"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycanla konfederasiya… – Türkiyədə nə düşünürlər?

06 Noyabr 2022 - 10:13
in SİYASƏT
FacebookVatsap

Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Bu müttəfiqliyi rəsmiləşdirən “Şuşa bəyannaməsi” mövcuddur. Buna görə də Türkiyədə baş verən hadisələr Azərbaycanda diqqətlə izlənilir.

Bunu da oxuyun

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

Elchi.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzi bu mövzuda araşdırmasını təqdim edib.

“Türkiyədə iqtisadi vəziyyət pisləşib, inflyasiya, qiymətlər, elektrik və kirayə haqları artıb. Türkiyədə insanların alış gücü zəifləyib. Bunun bir neçə səbəbi var. Türkiyə müstəqil ekspertlərinin fikrincə, Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəldiyi 2002-ci ildən Türkiyəyə investisiyalar artdı. Ərdoğan öz nüfuzundan istifadə edərək, bir sıra ərəb ölkəsini Türkiyədə maliyyə investisiyalarını cəlb etdi. Bu proses təxminən 2012-ci ilə qədər davam etdi. 10 il ərzində insanların rifah halı yüksəldi. İnvestisiyalar yolların, körpülərin, metroların tikintisinə, digər böyük layihələrə xərcləndi. Bəzilərinin fikrincə, iqtisadi islahatların həyata keçirilməsi üçün zaman itirildi. Ərdoğan yaxın illərdə daha böyük layihəni – Kanal İstanbulu reallaşdırmaq istəyir. Bu layihənin dəyəri on milyardlarla dollardır. Türkiyə iqtisadiyyatının indiki ağır vəziyyətində Kanal İstanbulun reallaşmasının problematik olacağını vurğulayanlar var. Digər tərəfdən Rəcəb Tayyib Ərdoğan iyun ayında prezident seçkisində məğlub olarsa, yeni prezident böyük ehtimalla Kanal İstanbul layihəsindən imtina edəcək. İstanbulun indiki bələdiyyə başçısı Əkrəm İmamoğlu da bu layihənin əleyhinədir”, – hesabatda bildirilib.

Mərkəz hesab edir ki, bütün deyilənlərə baxmayaraq, Rəcəb Tayyib Ərdoğan Türkiyədə güclü hərbi-sənaye kompleksi yaradıb. Türkiyənin başqa ölkələrdən hərbi texnika asılılığı azalıb. Türkiyə modern pilotsuz uçuş aparatları, helikopterləri və tanklar istehsal edir və bu hərbi texnikanı müxtəlif ölkələrə satır:

“Ərdoğanın xarici siyasəti Ankarada müxtəlif reaksiyalara səbəb olub. Bir qisim ekspert Ərdoğanın xarici siyasətini uğurlu sayır. Misal üçün Ərdoğan həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var. Halbuki, Rusiya ilə Ukrayna arasında müharibə davam edir. Ərdoğan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib. Çünki Türkiyə ilə Rusiya arasında ortaq layihələr mövcuddur, Türkiyə Rusiyadan qaz alır, Türkiyə Rusiyaya kənd təssərrüfatı məhsulları ixrac edir, Rusiya Türkiyədə atom elektrik stansiyası tikir, rusiyalı turistlər Türkiyədə dincəlir və bu, Türkiyə iqtisadiyyatı üçün vacibdir.

Türkiyənin Ukrayna ilə də sıx münasibətləri var. Türkiyə Ukraynaya pilotsuz uçuş aparatları satıb. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Ukrayna taxılının dünya bazarlarına daşınmasını təmin edib. Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar da Ankaranın siyasətindən razı olduğunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbərinə bildirdi. Bodnar söylədi ki, rəsmi Kiyev Ankara ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir”.

Türkiyə xarici siyasət kursunu dəyişib

Mərkəz əməkdaşlarının Türkiyədə apardığı müşahidələrə görə, Türkiyə siyasi dairələri və cəmiyyəti ABŞ-a tənqidi yanaşır:

“Türkiyənin xarici siyasət kursunda dəyişikliklər də var. Ərdoğan Suriyada müharibə başlayanda Bəşər Əsədlə münasibətləri kəsdi və onu uzun illər ərzində kəskin tənqid etdi. Ancaq Rusiya və İran Bəşər Əsəd rejiminə hərbi dəstək verdilər. Əsəd rejimi bunun hesabına hakimiyyətini gücləndirdi, silahlı müxalifət geri çəkildi. Türkiyə üçün Suriyada təhlükəli gedişat baş verdi. Radikal kürdlər Suriya ərazisinin bir hissəsini nəzarətə götürdülər. Həmin ərazilərdə terrorçu PKK və ona müttəfiq olan silahlılar yerləşdilər. Bu, Türkiyə üçün ciddə təhlükə yaradırdı. Ona görə də Türkiyə ordusu Suriya ərazisində bir neçə dəfə hərbi əməliyyat keçirdi. Hazırda Ankara və Dəməşq arasında təmaslar başlayıb. Ərdoğan Əsədlə görüşməyəcək. Ancaq iki ölkənin diplomatları və təhlükəsizlik idarələrində çalışanları görüşürlər. Əlbəttə, Bəşər Əsəd diktatordur və minlərlə insanın qətlində günahkardır. Ancaq Əsəd hakimiyyətdən getməyəcək. Digər tərəfdən Əsəd Suriyanın bütövlüyünü təmin etmək istəyir. Türkiyə də Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, çünki radikal kürdlər Türkiyə üçün ciddi təhlükədir. Ona görə də Ankaranın Dəməşqlə təmasları davam edəcək.

