"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Azərbaycanda yaşasaydı ən azı 50 min adamı güllələtdirmişdi” – Asılmamış portret

25 Mart 2015 - 13:24
in XƏBƏR LENTİ
FacebookVatsap

Rəsul Quliyev: “Lenin neft pullarını sosialist inqilablarına xərcləyərdi”

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

“Asılmamış portret”də rəsmi çizilənin də, fırçanı götürüb şəklini çəkənin də həyat hekayələrində müəyyən qədər oxşarlıq var. Hər ikisinin qismətinə mühacirətdə yaşamaq yazılıb. Portreti çəkilən öz vətəninə gəlməyi bacardı, inqilab edərək SSRİ-ni qurdu. Ancaq rəsmi çəkən isə 1996-ci ildən Amerikadadı. 2005-ci ildə Azərbaycana qayıtmaq istəyi baş tutmadı. Söhbət Dövlət Neft Şirkətinin vitse-prezidenti, baş nazirinin müavini, Milli Məclisin sədri olmuş Rəsul Quliyevdən gedir. O, Vladimir İliç Lenin haqda danışdı…

– Rəsul bəy, öncə Lenin portretini çəkin…

– Lenin dünyanın dəyişməsində adı hallanan 100 liderdən biridir. O, məqsədinə çatmaq üçün insanların meyidlərinin üstündən keçməyin ən böyük mənəviyyat və əxlaq olduğunu qəbul edən adamların cərgəsindədir. Lenin hakimiyyəti ələ keçirmək naminə terroru, kütləvi qırğını dəstəkləməyənləri öz komandasından uzaqlaşdıran, onları zəif iradəli adamlar adlandıran şəxsdi. Bir sözlə, Vladimir İliçdə o qədər ağlasığmaz neqativ keyfiyyətlər var ki, portretini çəkmək çox çətindi. Dante Aliqyerinin “İlahi komediya”sında cəhənnəmin illustrasiyası qismən Leninin rəsmini əks etdirir.

– Əgər rəssam olsaydınız, onun həyatından nələri silərdiniz?

– Mümkün olsaydı onun həyatından hər bir şeyi silib atardım. Xüsusilə 1902-ci ildən sonra onun təkidilə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının qəbul etdiyi proqramı rədd eləyərdim. O, cəmiyyətlərin inkişafı üçün yeganə yolun proletariat diktaturasında görürdü. Demokratik inkişafı isə yaxınına buraxmırdı.

– Rəsul Quliyev neçə illərdi mühacirətdə yaşayır. 2005-ci ildə ölkəyə gəlmək planınız vardı, ancaq bu, alınmadı. Sevmədiyiniz Lenin isə iki dəfə mühacirət həyatı yaşayıb, başqa adla da olsa vətəninə gəlib fəaliyyət göstərib, sonda istəyinə çatıb…

– Lenin iki dəfədən çox mühacirətdə olub. Ancaq bu, sadəcə statistikadır, onun elə bir əhəmiyyəti yoxdur. Rusiya imperiyasında o dövrdə mövcud olan liberal diktaturadan istifadə edən Lenin bir neçə dəfə başqa adla Peterburqa gələ bilmişdi. Onun metodları ilə mən heç vaxt inqilab etmərəm. Hakimiyyətə gəlmək üçün Almaniya ilə ölüm-dirim müharibəsi aparan vətənini satdı, onların pulu ilə ölkəni daxildən qarışdırdı. Daha böyük torpaqları hədiyyə verərək sülh bağladı.

Hakimiyyətdə qalmaq üçün “qırmızı terror” elan etdi. Çarın ailəsini güllələtdirdi, Rusiya intiligensiyasını “qavno” adlandıraraq hamısını ölkədən qovdu. Bir sözlə, Leninsayağı inqilab arzusunda olanların hamısının – keçmişdə də, indi də, gələcəkdə də ancaq bir adı var: cinayətkar.

“Leninin portretini çəkmək çox çətindi. Dante Aliqyerinin “İlahi komediya”sında cəhənnəmin illustrasiyası qismən onun rəsmini əks etdirir”

– Rəsul Quliyevin yerində Lenin olsaydı nə edərdi? “Narıncı inqilab”da “oktyabr inqilabı” kimi yekunlaşardı?

– Xoşbəxtlikdən Lenin heç vaxt Rəsul Quliyevin yerində olmayıb. O, hətta xaç ataları Marks və Plexanovun ideyalarını rədd edərək hakimiyyətə yiyələnməyin yeganə yolunu zorda, silah gücündə, qan tökməkdə görürdü. Mən isə rəhbər posta yalnız insanların azad seçimiylə gəlməyin tərəfdarı olmuşam. “Narıncı inqilab”ların heç birində qan tökmək nəzərdə tutulmur. Bu ideyanın bünövrəsi xalqın səslərini müdafiə etmək üzərində qurulub. O da kütləvi aksiyalardan keçir. İnsanlara qarşı silah işlədən diktatorların sonu nə ilə qurtardığının da sübuta ehtiyacı yoxdur.

