"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycanın baş allerqoloqu: “İnsanların kütləvi şəkildə müayinə olunması lazımdır”

09 Yanvar 2017 - 13:59
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

Bu gün və sabah təbiət hadisəsi gözlənilir

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Azərbaycanın baş allerqoloqu: “İnsanların kütləvi şəkildə müayinə olunması lazımdır”
Səhiyyə Nazirliyinin baş allerqoloqu, Azərbaycan Tibb Universitetinin terapiya kafedrasının professoru, əməkdar həkim Cəbrayıl Məmmədovun “Report”a müsahibəsi
– Xahiş edirik allergiya xəstəliyi haqqında ümumi məlumat verin…
– Allergiya (allergos) yunan sözü olub, orqanizmin allergen adlanan ətraf mühitdəki bəzi faktorlara (kimyəvi maddələrə, mikroblara, qida məhsullarına və.s) qarşı yüksək həssaslığıdır. Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpkiləri, ümumi zəifliklə özünü biruzə verir. Məsələn, hər kəs eyni qidanı qəbul edir, lakin insanlara görə fərqli reaksiyalar baş verir. Çünki insanın immun sistemi həmin qidanı normal qəbul etmir. Allergiya genetik yolla ötürülən bir xəstəlikdir. İllər keçdikcə xəstəliyin yayılma arealı genişlənir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, dünya əhalisinin 50 faizində allergiya növlərinin əlamətləri var.
– Bəs Azərbaycanda bu xəstəliklə bağlı vəziyyət necədir?
– Təbii ki, allergiya xəstəliyini ölkə üzrə bölmək mümkündür. Bunun üçün insanların kütləvi şəkildə müayinə olunması lazımdır. Bu da böyük maliyyə vəsaiti tələb edir. Azərbaycanda və dünyada allergiyanın ən çox müşahidə edilən növü bronxial astmadır. Bu gün uşaqlar da nəzərə alınmaqla orta hesabla hər 100 nəfərdən 7-8-də bu xəstəliyə rast gəlinir.
– Ümumiyyətlə, allergiyanın hansı növləri var?
– Allergik xəstəliklərə pollinoz, allergik rinit, bronxial astma, qida və dərman allergiyaları daxildir. Pollinoz bitki tozu allergiyası deməkdir. Allergik xəstəliklərin digər növü ilboyu davam edən allergik rinitdir. Onun törədiciləri məişət allergenləri – ev tozu, kitab tozu, məişət gənələri və digərləridir. Bu, sifətin, burunun qaşınması, asqırma, burun tutulması və axması əlamətləri ilə müşayiət olunur. Bitkilər çiçək açmağa başlayanda onların tozcuqları havaya yayılmağa başlayır. Ordan insanın üzünə, gözünə, burnuna düşür. Nəticədə allergiyaya meyilli insanlar buna reaksiya verir.
Allergik xəstəliyin başqa növü bronxial astmadır. Bu, dünyanın hər yerində böyük problem kimi yayılmış xəstəlikdir. Çünki bəzən insan ölümünə də səbəb ola bilər. Eyni zamanda, insanın iş qabiliyyətini itirməyə, əlil qalmağa gətirib çıxarır.
Allergiyanın dəri zədələnmələri də olur. Ən çox rast gəlinən isə allergik övrədir. El arasında buna məxmərək də deyilir. Allergik övrədən fərqli olaraq, məxmərək infeksiya mənşəli xəstəlikdir. Yaxud da kvink ödəmi, məsələn, dodaq, göz şişir. Yaxud dəridən qalxmış iri qızartılar, dəri qaşınması və s. Allergik övrəyə çox vaxt kvink ödəmi ilə birlikdə rast gəlinir. Bundan başqa, zərdab deyilən xəstəlik də müşahidə edilir. Yəni insana peyvənd vurulanda qızartılar meydana gəlir. Buna dəridə qaşınmalar, oynaqlarda ağrı, yüksək qızdırma və s. misal çəkmək olar. Dəri xəstəliklərindən Stiven Conson sindromu da ağır formadır. Hətta bəzən ölümlə nəticələnə bilir. Əvvəlcə dəri zədələnir, sonra daxilə, yəni selikli qişalara, ağız və qarın boşluğu üzvlərinə, sidik kisəsinə, cinsiyyət üzvlərinə keçir. Nəticədə yaralar əmələ gəlir. Bundan başqa, Layela sindromu da çox ağır xəstəlikdir. Əksər hallarda ölümlə nəticələnir. Bunun səbəbi kimi çox vaxt dərman qəbulu göstərilir.
