Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 4,195 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Dövlət Gömrük Komitəsinin hesablamalarına görə, hesabat dövründə ixracın həcmi illik müqayisədə 2,6 dəfə artaraq 3,889 mlrd. dollar, idxalın həcmi isə 8,2% azalaraq 305,998 mln. dollar təşkil edib.
Nəticədə, yanvar-fevralda 3,583 mlrd. dollarlıq müsbət ticarət saldo yaranıb ki, bu göstərici 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə artıb.