"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

`Azərbaycanın antikorrupsiya təcrübəsi müsbət qiymətləndirilir` – Fuad Ələsgərov

17 Noyabr 2016 - 20:43
in MANŞET
FacebookVatsap

 

Bunu da oxuyun

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

“Formula 1″ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərov Azərtac-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

– Fuad müəllim, “Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən hazırlanan “2016-cı il Qlobal Korrupsiya Barometri” hesabatının Azərbaycana dair nəticələrini necə qiymətləndirərdiniz?

– Azərbaycan ilə bağlı nəticələr ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını və korrupsiyanın səviyyəsinin azalmasını göstərir. Bununla bağlı hesabatda əks olunan statistik göstəricilərə diqqətinizi cəlb etmək istərdim. Hesabata görə, Azərbaycanda respondentlərin 79 faizi korrupsiyanı cəmiyyətimizin üzləşdiyi əsas problemlərdən hesab etmir. Bu göstərici Avropa İttifaqı (68 faiz) və postsovet ölkələri (66 faiz) üzrə müəyyən edilmiş orta göstəricidən yaxşıdır.

Hesabatın digər ənənəvi indikatoru dövlətlərin korrupsiya qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirlərin səmərəliliyi ilə bağlıdır. Belə ki, Estoniyada respondentlərin 37 faizi, Gürcüstanda 41 faizi, Rumıniyada 42 faizi, Serbiyada 45 faizi, Niderlandda 53 faizi, Böyük Britaniyada 57 faizi, Fransada 64 faizi, Ermənistanda 65 faizi, Latviyada 71 faizi, Sloveniyada 77 faizi, İspaniyada 80 faizi hesab edir ki, ölkələrində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar səmərəli deyil. Azərbaycan üzrə bu göstərici yalnız 15 faizdir. Bu indikator Avropa İttifaqı (53 faiz) və postsovet ölkələri (56 faiz) üzrə müəyyən edilmiş orta göstəricidən dəfələrlə yaxşıdır.

Digər bir statistika isə vəzifəli şəxslərin və siyasətçilərin korrupsiyaya hansı səviyyədə məruz qalması ilə əlaqədardır. Belə ki, Böyük Britaniyada respondentlərin 27 faizi, Portuqaliya və Macarıstanda 30 faizi, İtaliyada 36 faizi, Yunanıstanda 39 faizi, Slovakiyada 40 faizi, Ukraynada 63 faizi hesab edir ki, onların ölkələrində vəzifəli şəxslər və siyasətçilər fəaliyyətlərində korrupsiya hallarına yol verirlər. Azərbaycan üzrə bu göstərici isə 11 faizdir. Ölkəmiz bu istiqamətdə də Avropa İttifaqı (24 faiz) və postsovet ölkələri (31 faiz) üzrə müəyyən edilmiş orta göstəricilərdən yaxşı nəticəyə malikdir.

Göründüyü kimi, hesabatın Azərbaycan ilə bağlı nəticələri ümumilikdə proqressivdir. Belə ki, cari hesabatın nəticələrinin təşkilatın 2010-cu və 2013-cü illərdə keçirilmiş analoji hesabatlarının nəticələri ilə müqayisəsi ölkəmizdə korrupsiyanın səviyyəsinin azaldığını göstərir.

– “Beynəlxalq Şəffaflıq” təşkilatının cari hesabatı və “Korrupsiya Qavrama İndeksi”nin Azərbaycanla bağlı nəticələri arasında fərqi nə ilə əlaqələndirirsiniz?

– Bildiyiniz kimi, “Beynəlxalq Şəffaflıq” təşkilatının iki ənənəvi qiymətləndirmə mexanizmi mövcuddur: “Korrupsiya Qavrama İndeksi” və “Qlobal Korrupsiya Barometri”. Hər iki hesabatın Azərbaycanla bağlı nəticələrində irəliləyişlərin olması qeyd edilir. “Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən 2016-cı ildə təqdim edilən “Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycanın mövqeyi ötən illə müqayisədə 7 pillə irəliləyib. Buna baxmayaraq, hesab edirik ki, “Qlobal Korrupsiya Barometri” daha şəffafdır və ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri daha dəqiq əks etdirir. Çünki bu hesabat birbaşa olaraq, vətəndaşların mövqeyini ifadə edir. “Korrupsiya Qavrama İndeksi”ndə isə hesabatın hazırlanmasında müxtəlif subyektiv mənbələrdən və təşkilatların hesabatlarından istifadə olunur.

– Həmin hesabatlarda Azərbaycanın mövqeyindəki irəliləyişləri nə ilə izah edərdiniz?

– Əlbəttə, bu nailiyyətlər Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində mövcud olan güclü siyasi iradə ilə bağlıdır. Korrupsiyaya qarşı mübarizəyə dair Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları və onların effektiv icrası, cənab Prezidentin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti, bu sahədə hüquq-mühafizə orqanlarının səmərəli işi, beynəlxalq standartlara cavab verən təkmil qanunvericilik və beynəlxalq təşəbbüslərdə aktiv iştirak bu sahədəki uğurlarımızı şərtləndirən əsas amillərdəndir.

