"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycandakı milyonçular – Onlar niyə rəsmi qeydiyyata alınmır?

26 Oktyabr 2018 - 13:00
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hər il müxtəlif nüfuzlu nəşrlər dünyanın və eləcə də ayrı-ayrı ölkələrin zəngin insanlarının (milyarder və ya milyonçular) siyahısını açıqlayır.

Məsələn, “Forbes” jurnalının son açıqlamsına görə, Rusiyanın 200 milyarderinin də yer aldığı siyahıda bir neçə azərbaycanlının da adı var. “Lukoil” şirkətinin rəhbəri, tanınmış azərbaycanlı iş adamı Vahid Ələkbərov 16,4 milyard dollarlıq sərvəti ilə bu siyahıda 4-cü yerdə qərarlaşıb. Digər azərbaycanlı biznes adamı, “Crocus Group”un rəhbəri Araz Ağalarov 1,8 milyard dollar dəyərində qiymətləndirilən sərvəti ilə 50-ci yerdə qərarlaşıb. Bu siyahıdakı son azərbaycanlı isə 1,4 milyard dollarlıq sərvəti ilə 69-cu yeri tutan Fərhad Əhmədovdur.

İngiltərənin məşhur «Knight Frank» konsaltinq şirkəti dünya ölkələri, o cümlədən Azərbaycan üzrə milyonçu insanların sayını sonuncu dəfə 2015-ci ildə açıqlayıb. “The Wealth Report” adlı araşdırmada qeyd edilir ki, 2015-ci il üçün Azərbaycanda 10 minə yaxın milyonçu olub. Araşdırmaya əsasən, Azərbaycanda 2015-ci ildə kapitalı 1 milyon dollardan çox olan 5600 nəfər, kapitalı 10 milyon dollardan çox olan 240 nəfər, kapitalı 30 milyonnan çox olan 87 nəfər, kapitalı 100 milyon dollardan çox olan 10 nəfər var. Ölkəmizdə milyarder isə qeydə alınmayıb.

Məqalədə qeyd olunur ki, 2005-2015-ci illər ərzində ölkəmizdə kapitalını artıran şəxslərin sayı 444 faiz artıb ki, bununla Azərbaycan Monqolustandan sonra zənginlərin sayının ən sürətlə yüksələn ölkələrdən biri sayılıb.

O dövrdə hətta neftin ucuzlaşması, manatın devalvasiyadan yararlanaraq varlanan şəxslərin sayı da az olmayıb. Böhranlı dövrdə yaşadığımız 2014-2015-ci illərdə ölkəmizdə zəngin insanların sayı 1 faiz artıb. Hesabatda bildirilir ki, 2005-ci ildə Azərbaycanda vəsaiti 1 milyon dollardan çox  olan şəxslərin sayı 1000 nəfər, 10 milyon dollardan çox  olanların sayı 40 nəfər, 30  milyondan çox olanarın sayı 16 nəfər, 100 milyon dollardan çox olanlar isə 2 nəfər təşkil edib. Şirkət qeyd edir ki, 2025-ci ilə kimi onların sayı 70 faiz artacaq. Ölkəmiz üzrə ən çox 1-10 milyon dollar arasında varidatı olanların sayı artıb.

2015-ci il ərzində dünyada 30 milyon dollar və daha çox kapitala malik olan varlıların ümumi sərvəti 20.8 trilyon dollardan 19.3 trilyon dollara qədər azalıb.

Multimilyonerlərin sayı isə 5500 nəfər azalıb. 2015-ci ilin sonlarına olan məlumata görə, dünyada şəxsi sərvətinin həcmi 30 milyon dollar və daha çox olan 187.5 min adam var. Ötən il belələrinin sayının azalması fond indekslərinin aşağı düşməsi, dünya daşınmaz əmlak bazarında vəziyyətin pisləşməsi, habelə neftin və digər xammalın kəskin ucuzlaşması ilə bağlıdır.

Hesabatda deyilir ki, son illər dünyada varlıların sayı sürətlə artdığından onların sayının ötən il 5.5 min nəfər azalması ümumi trendi dəyişməyib. Belə ki, 2015-ci ildə multimilyonerlərin sayı 2005-ci ildəkindən 61 faiz çoxdur.