– Yaxşı, bəs onda Leninin yerində Rəsul Quliyev olsaydı nə edərdi? Çarı necə yıxardı? Qansız-qadasız hakimiyyətə gəlmək mümkündü?

– Əslində indiki hökümət neftdən asılı olaraq özünün yıxılmaq ssenarisini də müəyyənləşdirib. Xalqa zidd olan hakimiyyətdən xilas yolları məlumdur. Kütləvi etirazlar və məqsədyönlü hərəkətlər hökuməti yerində oturda, bununla da demokratik seçkilərin keçirilməsinə nail olmaq mümkündü. Təəssüf ki, belə inkişaf Azərbaycanda baş vermədi. Ukraynada, Gürcüstanda, Maldovada oldu. Birincisi, azərbaycanlılar haqlarının pozulmasına, azad yaşamalarına qismən biganədir. İkincisi, xalqı arxasınca apara biləcək lider yoxdur. Üçüncüsü, neft pullarının yarısı camaatın vəziyyətinin yaxşılaşdırmağa, başqa sözlə, maaş şəkilində verməyə, tikintilərin sayını artırmaqla inşaat sistemində işçi yerlərinin açılmasına xərcləndiyi üçün ölkədə 2006-cı ildən durğunluqdur. 2008, 2010 və 2013-cü il illərdəki seçkilər faktiki Sovet ittifaqının durğunluq dövrünə bənzəyirdi. Yəni, nəticə öncədən bəlli idi. Silahlı, hərbi çevriliş Afrika ölkələrində ola bilər. Azərbaycanda bu mümkün deyil. Birincisi, polis silahlı qüvvələri faktiki müdafiə silahlı qüvvələrinə bərabərdir və bir-birlərinə alternativ pozisiyadadırlar. İkincisi, hər iki qurumun rəhbərləri ümumi korrupsiya, rüşvət sisteminin içindədirlər. Bizdə proqressiv dərrakəli, “xalqı uçuruma sürükləyirsən, çıx get” deyən hərbiçilər yoxdur. Ümumiyyətlə, Azərbaycanda terror yolu ilə padşahı dəyişmək olub, hərbi çevrilişlə bu, baş verməyib. Neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar insanlar addım-addım xaotik çaxnaşmalara doğru gedirlər. Bu işi azərbaycanlılar bacarır və bu qaçılmazdır. O dövrdə camaatın dağıdıcı enerjisini ölkədə demokratik seçkilərin keçirilməsinə nail olmaq istiqamətdə yönəldə biləcək liderə ehtiyac yaranacaq. “Mən belə bir rolu üzərimə götürərəm” kimi bəyanatlar vermək niyyətində deyiləm. Ancaq hər halda kiçik də olsa köməyim dəyə bilər.

– Lenin 1905-07-ci il inqilabından sonra yazır: “Əzilmiş ordu daha yaxşı öyrənir”. 

– Leninin belə bir fikrinə rast gəlməmişəm. Onun 1905-07-ci il inqilabında bolşeviklərin böyük nailiyyətlərindən danışan, “birinci başlayıb sonuncu qurtaranlar”ın onlar olduğunu, insanları terrora və partizan müharibələrinə öyrətməyin vacibliyindən bəhs edən tezislərini bilirəm. Ordu barədə söylədiklərindən xəbərsizəm. Ancaq o dövrdə bundan danışmağa da dəyməzdi. Çünki partiyanın içində ən tanınmayan və azsaylısı onlar idi. Mən “ordu əzilməmək üçün əvvəldən yaxşı öyrənməlidir” fikrinin tərəfdarıyam.

“Onun metodları ilə mən heç vaxt inqilab etmərəm”

– Leninin fikrincə “Marksizm – ehkam deyil, fəaliyyət üçün rəhbərlikdir”.

– Bu fraza düzgündür. Ancaq marksizm sosialist ideyaları və bu sistemdə iqtisadi əlaqələrin nəzəriyyəsini göstərir. Fəaliyyət üçün rəhbərlik bütövlükdə leninizmin məhsuludur.

– Bu gün Lenin Azərbaycanda yaşasaydı, nəyə nail olardı?

– Bu gün Lenin Azərbaycanda yaşasaydı zindanlarda yarım milyon insan olardı; ən azı 50 min adamı güllələtdirmişdi. Hakimiyyətdə olsaydı azərbaycanlılar dilənçi kökündə yaşayar, neftdən gələn pulları 4-cü, ya 5-ci kominternin dünyada sosialist inqilabı etməsi üçün xərcləyərdi.

– İndi azərbaycanlılar yaxşı yaşayır? İqtisadiyyatın ancaq neftdən asılı olan ölkə, vətəndaşların bankların girovuna çevrilməsi, çıxış yolunu intiharda görənlər… Siyahını uzatmaq olar, problemlər xirtdəyəcəndi.