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Korrupsiyaya qarşı mübarizə və Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət planlarında nəzərdə tutulan tədbirlər 2012-2015-ci illərdə dövlət orqanları tərəfindən tam icra olunub. Vətəndaş cəmiyyəti institutları da müstəqil formada Milli Fəaliyyət planlarının icrasının monitorinqini həyata keçirib və nəticələrini yüksək qiymətləndirib.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırılıb, lisenziyaların sayı və onların verilməsi müddəti azaldılıb, lisenziyaların verilməsi üçün tələb olunan prosedurlar əhəmiyyətli dərəcədə sadələşdirilib. Elektron hökumət portalı tərəfindən göstərilən xidmətlərin sayı artıb və vətəndaş cəmiyyəti institutlarının dövlət orqanlarının fəaliyyətində sıx iştirakı təmin edilib.

Korrupsiya cinayətlərinin təqibini həyata keçirən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin strukturu təkmilləşdirilib, ştat vahidləri artırılıb və maddi-texniki imkanları genişləndirilib. Azərbaycan Respublikasının Baş Prokurorluğu nəzdində fəaliyyət göstərən “Qaynar xətt” əlaqə mərkəzinin texniki və insan resursları inkişaf etdirilib, mərkəzə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlərin görülməsi təmin olunub.

Azərbaycanın innovativ antikorrupsiya təcrübəsi Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO), İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsi və BMT-nin müvafiq alt qurumları tərəfindən də müsbət qiymətləndirilir. Bundan əlavə, 2015-ci ildə Azərbaycan brendi olan “ASAN xidmət” BMT-nin ali mükafatı olan “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək – birinci yerə layiq görülüb.

Previous Post

`Azərbaycanın antikorrupsiya təcrübəsi müsbət qiymətləndirilir` – Fuad Ələsgərov

Next Post

Dövlət Departamentindən Qarabağla bağlı açıqlama

Bənzər yazılar

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

03 Sentyabr 2026 - 20:01

Beynəlxalq və regional parlament təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi təcrübə mübadiləsinə, ortaq problemlərə birgə həllərin tapılmasına və müxtəlif regionların prioritetlərinin qlobal...

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

03 Sentyabr 2026 - 19:59

Serbiyanın Mədən Sənayesi və Energetika Nazirliyinin, "Elektroprivreda Srbije" (EPS), "Srbijagas" şirkətlərinin və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri Nişdə (Serbiya)...

“Formula 1″ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

“Formula 1″ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

03 Sentyabr 2026 - 19:57

2026-cı ildə "Formula 1" Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Elchi.az...

Nepal daşqında həlak olanların xatirəsinə sentyabrın 7-ni matəm günü elan edib

Nepal daşqında həlak olanların xatirəsinə sentyabrın 7-ni matəm günü elan edib

03 Sentyabr 2026 - 17:41

Nepal Hökuməti Rasuva rayonundakı Bote-Koşi çayında baş verən daşqın nəticəsində həlak olanların xatirəsini yad etmək üçün sentyabrın 7-ni milli matəm...

Next Post

Dövlət Departamentindən Qarabağla bağlı açıqlama

Dövlət Departamentindən Qarabağla bağlı açıqlama

Son xəbərlər

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

03 Sentyabr 2026 - 20:01
Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

03 Sentyabr 2026 - 19:59
“Formula 1″ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

“Formula 1″ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

03 Sentyabr 2026 - 19:57
AEM: Ötən ay 19 aptekdə nöqsanlar aşkarlanıb

AEM: Ötən ay 19 aptekdə nöqsanlar aşkarlanıb

03 Sentyabr 2026 - 19:55
Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub

Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub

03 Sentyabr 2026 - 19:54
Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırıb

Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırıb

03 Sentyabr 2026 - 19:51
Kadiyə 3 oyunluq cəza verilib

Kadiyə 3 oyunluq cəza verilib

03 Sentyabr 2026 - 19:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

I sinfə elektron qəbul başa çatıb

03 Sentyabr 2026 - 19:13
Sahibə Qafarova Cenevrədə diplomatik korpus təmsilçiləri ilə görüşdə çıxış edib

Sahibə Qafarova Cenevrədə diplomatik korpus təmsilçiləri ilə görüşdə çıxış edib

03 Sentyabr 2026 - 18:55
Sabunçuda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanıldı – VİDEO

Sabunçuda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanıldı – VİDEO

03 Sentyabr 2026 - 18:43
“Uber” və “Wayve” Londonda sürücüsüz robotaksilərin sınağına başlayır

“Uber” və “Wayve” Londonda sürücüsüz robotaksilərin sınağına başlayır

03 Sentyabr 2026 - 18:31
“Fənərbağça” – “Beşiktaş” derbisinin hakimi müəyyənləşdi

“Fənərbağça” – “Beşiktaş” derbisinin hakimi müəyyənləşdi

03 Sentyabr 2026 - 18:27
Azərbaycanda 13 bazarın sanitar vəziyyəti qənaətbəxşdir – RƏSMİ

Azərbaycanda 13 bazarın sanitar vəziyyəti qənaətbəxşdir – RƏSMİ

03 Sentyabr 2026 - 18:14
Polşa şərq sərhədində hava məkanına məhdudiyyət tətbiq edir

Polşa şərq sərhədində hava məkanına məhdudiyyət tətbiq edir

03 Sentyabr 2026 - 17:55
Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının vaxtı bəlli oldu

Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının vaxtı bəlli oldu

03 Sentyabr 2026 - 17:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.