Allergiyanın ən ağır və təhlükəli forması olan anofilaktik şok bütün bədənə təsir edən məşhur allergik reaksiyalarla bağlı inkişaf edir. Anofilaktik, yəni allergik şok müalicə edilmədikdə insanı şoka sala və ya ölümə gətirib çıxara bilər. Bizim tez-tez eşitdiyimiz “penisillin iynəsi vuruldu, həyatını itirdi” və ya “arı sancmasından öldü” kimi hadisələrin səbəbi anofilaktik şokdur.
– Hansı bitkilər daha çox allergik reaksiya verir?
– Hər hansı bitkinin allergik reaksiya verməsi üçün üç şərt lazımdır. Birincisi, bitki həmin arealda geniş yayılmalı, ikincisi, həmin bitkinin çiçək tozcuqları kiçik olmalıdır. Üçüncüsü, onun tərkib hissəsi zülal tərkibli, yəni antigen xüsusiyyətli olmalıdır. Azərbaycanda ən çox allergiya törədən bitki tozcuqları dənli bitkiləridir. Məsələn, yulaf, vələmir, yovşan və s. Ölkəmizdə yovşanın 11 növü bitir.
– Ümumiyyətlə, müraciətlər daha çox hansı allergiya növü ilə bağlı olur?
– Azərbaycanda həkimə daha çox məişət allergenləri ilə bağlı müraciətlər olur. Çünki ev işləri zamanı yaranan toz kütləsinin içərisində gənələr olur. Həmin gənələr də daima insanın yanında olur. Onlar üçün ən əlverişli qida dərimizin qabığı, ən gözəl şərait isə yatağımızdır. Orqanizmdə 100 faiz nisbi rütubət və otaqda 37 dərəcə temperatur onlar üçün yaxşı imkandır.
Allergik xəstəliklər arasında ən təhlükəlisi dərman allergiyasıdır. Bu xəstəlik hazırda ən ciddi problemlərdən birinə çevrilib. Dərman allergiyası dəridə baş verən səpki və qızarmadan tutmuş boğulma və ölüm hallarına qədər ən ağır fəsadlar törədə bilər. Bu xəstəlik əsasən həkim təyinatı olmadan özbaşına dərman qəbul edildiyi, orqanizmdə digər xəstəliklər olduğu və onlar nəzərə alınmadan həblər istifadə olunduğu təqdirdə baş verir. Belədə xəstə anofilaktik şok vəziyyətinə düşərək ölə də bilər. Məsələn, aspirin, sitramon, analgin, pentalgin, baralgin və s ağrıkəsicilər birinci yer tutur. Sonra antibiotiklər, vitaminlər gəlir. İnsanlar da bunlardan çox istifadə edir.
Dodaq şişmələrinə də qida və ya dərmanlar səbəb ola bilər. Hər bir qida, hətta çörək də allergiya verə bilər. Eyni zamanda, dəniz məhsulları, çərəzlər, pomidor, şokolad, sitrus meyvələri, yumurta daha çox allergiya verir. Hətta kartof və çörəyə qarşı da allergik reaksiya verən xəstələrim olub.
Dünyada bizim insanlarımız qədər öz canı üçün pul xərcləməyə tənbəllik edən başqaları yoxdur. Bu yaxınlarda Cenevrədəydim. İsveçrədə diş çəkilməsi üçün həkimə 400 avro pul verirlər. Ancaq Azərbaycanda insanların psixologiyası fərqlidir. Hər şeyə pul tapırlar, ancaq həkimə 10 manat pul verə bilmirlər. Ayda 5 dəfə toya gedib hərəsinə 100 manat pul salan biri həkimə getmək istəmir. Yəni, canlarının sağlamlığı ən sonda gəlir.
– Bəs allergik xəstəliklərini fəsillə əlaqələndirmək olarmı?
