"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“Azərbaycanda referendum olacaq?”

12 Yanvar 2022 - 16:58
in SİYASƏT
FacebookVatsap

Ekspert: “Boş qalan dairələrdə seçkilərin və ya referendumun keçiriləcəyi barədə dəqiq fikir söyləmək olmaz”

Bu ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına 18 milyon 469 min 693 manat ayrılıb. Bu vəsaitin 5 milyon 798 min 583 manatı 2022-ci ildə seçici siyahılarının dəqiqləşdirilməsinə xərclənəcək.

Bunu da oxuyun

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Seçki qanunvericiliyinə əsasən, yanvar ayının əvvəllərindən etibarən vahid seçicilər siyahısının tərtib olunması prosesinə başlanılıb. Vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılacaq. Bu proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçiriləcək. Seçki Məcəlləsinin tələblərinə əsasən, məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir. Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil verəcək. MSK da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirəcək.

Bu prosesə ən gec may ayının sonuna qədər yekun vurulacaq və ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək.

Artıq seçici siyahılarının dəqiqləşdirilməsinə başlanılıb. Qeyd edək ki, iddialara görə, ölkədə referendum keçirilməsi planlaşdırılır. Bildirilir ki, referenduma Milli Məclisin tərkibi genişləndirilərək, 201 mandatlı parlament yaradılması, deputat seçkilərinin proporsional və majoritar qaydada (qarışıq sistem) üzrə keçirilməsi, Nazirlər Kabinetinin ləğv edilməsi və onun bütün səlahiyyətlərinin vitse-prezident institutuna həvalə edilməsinin çıxarılması nəzərdə tutulur. O cümlədən yerli icra hakimiyyətlərinin ləğv olunması, onların Prezidentin sərəncamı əsasında yaradılmış 14 iqtisadi zona ilə əvəzlənməsi də mümkündür. Referendumda bələdiyyələrin yerli idarəçilikdə rolunun artırılması və inzibati qurumların səlahiyyətlərinin bir hissəsinin seçkili qurumlara qaytarılması variantı da xalqın müzakirəsinə çıxarıla bilər.

Maraqlıdır ki, buna paralel olaraq Hesablama Palatası da MSK-da maliyyə yoxlamalarına başlayb.

Hazırlıqlar nə ilə bağlıdır, referendum, yoxsa boş deputat yerlərinə təkrar seçkilərmi olacaq?

Niyaməddin Orduxanlı

Parlamentdə təmsil olunan bütün müxalifət partiyalarının Mərkəzi Seçki Komissiyasında əvəzedici təmsilçisi, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı “Yeni Müsavat”a bildirdi ki, hər il yanvar ayında aparılan vahid seçicilərin siyahıya alınması prosesi sırf Seçki Məcəlləsinin tələbidir. Bu siyahıyaalma hər il həyata keçirilir. Seçkilərin keçirilməsi barədə qərarı isə MSK yox, ölkə Prezidenti verir. Bu gün üçün belə bir qərar yoxdur. Ona görə də boş qalan dairələrdə seçkilərin və ya referendumun keçiriləcəyi barədə indi dəqiq fikir söyləmək olmaz: “İndilikdə, sadəcə, ehtimallar, təkliflər irəli sürmək olar. Bizim partiya uzun müddətdir ki, parlamentdə proporsional seçki sisteminin bərpa olunması təşəbbüsü ilə çıxış edir, ölkənin parlament üsul-idarəsinə keçirilməsini təklif edir. Hətta bununla bağlı qanun layihəsi hazırlayaraq parlamentdə təqdim edib. Bu gün Azərbaycan Qafqazda yeganə ölkədir ki, proporsional seçki sistemi mövcud deyil, parlamentdə müxalifət fraksiyası fəaliyyət göstərmir, parlament yalnız majoritar seçki sistemi ilə formalaşır. Proporsional seçki sisteminin olmaması ölkədə siyasi partiyaların fəaliyyətinə də çox ciddi təsir edir. Gənc nəslin partiyalara marağını azaldır, siyasi fəaliyyətlə məşğul olmamasına təsir edir. Siyasi partiyalar ölkənin demokratikləşməsində, mülki cəmiyyətin formalaşmasında, inkişafında və dövlət-milli maraqlarının qorunmasında əhəmiyyətli rol oynayır. Bu gün onlarla partiyanın mövqeyini görürük ki, onlar da proporsional seçki sisteminin olmasının vacibliyini bildirirlər, bəyanatlar verirlər. Odur ki, ölkədə referendum keçirərək, bu sistemi bərpa etmək olar. Düşünürəm ki, bu vacib bir məsələdir. O ki qaldı dediyiniz, referendum məsələsinə, Milli Məclisin tərkibinin genişləndirilərək, 201 mandatlı parlament yaradılması, deputat seçkilərinin proporsional və majoritar qaydada (qarışıq sistem) üzrə keçirilməsi, Nazirlər Kabinetinin ləğv edilməsi və onun bütün səlahiyyətlərinin vitse-prezident institutuna həvalə edilməsinin nəzərdə tutulmasına, bütün bunlar yalnız xalqın iradəsi ilə, referendum yolu ilə ola bilər. O cümlədən yerli icra hakimiyyətlərinin ləğv olunması, onların Prezidentin sərəncamı əsasında yaradılmış 14 iqtisadi zona ilə əvəzlənməsi də mümkündür. Referendumda bələdiyyələrin yerli idarəçilikdə rolunun artırılması və inzibati qurumların səlahiyyətlərinin bir hissəsinin seçkili qurumlara qaytarılması variantı da xalqın müzakirəsinə çıxarıla bilər”.

