi formatına uyğun olmayıb. Əksinə, məscidləri dağıdan və təhqir edən, ibadətgahlarımızda donuz saxlayan Ermənistanla münasibətlərində İran hər zaman səmimi və həmrəy olub. İşğal dövründə Azərbaycanın sərvətlərinin ermənilər tərəfindən talan edilməsində bilavasitə iştirakı, işğal altında olan Qarabağda at oynadan separatçılara silah-sursat daşınmasını həyata keçirməsi, minlərlə günahsız müsəlmanın vəhşicəsinə qətlə yetirilməsinə göz yumması İranın Azərbaycana əsl münasibətini xarakterizə edə biləcək ən real göstəricilərdir. Lakin İranın Azərbaycana qarşı düşmənçilik siyasəti təkcə işğal altında olan ərazilərimizdə fəaliyyətində deyil, həmçinin ölkəmizdə daim təxribatlar və iğtişaşlar törətmək cəhdlərində də özünü göstərib. Lakin Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, milli həmrəylik mühiti, xalq-iqtidar birliyi və əlbəttə ki, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının effektiv fəaliyyəti belə cəhdlərin qarşısının dərhal və qətiyyətlə alınmasını təmin edib. Bu səbəbdən biz bu gün artıq ölkəmizə qarşı silahlı təxribatların bilavasitə İranın öz ərazisində düzənləndiyinin şahidi oluruq.

Bunu da oxuyun

Azərbaycanın Pakistandakı səfiri XİN rəsmisi ilə görüşdü

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki dövlət şirkətlərinin siyahısı dəyişdirilib

Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

Elchi.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.

Deputat səfirlik ərazisinin yerləşdiyi dövlətin ərazisi hesab olunmadığını vurğulayaraq, bu gün Tehranda baş vermiş Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu bilavasitə ölkəmizə qarşı terror aktı kimi qiymətləndirmişdir:

“Yanvarın 27-də səhər saatlarında Tehranda yerləşən Azərbaycan Respublikasının İrandakı səfirliyinə olunan silahlı hücum növbəti dəfə ölkəmizə qarşı həyata keçirilmiş qanlı terror aktıdır. Hadisə nəticəsində səfirliyin təhlükəsizliyini təmin edən bir əməkdaş şəhid olmuşdur. Əlbəttə ki, bu terror aktına görə bütün məsuliyyət birbaşa İran hökumətinin üzərinə düşür.

Məlumdur ki, istənilən səfirliyin ərazisi onun təmsil etdiyi ölkənin ərazisi hesab olunur və bu ərazinin təhlükəsizliyi onun yerləşdiyi ölkə tərəfindən təmin edilir. Bu baxımdan Azərbaycan səfirliyinin də mühafizəsinin təmin olunması bilavasitə İran hökuməti tərəfindən həyata keçirilməli idi. Lakin reallıqda biz bu mühafizənin ya simvolik şəkildə təşkil olunduğunu, ya da ümumiyyətlə olmadığını gördük. Digər tərəfdən də İran hakimiyyətinin ölkəmizə qarşı yürütdüyü düşmənçilik təbliğatı anti-azərbaycan qüvvələrini bir qədər də ruhlandırır, onlara daha geniş qol-qanad açmaq üçün şərait yaradır. Böyük ehtimalla, Azərbaycan səfirliyinə silahlı hücumu təşkil edən və onu həyata keçirən qüvvələrin maraqları İran hökumətinin qarşısına qoyduğu məqsədlərlə üst-üstə düşür. Əks halda bu qanlı hadisənin izahını vermək üçün beynəlxalq ictimaiyyətə Tehran polisinin hansısa absurd açıqlamaları təqdim olunmazdı. Çox təəssüflər olsun ki, İran hökumətinin öz daxilində Azərbaycana hərbi müdaxilə üçün ictimai rəy formalaşdırılması istiqamətində atdığı addımlar son vaxtlar bir qədər də intensivləşib. Əslində bir ölkənin səfirliyinə olunan hücum elə həmin ölkənin birbaşa ərazisinə olunan hücum kimi qiymətləndirilir. Digər tərəfdən də İran ölkəmizdə dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində iş aparmaq, dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq istiqamətində səylər göstərir. Lakin Azərbaycan bu gün bütün təhdidlərin qarşısını almağa, istənilən təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadir bir ölkədir və bu ölkə ilə hədə və təhdid dilində danışmaq heç kimə fayda verməz”.