– Ümumiyyətlə, allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin bəzi növləri fəsli xarakter daşıdığından əsasən yaz, yay və payız aylarında özünü daha qabarıq büruzə verir. Qida allergiyasına meyvə-tərəvəzin bol olduğu yay aylarında daha çox rast gəlinir. Pollinoz bəzi ağaclara, otlara, güllərə, çiçəklərə qarşı insanın nəfəs yollarında baş verən allergik reaksiyadır.
– Həkimlər resept yazanda bəzən hansısa dərmanın allergik təsirinə qarşı vasitə yazırlar. Bu nə dərəcədə düzgündür?
– Heç bir dərman allergiyanın qarşısını ala bilməz. Analginə dimedrol vurmaq düzgün deyil. Allergiyanın qarşısını almaq üçün hansısa dərmanı yazmaq mümkün deyil. Bu, sadəcə bəzi qadınların savadsız düşüncələridir. Heç vaxt hansısa dərmanın yanında allergik təsiri aradan qaldıracaq nəsə yazılmamalıdır. Bu, mənasız söhbətdir. Həkimin borcu xəstəsindən nə vaxtsa hansısa dərmana qarşı əlavə təsirin olmamasını soruşmaqdır. Adi antibiotikin 50 növü var. Ona görə də gərək orqanizmin tanımadığı başqa bir növdən istifadə edilsin.
– Ümumiyyətlə, allergiya sağalan xəstəlikdir?
– Xeyr, heç vaxt sağalan xəstəlik deyil. Çünki genetik yolla keçmiş xəstəlik ömürlük olur. Sadəcə, xəstəliyin səbəbi vaxtında aşkar olunsa və qabaqlayıcı tədbirlər görülsə, müvəqqəti olaraq dayana bilər. Lakin şərait yaranan kimi yenidən üzə çıxacaq. Bəzi xəstəliklərin müalicəsi var, amma çox bahalı və uzun prosesdir. Allergiyanı sağaldan hansısa dərman yoxdur.
– Bəzən insanlar zəhərlənmə ilə allergiyanı səhv salırlar. Bəs fərqləri nədir?
– Zəhərlənmə sırf toksiki hadisəsidir. Məsələn, kimsə hansısa dərmandan 15 ədəd içib. Bax, bu zəhərlənmədir. Yəni dərmanın dozası artıq olub. Lakin allergiya yaradacaq hansısa bir həbdən zəhərlənmək olmaz. Ona görə də bu, ancaq allergik reaksiya verə bilər. Deməli ilk növbədə qəbul edilən dərmanın miqdarı öyrənilməlidir. Allergiya üçün dərmanın miqdarının elə də əhəmiyyəti yoxdur. Əsas molekulunun önəmidir.
– Bəs ilkin olaraq hansı qabaqlayıcı tədbir görülməlidir?
– Heç bir şey etmək lazım deyil. İlk növəbədə müayinə olunmaq üçün allerqoloq tapmalısan. Əgər zərurət yaranarsa, qan laboratoriyamızda yüksək səviyyədə yoxlanıla bilər. Uşaqlarda allergiyaya meyillilik böyüklərə nisbətən çoxdur.
– Analizlərin qiymətlərinin baha olması barədə fikirlər səsləndirilir…
– Allergiyanın növünün təyin edilməsi üçün hansısa aparat lazım deyil. Heç belə aparat da yoxdur. Allergiyanının başvermə səbəblərini tapmaq üçün iki üsuldan istifadə edilir. Birincisi, qolda sınaq qoyulur, bunun da qiyməti 30 manatdır. Hansı ki, yarım saatdan sonra nəticələr məlum olur. İkinci üsul laboratoriyada qan götürülməsidir. Bununla da insanda tənəffüs sistemində olan və ya hansısa qidadan allergiya olması araşdırılır. Bu analizin də qiyməti 55-60 manat arasında dəyişir. Yəni bu da indiki dövr üçün elə də yüksək məbləğ deyil.
– Mütəxəssis olaraq insanlara nə məsləhət görərdiniz?
– İnsanlar daha çox düzgün qidalanmaya və hərəkətliliyə üstünlük verməlidir. Ən əsası da meyvə-tərəvəz yeyilməli, təbii qidalanmaya üstünlük verilməli, dərmanlarla dostluq edilməməlidir. Əgər xüsusi ehtiyac yaransa, mütəxəssis allerqoloq tapmaq lazımdır. Diplomu olan hər həkim peşəkar deyil. Reklam ayrı şeydir, mütəxəssis başqa.
Previous Post