Ankaranın İsrail siyasəti də dəyişib. İsraillə münasibətlərin pozulması Türkiyənin maraqlarına cavab vermirdi. Çünki, birincisi, İsrail Türkiyənin əleyhinə Misir, Yunanlstan və Kipr ilə ittifaqa qoşuldu. İsrail öz qazını Kipr və Yunanıstana ixrac edəcəyini bildirdi. İkincisi, ABŞ-dakı güclü yəhudi lobbisi Türkiyə əleyhinə fəaliyyət göstərməyə başladı. Bu arada, bəzi ərəb ölkələri Vaşinqtonun vasitəçiliyi ilə İsraillə münasibətləri normallaşdırdılar, səfirliklər açdılar. Ankara İsrail siyasətini dəyişdirmək məcburiyyətində qaldı. Hazırda Ankara İsrail qazını Türkiyə üzərindən Avropa ölkələrinə nəql etmək istəyir. İsrail prezidenti və müdafiə naziri Ankaraya səfər etdilər.

Rəcəb Tayyib Ərdoğan Misirlə pozulan münasibətlərini də normallaşdırmağa çalışır. Misir ərəb dünyasının və Afrika qitəsinin əsas ölkələrindən biridir. Ona görə də Misirlə gərgin münasibətlər Türkiyənin maraqlarına cavab vermir. Ərdoğan Sisi ilə görüşməsə də, Ankara ilə Qahirə arasında təmaslar başlayıb”.

Rusiya Zəngəzur dəhlizinin açılmasını istəyir

“Atlas” Araşdırmalar Mərkəzinin əməkdaşları ilə görüşən Türkiyə İncələmələr Mərkəzinin rəhbəri Alev Kılıç Türkiyənin Şanxay Əməkdaşlığına üzvlük istəyini belə izah edib:

“Çin bölgənin əsas gücünə çevrilir. Rusiyanın dağılması və mərkəzdənqaçma meyillərinin güclənməsi Çin üçün faydalıdır. Çinin Sibirlə bağlı böyük planları var. Rusiya Zəngəzur dəhlizinin açılmasını ona görə istəyir ki, Çinin Mərkəzi Asiyadakı fəaliyyətini məhdudlaşdırsın. Çinin Mərkəzi Asiya ölkələri ilə sıx iqtisadi əlaqələri var. Türkiyə də Mərkəzi Asiyada fəaldır. Rusiya üçün Çin daha təhlükəli olduğundan türk ölkələri arasında əməkdaşlığın və Zəngəzur dəhlizindən istifadə edilməsinin əleyhinə deyil. Pekin Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olmasını istəmir, Rusiya isə istəyir. Rusiya Türkiyə vasitəsilə təşkilatda Çinin hegemon mövqeyini məhdudlaşdırmaq niyyətindədir. Rusiya türk dünyasının inteqrasiyasını Çindən daha az təhlükəli qiymətləndirir. Rusiya Çinin Mərkəzi Asiyada artan yatırımlarından narahatdır. Amerikanın yanlışı odur ki, Rusiya və Çinlə eyni zamanda düşmən olub. Rusiya Qarabağdan qüvvələrini çıxaracaq, əks halda Azərbaycan və Türkiyə ilə münasibətlər pozulacaq”.

Rusiya Kuzey Kıprısı tanıyacaq?

Mərkəz Türkiyədə Rusiyanın Kuzey Kıbrıs Türk Cümhuriyyətini rəsmən tanıya biləcəyi haqqında səslənən fikirlərə diqqət çəkib:

“ABŞ Yunanıstanda hərbi bazalar yerləşdirib. Bu, Rusiyanın xoşuna gəlmir. Yunanıstan Rusiyaya qarşı sanksiyalarda iştirak edir. Ona görə də Rusiyanın yalnız Türkiyənin tanıdığı Kuzey Kıbrıs Türk Cümhuriyyətini tanıya biləcəyindən danışırlar. Ancaq Türkiyədə Rusiyanın Kıbrısı tanımayacağını deyənlər də az deyil. Onların fikrincə, bu, həm də Türkiyə üçün təhlükəlidir. Çünki Rusiya Kıbrısı tanısa, Türkiyədən Krımın Rusiya ərazisi kimi tanımasını istəyəcək. Bu isə Türkiyənin maraqlarına ziddir. Azərbaycanın da Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə əlaqələri barədə fikirlər səslənir. Azərbaycan təkbaşına Kıbrısı tanıyarsa, Yunanıstanın Azərbaycana təzyiq edəcəyi, Qarabağ separatçılarıyla əlaqə quracağı təhlükəsi ilə bağlı fikirlər mövduddur. Ancaq türk dövlətləri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan eyni gündə Kuzey Kıbrıs Türk Cümhuriyyətini tanıyarlarsa, Yunanıstana bu dörd ölkəyə təzyiq edə bilməyəcək”.

Türkiyədə Azərbaycan üçün narahatlıq

Mərkəz əməkdaşlarının Ankarada söhbət etdiyi siyasətçilər və ekspertlər İran və Rusiyanın son zamanlar Azərbaycana qarşı artan təzyiqindən narahatlılqarını bildiriblər:

“Çıxış yolu kimi Türkiyə-Azərbaycan ittifaqının daha da gücləndirilməsi mexanizmlərinin hərəkətə gətirilməsini göstərirlər.

Əlbəttə, ortada müttəfiqliyi rəsmiləşdirən “Şuşa bəyannaməsi” var, sənədin müddəalarını sürətlə reallaşdırmaq lazımdır.

Rusiya və İran Azərbaycana problemlər yaradacaqlar”.

Azərbaycan və Türkiyə konfederasiya yarada bilər?

“Atlas” Araşdırmalar Mərkəzinin əməkdaşları Ankarada “Azərbaycanla Türkiyə arasında konfederasiya yaradıla bilərmi” sualına da cavab tapmağa çalışıblar. Bəziləri hələ ki, buna ehtiyacın olmadığını söyləsələr də, Rusiya və İranın Azərbaycana təhdidlərin artacağı halda Azərbaycanla Türkiyə arasında konfederasiya müzakirələrinin başlanacağını istisna etmirlər:

“Rəcəb Tayyib Ərdoğanın Cənubi Qafqaz siyasəti müsbətdir. Bu siyasəti həm Azərbaycanda, həm də Türkiyədə uğurlu sayırlar. Türkiyə İkinci Qarabağ müharibəsində Azərbaycana dəstək verdi. Azərbaycanın müharibədə qələbə qazanmasında Türkiyənin əhəmiyyətli rolu oldu. Rusiya Cənubi Qafqazda və Azərbaycanda Türkiyə faktoru ilə hesablaşır. Türkiyə şirkətləri Qarabağda geniş tikinti işləri aparırlar. Ona görə də Azərbaycanda ən çox səslənən sual budur: “Türkiyədə hakimiyyət dəyişikliyi olarsa, Ankaranın Cənubi Qafqaz və Azərbaycan siyasəti necə olacaq?”

Mərkəz əməkdaşlarının Ankarada müxalifət nümayəndələri və müstəqil ekspertərlə görüşlərdən gəldiyi qənaət budur ki, Türkiyədə hakimiyyət dəyişərsə, Ankaranın Cənubi Qafqaz və Azərbaycan siyasəti dəyişməyəcək. Türkiyə xalqının və ordusunun Azərbaycana böyük rəğbəti var. Bu amillə Türkiyədə istənilən hakimiyyət hesablaşacaq. Ona görə də Türkiyədə hakimiyyət dəyişsə belə, Ankaranın Azərbaycan siyasətinin dəyişməyəcəyini vurğulamaq mümkündür”.

Previous Post

Azərbaycanla konfederasiya… – Türkiyədə nə düşünürlər?

Next Post

Zəfər günü

Bənzər yazılar

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08

Azərbaycanın Bəhreynə təyin olunmuş səfiri Cavidan Hüseynov etimadnaməsinin surətini Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaniyə təqdim edib. Elchi.az...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

03 İyun 2026 - 19:10

Bu gün tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri...

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

03 İyun 2026 - 18:56

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar...

Aİ-nin Azərbaycan nümayəndəliyi: İkitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib

Aİ-nin Azərbaycan nümayəndəliyi: İkitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib

03 İyun 2026 - 18:31

Avropa İttifaqı (Aİ) və Azərbaycan tərəfdaşlığın 30 illiyini qeyd etdiyi bir vaxtda "Tərəfdaşlıq Prioritetləri" sənədinin mətnini ilkin olaraq yekunlaşdırıb və...

Next Post
Milli Məclisdə “Məşğulluq haqqında” qanunun monitorinqi aparılacaq

Zəfər günü

Milli Məclisdə “Məşğulluq haqqında” qanunun monitorinqi aparılacaq

Zəfər günü

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.