– Azərbaycanda insanların həyat səviyyəsi aşağıdı və getdikcə daha da ağırlaşır. Büdcəni neft pulları hesabına doldurmaq, total korrupsiya və rüşvət nə gürcüləri, nə də erməniləri vuracaq, bizə təsir edəcək. Banklardakı kreditlər vətəndaşları sıxsa da əhalinin vəziyyətinin ağırlaşmasında əsas rol oynamır. “Su boğaza çatanda” hökümət qorxusundan bankları müflis elan edib kreditləri silə bilər. Əsas qorxu manatın məzənnəsinin intensiv aşağı düşməsi və bu bazada inflyasiyanın həndəsi silsilə ilə artması olacaq.

Leninin isə məqsədinə çatmaq üçün xalqı bilərəkdən dilənçi vəziyyətində saxlamaq siyasəti tamamilə başqa məsələdir. O, ideyalı şəxsiyyətdir. Ölənə qədər insanların gələcəyinin yalnız qəbul etdiyi sosializmdən keçdiyinə inanırdı. Üstəlik, dünyada kommunizmin qələbəsi üçün ölkə əhalisinin bütün mərhumiyyətlərə dözmələrini normal hesab edirdi. Buna görə deyirəm ki, Lenin Azərbaycanda yaşasaydı neft pulları sosialist inqilablarına xərclənməli idi. Ümumiyyətlə, Vladimir İliç vəziyyətdən asılı olaraq fikirini və fəaliyyət istiqamətini tez-tez dəyişirdi. 1922-ci ildə 1900-1907-ci illərə qədər söylədiklərinin, yazdığı kitabların və məqalələrin azı 80 faizinin səfeh ideyalar olduğunu qeyd edirdi. Ancaq düşdüyü vəziyyətə uyğun qərarlar çıxartmaq səviyyəsi çox yüksək olan Leninin bu gün hansı addımlar ata biləcəyini praktiki cəhətdən söyləmək mümkün deyil.

– Lenin “Nə etməli?” adlı kitabında proletariatın uğurlu inqilabının ancaq inqilabi şüura sahibləndiyi zaman mümkün olacağını yazırdı…

– İnqilab ancaq ən inkişaf etmiş kapitalist ölkəsində baş verə biləcəyi teoriyasını irəli sürən Marksın ideyalarını qəbul edən Lenin 19-cu əsrin sonlarında proletariatların qələbə çala biləcəyini demişdi və Rusiyanı kapitalist ölkə adlandırmışdı. Ancaq Plexanov onunla görüşəndən sonra Çar hakimiyyətinin yarıfeodal olması ilə razılaşdı. “Nə etməli?” əsərində inqilabın baş verməsi üçün yollar göstərməyə çalışdı. Bu kitabında o, proletariatın inqilabi şüura malik olmadığını təsdiqləyir və iqtisadi tələbdən o tərəfə keçməyəcəyini kədərlə qeyd edirdi. Ancaq çıxış yolunun əsərində geniş izahını verir. Əsas işin məhdud, kütlənin avanqard ideyaları mənimsəmiş, dəmir intizamlı partiyanın iradəsinə tam tabe etməkdə görürdü. Yəni, yuxarının qəbul etdiyi qərarlar aşağılar üçün müzakirəsinə icazə verilməyən qanundur. Yerinə yetirmək hər bir partiya üzvünün vəzifəsidir. “Nə etməli?” əsərindəki tezisləri ölənə qədər Lenin təkrar edir və “qırmızı terror”la ideyalarının zirvəsinə çatır.

– Lenin özünə haqq qazandıraraq deyir: “Terror bütün dövrlərdə və bütün dövlətlərdə olub. Ancaq əsas məsələ bunun kimlərə qarşı tətbiq edilməsidi”.  

– Lenin konkret olaraq çara və onun çinovliklərinə qarşı terroru rəsmi dəstəkləyən şəxsdir.

– Rəsul bəy, Lenin portreti 70 il bizim başımızın üzərində asılmağa layiq idi?

– Leninin portreti 1991-ci ilə qədər həmişə bizim, o cümlədən mənim başımın üzərində asılıb. İşlədiyim zavodda onun minimum 5 heykəli, kabinetimdə, sarayın qarşısında, 1991-ci ilin ortalarına qədər Ali Sovetin səhnəsində və ölkənin ən böyük meydanında monumenti dayanmışdı. Əgər başının üzərində onun şəklinin asılmasını istəmirdinsə, baş katib Brejnevin rəsmini vurmalıydın. Mən isə Leninə üstünlük verirdim.

Vladimir İliç haqda həqiqətlər 1988-ci ildən ortaya çıxmağa başladı. Xüsusilə General Volkaqonovun iki kitabı “Lenin” və “Stalin” əsərləri bir çox məsələlərə aydınlıq gətirdi və nə dərəcədə əzazil insan olduğu təsdiqləndi. 1988-ci ilə qədər onun müqqəddəs bir obrazı yaradılmışdı. Təəssüf ki, indinin özündə də Leninin portretini başının üzərində asmaq istəyən şəxslər var.

Previous Post

“Azərbaycanda yaşasaydı ən azı 50 min adamı güllələtdirmişdi” – Asılmamış portret

Next Post

Ronaldoya ağır cəza verilə bilər

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Ronaldoya ağır cəza verilə bilər

Ronaldoya ağır cəza verilə bilər

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.