“Əhalinin rifahının yaxşılaşması, yoxsulluğun azaldılmasına yönəlmiş dövlət siyasətinin müsbət nəticəsi olaraq son 15 ildə nikahların sayı xeyli çoxalmış, qeydə alınmış doğumların sayı isə 45 faiz artıb”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyib.
Onun sözlərinə görə, doğumun qeydiyyatının bilavasitə tibb müəssisələrində səyyar qaydada aparılması, habelə nikahın təntənəli qeydiyyatı təşkil olunmuş, qeydiyyat prosedurunu asanlaşdıran, eləcə də Azərbaycan adları, onların mənası və izahı və s. barədə informasiya almaq üçün geniş axtarış sisteminə malik olan elektron xidmətlər istifadəyə verilib.
Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıb
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı alınıb. Elchi.az-ın xəbərinə görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik...