"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycanda vəzifəli şəxslər saxlanıldı

01 May 2020 - 14:42
in CƏMİYYƏT, MANŞET
FacebookVatsap

Koronavirus infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında yol verilmiş neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

Bunu da oxuyun

Yağış yağacaq, külək əsəcək – SABAHIN HAVASI

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib – FOTO/VİDEO

BDU-nun 9 fakültəsində dekan vəzifəsinə müsabiqə elan edilib

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Masallı, Quba, Cəlilabad və Zərdab rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə yerli icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olan müraciətlərə baxılıb.

Araşdırmalarla Masallı rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəsi İsrail Tağıyevin vəzifə saxtakarlığı edərək aprelin 1-dən 29-dək olan müddətdə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən 74 nəfərə qanunsuz olaraq arayışlar verməsinə şübhələr üçün əsaslar müəyyən olunub.

Eləcə də, Quba rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Abayevin də vəzifə saxtakarlığı edərək ayrı-ayrı şəxslərə Qusar rayonuna getmələrinə dair qanunsuz arayışlar verməsinə şübhələr müəyyən edilib.

Bundan başqa, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Heydər Əliyev Fondu tərəfindən aprelin 23-də imkansız ailələrə göndərilmiş ərzaq yardımının paylanması zamanı neqativ hallara yol verərək ərzaq paylarını özünün və müavini Rəşad Seyfullayevin yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə paylamasına dair əsaslı şübhələr müəyyən olunub.

Zərdab rayon İcra Hakimiyyəti başçısının Məmmədqasımlı kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsinin müavini Mətaf Mikayılov tərəfindən də qanun pozuntusuna yol verilib. 

Belə ki, M.Mikayılovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Heydər Əliyev Fondu tərəfindən aprelin 23-də göndərilmiş ərzaq yardımını imkansız ailələrə deyil yaxın qohumları və kəndin imkanlı şəxslərinə paylamasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan şəxslər müvafiq rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər.

Toplanan materiallar üzrə Masallı, Quba, Cəlilabad və Zərdab rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanılıb.

Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir.

Previous Post

Azərbaycanda vəzifəli şəxslər saxlanıldı

Next Post

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Bənzər yazılar

Yağış yağacaq, külək əsəcək – SABAHIN HAVASI

Yağış yağacaq, külək əsəcək – SABAHIN HAVASI

24 Noyabr 2026 - 12:10

Sabah Azərbaycanda hava necə olacaq? Noyabrın 25-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib – FOTO/VİDEO

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib – FOTO/VİDEO

24 Noyabr 2026 - 10:53

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Regional "ASAN Xidmət" mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda...

BDU-nun 9 fakültəsində dekan vəzifəsinə müsabiqə elan edilib

BDU-nun 9 fakültəsində dekan vəzifəsinə müsabiqə elan edilib

24 Noyabr 2026 - 10:34

Bakı Dövlət Universitetində (BDU) 9 fakültə üzrə dekan vəzifələrinin tutulması üçün müsabiqə elan olunub. Bu barədə Elchi.az-a Bakı Dövlət Universitetindən...

Bu ilin on ayında 26 mindən çox şəxsə əmək pensiyası təyin olunub

Bu ilin on ayında 26 mindən çox şəxsə əmək pensiyası təyin olunub

24 Noyabr 2026 - 09:40

2026-cı ilin yanvar-oktyabr ayları ərzində 26 145 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə Elchi.az-a Dövlət...

Next Post
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Son xəbərlər

Bakıda 10 yaşlı qız avtomobil vurması nəticəsində öldü

Bakıda 10 yaşlı qız avtomobil vurması nəticəsində öldü

24 Noyabr 2026 - 12:29
Bakıda “Kəlağayı Bayramı” adlı konsert keçirilib

Bakıda “Kəlağayı Bayramı” adlı konsert keçirilib

24 Noyabr 2026 - 12:17
Yağış yağacaq, külək əsəcək – SABAHIN HAVASI

Yağış yağacaq, külək əsəcək – SABAHIN HAVASI

24 Noyabr 2026 - 12:10
İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər

İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər

24 Noyabr 2026 - 11:59
PSJ “Fənərbağça”nın ulduz futbolçusu ilə maraqlanır

PSJ “Fənərbağça”nın ulduz futbolçusu ilə maraqlanır

24 Noyabr 2026 - 11:49
Vyetnamda restoranda qaz partlayışı nəticəsində ölənlərin sayı üçə çatıb

Vyetnamda restoranda qaz partlayışı nəticəsində ölənlərin sayı üçə çatıb

24 Noyabr 2026 - 11:37
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24 Noyabr 2026 - 11:30
Okinava ABŞ ordusuna Miyako hava limanından istifadəni qadağan edib

Okinava ABŞ ordusuna Miyako hava limanından istifadəni qadağan edib

24 Noyabr 2026 - 11:25
Avropada ötən ay təbii qazın nağd bazar qiyməti 160%-dən çox artıb

Avropada ötən ay təbii qazın nağd bazar qiyməti 160%-dən çox artıb

24 Noyabr 2026 - 11:17
DSX-nin hərbi qulluqçusu vəfat edib

DSX-nin hərbi qulluqçusu vəfat edib

24 Noyabr 2026 - 11:09
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

24 Noyabr 2026 - 11:03
Vens və Qətərin Baş naziri ABŞ-İran danışıqlarının bərpasını müzakirə ediblər

Vens və Qətərin Baş naziri ABŞ-İran danışıqlarının bərpasını müzakirə ediblər

24 Noyabr 2026 - 11:00
FHN-in Cənub Regional Mərkəzi təlim keçirib – FOTO/VİDEO

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib – FOTO/VİDEO

24 Noyabr 2026 - 10:53
Bakıda avtobuslarla sərnişindaşımada rekord göstərici qeydə alınıb

Bakıda avtobuslarla sərnişindaşımada rekord göstərici qeydə alınıb

24 Noyabr 2026 - 10:46
BDU-nun 9 fakültəsində dekan vəzifəsinə müsabiqə elan edilib

BDU-nun 9 fakültəsində dekan vəzifəsinə müsabiqə elan edilib

24 Noyabr 2026 - 10:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.