Previous Post

Azərbaycanla təhdid dilində danışmaq olmaz – Deputat

Next Post

Komandoların taktiki-xüsusi məşqləri davam etdirilir – Video

Bənzər yazılar

Azərbaycanın Pakistandakı səfiri XİN rəsmisi ilə görüşdü

Azərbaycanın Pakistandakı səfiri XİN rəsmisi ilə görüşdü

28 Sentyabr 2026 - 17:48

Azərbaycanın İslamabadakı səfiri İrfan Davudov Pakistan Xarici İşlər Nazirliyinin İƏT və Mərkəzi Asiya ölkələri üzrə baş direktoru Həsən Əli Zaiğamla...

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki dövlət şirkətlərinin siyahısı dəyişdirilib

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki dövlət şirkətlərinin siyahısı dəyişdirilib

28 Sentyabr 2026 - 16:39

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib. Elchi.az xəbər...

Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

28 Sentyabr 2026 - 15:30

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər. Baş Prokurorluqdan Elchi.az-a verilən xəbərə...

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

28 Sentyabr 2026 - 11:13

Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir ki,...

Next Post
Komandoların taktiki-xüsusi məşqləri davam etdirilir – Video

Komandoların taktiki-xüsusi məşqləri davam etdirilir - Video

Komandoların taktiki-xüsusi məşqləri davam etdirilir – Video

Komandoların taktiki-xüsusi məşqləri davam etdirilir - Video

Son xəbərlər

Kontr-admiral Səyyari: Amerika İranla nə edəcəyini bilmir

Kontr-admiral Səyyari: Amerika İranla nə edəcəyini bilmir

28 Sentyabr 2026 - 23:46
İsveçdə hökumət formalaşdırmaq cəhdi uğursuz olub

İsveçdə hökumət formalaşdırmaq cəhdi uğursuz olub

28 Sentyabr 2026 - 23:42
Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 - 23:38
ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib

ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib

28 Sentyabr 2026 - 23:30
Belarusun Dövlət Hərbi Sənaye Komitəsi Bakıda keçiriləcək ADEX-2026 sərgisində iştirak edəcək

Belarusun Dövlət Hərbi Sənaye Komitəsi Bakıda keçiriləcək ADEX-2026 sərgisində iştirak edəcək

28 Sentyabr 2026 - 21:33
Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb

Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb

28 Sentyabr 2026 - 21:30
Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda qayıdış hüququ və dekolonizasiyanı qabardıb

Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda qayıdış hüququ və dekolonizasiyanı qabardıb

28 Sentyabr 2026 - 20:35
Transxəzər marşrutu üçün 55 milyard dollarlıq investisiya ehtiyacı müəyyənləşdirilib

Transxəzər marşrutu üçün 55 milyard dollarlıq investisiya ehtiyacı müəyyənləşdirilib

28 Sentyabr 2026 - 20:31
Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb

Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb

28 Sentyabr 2026 - 20:29
FTB-nin direktor müavini Endryu Beyli istefa verib

FTB-nin direktor müavini Endryu Beyli istefa verib

28 Sentyabr 2026 - 20:26
Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

28 Sentyabr 2026 - 19:28
Dünya ulduzu azərbaycanlı ilə komanda yoldaşı ola bilər

Dünya ulduzu azərbaycanlı ilə komanda yoldaşı ola bilər

28 Sentyabr 2026 - 19:11
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident Naftalana yeni icra başçısı təyin etdi

28 Sentyabr 2026 - 18:58
Dağ üzərinə atılan çınqıl daşlar – ŞƏRH

Dağ üzərinə atılan çınqıl daşlar – ŞƏRH

28 Sentyabr 2026 - 18:49
Novxanıda anım günü

Novxanıda anım günü

28 Sentyabr 2026 - 18:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.