Azərbaycanın baş allerqoloqu: “İnsanların kütləvi şəkildə müayinə olunması lazımdır”

Next Post

ABŞ-ın yeni kabusu- Russia Today telekanalı

Bənzər yazılar

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

11 Avqust 2026 - 14:52

İşğaldan azad edilmiş Ağdam şəhərində yeni ictimai və istirahət məkanlarının yaradılması istiqamətində layihələr həyata keçirilir. Elchi.az-ın məlumatına görə, şəhərdə inşa...

Bu gün və sabah təbiət hadisəsi gözlənilir

Bu gün və sabah təbiət hadisəsi gözlənilir

11 Avqust 2026 - 13:45

Bu gün və sabah zəif geomaqnit qasırğası (G1) gözlənilir. Bu barədə Elchi.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib...

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

07 Avqust 2026 - 15:30

Avqust ayında səma həvəskarlarını bir-birindən maraqlı astronomik hadisələr gözləyir. Ay ərzində tam Günəş tutulması, Perseid meteor yağışı, Veneranın ən parlaq...

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

07 Avqust 2026 - 14:14

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir...

Next Post

ABŞ-ın yeni kabusu- Russia Today telekanalı

Azərbaycanda H3N2 virusundan ölənlər var? - Rəsmi açıqlama

Son xəbərlər

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib

11 Avqust 2026 - 19:21
“Barselona”nın futbolçusu ilin sonuna kimi meydana çıxa bilməyəcək

“Barselona”nın futbolçusu ilin sonuna kimi meydana çıxa bilməyəcək

11 Avqust 2026 - 19:10
ÇL: “Sabah” “Orhus”la cavab matçına çıxır – YENİLƏNİB

ÇL: “Sabah” “Orhus”la cavab matçına çıxır – YENİLƏNİB

11 Avqust 2026 - 19:00
Vaşinqtonda Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası müzakirə olunub

Vaşinqtonda Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası müzakirə olunub

11 Avqust 2026 - 18:45
Ermənistan Azərbaycandan qaz almaq istəyir

Ermənistan Azərbaycandan qaz almaq istəyir

11 Avqust 2026 - 18:37
Rusiya XİN: Tehranla silahlanmaya nəzarət və regional böhran müzakirə olundu

Rusiya XİN: Tehranla silahlanmaya nəzarət və regional böhran müzakirə olundu

11 Avqust 2026 - 18:29
Bir il əvvəl itkin düşmüş qadını oğlunun qətlə yetirdiyi müəyyən edilib

Bir il əvvəl itkin düşmüş qadını oğlunun qətlə yetirdiyi müəyyən edilib

11 Avqust 2026 - 18:16
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq

Messi atasının ölümünə görə futboldan uzaq qalacaq

11 Avqust 2026 - 17:59
Çexiyada quraqlıq kritik həddə çatıb

Çexiyada quraqlıq kritik həddə çatıb

11 Avqust 2026 - 17:47
V ixtisas qrupu üzrə bu ixtisas kodlarının qarşısında texniki səhv olub

V ixtisas qrupu üzrə bu ixtisas kodlarının qarşısında texniki səhv olub

11 Avqust 2026 - 17:35
Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

11 Avqust 2026 - 17:27
Meduza axını Fransa atom elektrik stansiyasının fəaliyyətini iflic edib

Meduza axını Fransa atom elektrik stansiyasının fəaliyyətini iflic edib

11 Avqust 2026 - 17:19
Kolumbiyada zəlzələ səbəbindən həlak olanların sayı 224-ə çatıb

Kolumbiyada zəlzələ səbəbindən həlak olanların sayı 224-ə çatıb

11 Avqust 2026 - 17:10
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib

Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib

11 Avqust 2026 - 16:58
ABŞ Hindistanı “Artemida” ay proqramına dəvət edib

ABŞ Hindistanı “Artemida” ay proqramına dəvət edib

11 Avqust 2026 - 16:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.