Hesabata əsasən 2015-ci ilin sonlarında rəyi soruşulan varlıların yarıdan çoxu hesab edib ki, onların sərvəti qarşıdakı 10 ildə daha az olacaq. Latın Amerikasından olan varlıların hamısı, Rusiya və MDB respublikalarından olan varlıların isə 50 faizi belə düşünür. Verilən rəqəmlərin istinad mənbəyi göstərilmir.

Maraqlıdır ki, 2005-ci ildə Azərbaycanda “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qanun qəbul edilsə də, bu, icra olunmamış qalır. Hətta “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda məmurların özlərinin və ailə üzvlərinin gəlirlərinin bəyan edilməsi ilə bağlı öhdəlik qoyulsa da, indiyədək nəticəsi yoxdur…

Azərbaycandakı milyonçular kimlərdi…

Modern.az-ın Azərbaycandakı milyonçuların sayı ilə bağlı Dövlət Statsitika Komitəsinə ünvanladığı sorğuya cavab olaraq, qurumun İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib ki, bu, Komitə tərəfindən müşahidəsi aparılan göstəricilərin siyahısına daxil deyil. Yəni Azərbaycanda milyonçular rəsmən qeydiyyata alınmırlar…

Tanınmış iqtisadçı Rövşən Ağayev Modern.az-a bildirib ki, Azərbaycanda əksər milyonçular əldə etdikləri sərvəti heç də qanuni yollarla qazanmayıblar. Buna görə də onlar rəsmən qeydiyyata alınmırlar:“Onlar milyonçuya qanunsuz yollarla çevriliblər. Belə vəziyyətdə milyonçuların adının leqallaşdırılması cəmiyyətdə çox böyük qarşıdurmalar və qeyri-sabitliyə rəvac verər. Bir anlıq təsəvvür edin ki, hansısa nazirin övladının, kürəkəninin, eyni qaydada icra başçılarının sərvətinin tərkibi və həcmi barədə cəmiyyətə rəsmi məlumat təqdim edilir. Və məlum olur ki, bunların heç normal biznesi də yoxdu. Amma necə bəyan olunsun ki, bu qədər sərvət rüşvət və korrupsiya ilə toplanıb… Yəni milyonçuların rəsmi siyahısı o ölkələrdə cəmiyyət üçün leqal olur ki, həmin ölkələrdə sərvət və mülkiyyət leqal yollarla qazanılır. İkinci səbəb odur ki, milyonçular leqallaşsa, gərək öz statuslarına və rəsmi bəyan edilən sərvətlərinə uyğun vergi ödəsinlər. Amma bu qruplar ən çox vergidən yayınanlardır”.

“Milyonçular rəsmən bəyan olunsa, məsuliyyət ortaya çıxacaq”

R.Ağayev deyib ki, qanunvericlik vəzifəli şəxslərin biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir:

“Bizdə bəzi vəzifəli şəxslər və deputatlar sahib olduqları biznes sayəsində milyonçudurlar. İndi onların milyonçu olduğu rəsmi bəyan edilirsə, mütləq hüquqi məsuliyyət ortaya çıxmalıdır. Milyonçuları rəsmi bəyan eləmək bir yana, hələ bizdə 2005-ci ildən qüvvədə olan qanun əsasında məmurların gəlir və əmlakının deklarasiyasına belə getmək istəmirlər”.

Previous Post

Azərbaycandakı milyonçular – Onlar niyə rəsmi qeydiyyata alınmır?

Next Post

Sabunçu DYP-nin rəisi işdən çıxarıldı

Bənzər yazılar

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33

Son dövrlərdə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən süni intellekt texnologiyalarının imkanlarından faydalanmaqla yeni və təkmilləşdirilmiş kiberhücumların...

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mediada yayılan məlumat əsasında fiziki şəxs Musayev Rövşən Vahid oğluna məxsus Bakı şəhəri, Xətai rayonu,...

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26

Oktyabrın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki...

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

02 Oktyabr 2026 - 18:46

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib. Nazirlikdən Elchi.az-a verilən məlumata görə, şuranın...

Next Post
Sabunçu DYP-nin rəisi işdən çıxarıldı

Sabunçu DYP-nin rəisi işdən çıxarıldı

Sabunçu DYP-nin rəisi işdən çıxarıldı

Sabunçu DYP-nin rəisi işdən çıxarıldı

Son xəbərlər

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.