"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Azərbaycanın canlı əfsanəsi

07 Noyabr 2014 - 18:48
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Mənim nəzərimdə yaxın tariximizin canlı əfsanələrdən biri – jurnalistikamızın ağsaqqallarından olan1383558194_sabir_rstmxanl
görkəmli alim, pedaqoq, mətnşünas, araşdırıcı, BDU-nun professoru Şirməmməd Hüseynovdur. Şirməmməd müəllimə böyük sayğı və ehtiramımın hardan başlandığını düşünəndə maraqlı bir hadisə düşür yadıma. Universitetin Filologiya fakültəsinin əlaçı və fəal tələbələrindən olduğuma görə dekan müavini Şirməmməd müəllimlə səmimi münasibətlərimiz vardı.

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

 

Ədəbiyyat dərnəklərindən tanıdığım, orda coşqun çıxışlar edən Abbas adlı bir yoldaş bir gün mənə yaxınlaşıb “Sənə bir işim düşüb” dedi. Abbas Jurnalistikada oxuyurdu, arada ciddi bir yaxınlığımız da yoxdu, nə işi düşə bilərdi mənə? “Buyur!” dedim. Onun xahişi məni təəccübləndirdi. “Şirməmməd müəllim mənə qiymət vermir, heç kimi də eşitmir. Sənin xətrini istəyir, bəlkə mənim xahişimi edəsən. Tələbələrə qarşı daha diqqətlidir, səni eşidər!” “Müəllimləri də eşitmirsə, mənim deməyimin nə faydası?” deyib boyun qaçırmağa çalışdım. Abbas əl çəkmədi.

 

Axırda məcbur edib, utana-utana Şirməmməd müəllimdən Abbasa qiymət yazmasını xahiş etdim.
Mənim bu ərkim və cəsarətimdən əsəbiləşmədi, ancaq söhbətə xitam verən bir şəkildə “O mümkün deyil!” dedi.
Mən də əl çəkmədim: “Niyə?” deyə soruşdum və Şirməmməd müəllimə Abbası niyə müdafiə etməyimin səbəblərini izah etməyə çalışdım! “Dərnəkdən tanıyıram, millətini sevən, qeyrətli oğlandır”.
Şirməmməd müəllim: “Sənin öz yoldaşının xahişini eləməyə pis baxmıram. Ancaq öyrənməsə, qiymət verməyəcəyəm. Yadında saxla, nə qədər qeyrətli olur-olsun, savadı, biliyi yoxsa, bir gün biqeyrət olacaq. Qeyrətini göstərmək üçün gərək ağlı, biliyi olsun, yoxsa hər yerdə burnundan vurub oturdacaqlar yerində, yavaş-yavaş olacaq gözüqıpıq, biqeyrət”.

 

O qədər dəqiq bir yanaşma idi ki, heç nə deyə bilməzdin. Təşəkkür edib ayrıldım. Şirməmməd müəllim bir neçə sözlə biliyin, elmin əhəmiyyətini necə gözəl anlatmışdısa, o sözlər həmişəlik həkk olundu yaddaşıma. Aradan uzun illər keçsə də, onun sözünü unutmamışam və dəfələrlə misal çəkmişəm. Boş “mən qeyrətliyəm, vətənimi sevirəm” deməklə düşmən qabağına çıxmaq olmaz. Cəbhənin öz silahı var, dialoqun, masa arxasında, kürsüdə aparılan fikir savaşının öz silahı. Ağıl və bilik silahı!
O söhbətlə mən Şürməmməd müəllimi özüm üçün kəşf etdim və mənə dərs deməsə də, həmişə müəllim ehtiramı göstərdim ona.
Bilirəm ki, aramızdakı bu söhbəti o da unutmayıb.

 

Universitetin IV kursundan “Ədəbiyyat və incəsənət” qəzetində işləməyə başladım. Dünənki müəllimlərimin bir çoxunu ayrı müstəvidə – müəllif kimi gördüm, auditoriyada böyük görünənlərin bir çoxunun araşdırmaçı və müəllif kimi cılızlığına təəccübləndim, münasibətlərdə çox yaxınlaşmalar-uzaqlaşmalar oldu. Bəzi müəllimlərimi unutdum, ancaq Şirməmməd müəllim daim öz ucalığında, obyektivliyində qaldı. Universitet müəllimi ləyaqətini daim qorudu və tələbələrin sevimlisi olmaq statusunu illər uzunu, bu günə qədər qoruya bildi. Cəsarətli vətəndaşlıq mövqeyinə, sözünü hər yerdə mərdi-mərdanə demək bacarığına, şəxsiyyət bütövlüyünə görə sevdiyim insanlardan birinə çevrildi.

 

Sonra qəfildən bizim arzuladığımız günlər gəldi; hamının gözünün qabağında SSRİ, “Titanik” gəmisi kimi, göz görə-görə suyun dibinə getməkdəydi. Lakin hər bir ağıllı adamın gördüyü bu labüd sonluq da bir çoxlarını ayılda bilməmişdi; “bu boyda imperiya dağıla bilməz, sus, birdən XII Qızıl Ordu gələr, nəslimizi kəsər” psixologiyasıyla yaşayan və düşünənlər çox idi.

 

Real vəziyyəti görən, sonucun nə olacağını düşünmədən həqiqəti deyən az ziyalı vardı ortada; onlardan biri də Şirməmməd Hüseynov idi.

 

1989-cu ildə mənim bərpa etdiyim və əsrin sonunda Azərbaycan milli, demokratik mətbuatının ilk qaranquşu olan “Azərbaycan” qəzeti o illərdə bir məhək daşıydı. Bir çoxları qorxularından qəzetə yaxın düşmürdü, ünvanıma yüzlərlə alqış dolu məktubla yanaşı ölüm hədələri də gəlirdi; belə vaxtda Şirməmməd müəllim bizim ən ürəkli və ardıcıl müəlliflərimizdəndi. O mətbuat tarixi, Məmməd Əmin Rəsulzadənin fəaliyyəti, 1930-cu illərin qanlı repressiyaları ilə bağlı çox dəyərli yazılar yazır, böyük milli əhəmiyyəti olan sənədləri ortaya çıxarırdı.

 

Qədim ədəbiyyatımız bir yana, XIX-XX yüzillərin mətbuatını diqqətlə oxuyub incələyən alimlərimizin, mətnşünasların sayı get-gedə azalır.

 

Belə bir dönəmdə Şirməmməd müəllim bütün enerjisini Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) və ona qədər ki, demokratik mətbuatın araşdırılmasına, mətnlərin bərpasına və çapına verdi. Xüsusən milli ideologiyamızın liderlərindən, cümhuriyyətin qurucularından biri olan Məmməd Əmin Rəsulzadənin bir çox əsəri məhz onun qeyrəti, inadkarlığı ilə aşkarlanıb mətbuat səhifələrinə çıxarıldı.
Məmməd Əmin Rəsulzadə irsi çox zəngin və çoxtərəflidir. Onun toplanması və nəşri bir elmi institutun işidir. Lakin Şirməmməd Hüseynov bu işlə on illər boyu təkbaşına məşğul olmuşdur.
Rəsulzadənin Türkiyə mətbuatındakı əsərlərini toplayan əziz dostumuz Əli Yavuz Akpınarla Şirməmməd müəllimin bu sahədəki xidmətləri əsil alim qəhrəmanlığıdır.

 

Şirməmməd müəllim sadiq dost və gözəl insandır. Bu baxımdan onun unudulmaz xalq şairimiz Bəxtiyar Vahabzadə ilə dostluğu sözümün təsdiqidir. Bəxtiyar müəllimin Bakıdakı və Şəkidəki evlərində ən çox və ardıcıl gördüyüm ürək sirdaşlarından biri Şirməmməd müəllim idi. Bütün söhbətlərinin başında da Vətən, Millət, Azadlıq, Ədalət, milli problemlərimizin həlli və s. dayanırdı.

 

Şirməmməd müəllimi heç vaxt, heç yerdə soyuq, biganə, ürəksiz, cəsarətsiz danışan görmədim. Həmişə ən vacib, ən yaxşı bildiyi şeylərdən, ən əsası millətin tale məsələlərindən danışır. Buna görə də yüksək səslə və cəsarətlə danışır.
Məncə onun uzun və şərəfli yaşamağının bir səbəbi də budur.

 

Previous Post

Azərbaycanın canlı əfsanəsi

Next Post

“Şöhrət” ordeni verilən bəstəkar danışdı: “Sizdən eşidirəm” – YENİLƏNİB

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

“Şöhrət” ordeni verilən bəstəkar danışdı: “Sizdən eşidirəm” - YENİLƏNİB

“Şöhrət” ordeni verilən bəstəkar danışdı: “Sizdən eşidirəm” - YENİLƏNİB

Son xəbərlər

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

26 İyul 2026 - 15:49
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

26 İyul 2026 - 15:46
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

26 İyul 2026 - 15:44
Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

26 İyul 2026 - 15:41
Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

26 İyul 2026 - 11:13
Coratda 26 yaşlı gənc dənizdə boğulub

Coratda 26 yaşlı gənc dənizdə boğulub

26 İyul 2026 - 11:11
Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

26 İyul 2026 - 11:09
FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

26 İyul 2026 - 11:06
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

25 İyul 2026 - 19:15
Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

25 İyul 2026 - 18:54
Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

25 İyul 2026 - 18:50
Putin Tokayevlə görüşüb

Putin Tokayevlə görüşüb

25 İyul 2026 - 18:17
Təyyarə evin damına çırpıldı: ölən var – Video

Təyyarə evin damına çırpıldı: ölən var – Video

25 İyul 2026 - 17:57
Ağdamın daha 2 kəndində yanğın başladı

Ağdamın daha 2 kəndində yanğın başladı

25 İyul 2026 - 17:45
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

25 İyul 2026 - 17:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.