Hesablama Palatasının MSK-da maliyyə yoxlamalarına başlanması məsələsinə gəlincə, həmsöhbətimiz dedi ki, bu cür yoxlamaların hər il aparılması da qanunun tələbidir.

Qeyd edək ki, Seçki Məcəlləsinin 46-cı maddəsinə əsasən, seçicilərin daimi siyahısı isə hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilir və səsvermə gününə azı 25 gün qalmış dəqiqləşdirilir. Bu müddətdən sonra səsvermə gününədək (səsvermə günü də daxil olmaqla) seçici siyahısına seçici Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yalnız məntəqə seçki komissiyası tərəfindən əlavə edilə bilər (bu halda məhkəmənin qərarı seçici siyahısına əlavə edilir). Səsvermə günü bu Məcəllənin 101-ci maddəsinə uyğun olaraq səsvermə vəsiqəsi ilə səs verən seçicilərin səsvermə vəsiqəsi seçicilər siyahısına əlavə edilir. Səsvermə günü seçici siyahılarına heç bir əlavə və dəyişiklik edilə bilməz. Seçici siyahıları mətbuatda dərc edilə bilməz. Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada seçici siyahıları Mərkəzi Seçki Komissiyasının (dairə seçki komissiyasının) müvafiq internet saytında yerləşdirilir. Bu halda seçicilərin yaşadıqları ünvanlar göstərilməməlidir.

Aktiv seçki hüququna malik olan bütün vətəndaşlar seçici siyahılarına daxil edilirlər.

Vətəndaşın seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi üçün həmin vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür.

Previous Post

“Azərbaycanda referendum olacaq?”

Next Post

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bənzər yazılar

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

06 Oktyabr 2026 - 16:10

Azərbaycanı inkişaf etməkdə olan kiçik ada dövlətlərindən minlərlə kilometr məsafə ayırsa da, bizi iqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üçün ortaq qətiyyət...

Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

06 Oktyabr 2026 - 16:01

Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik və onların problemlərini beynəlxalq aləmin diqqət...

Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06 Oktyabr 2026 - 16:00

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. Elchi.az xəbər verir ki, müraciətdə deyilir: "Zati-aliləri, Xanımlar və...

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

05 Oktyabr 2026 - 19:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:  

Next Post
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Son xəbərlər

Sabah 6 rayonun bəzi ərazilərində su olmayacaq

Sabah 6 rayonun bəzi ərazilərində su olmayacaq

06 Oktyabr 2026 - 17:00
AZƏRBAYCANLI YAZAR EMİL NƏSİRLİ GÜRCÜSTAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ SEÇİLİB

AZƏRBAYCANLI YAZAR EMİL NƏSİRLİ GÜRCÜSTAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ SEÇİLİB

06 Oktyabr 2026 - 16:51
“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

06 Oktyabr 2026 - 16:38
Ronaldu Jorje Jezusun sözlərindən sonra milli komandaya qayıtmayacağını bildirib

Ronaldu Jorje Jezusun sözlərindən sonra milli komandaya qayıtmayacağını bildirib

06 Oktyabr 2026 - 16:26
Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

06 Oktyabr 2026 - 16:19
Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

06 Oktyabr 2026 - 16:10
Ali məktəblərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq

Ali məktəblərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq

06 Oktyabr 2026 - 16:07
Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

06 Oktyabr 2026 - 16:01
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06 Oktyabr 2026 - 16:00
Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

06 Oktyabr 2026 - 12:18
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

06 Oktyabr 2026 - 12:10
Nepalda ölümcül daşqınlar: 5200-dən çox insan hələ də itkin düşmüş hesab olunur!

Nepalda ölümcül daşqınlar: 5200-dən çox insan hələ də itkin düşmüş hesab olunur!

06 Oktyabr 2026 - 11:55
Qubada 19 kq narkotik aşkarlanıb

Qubada 19 kq narkotik aşkarlanıb

06 Oktyabr 2026 - 11:55
Azərbaycan Kubokunun I təsnifat mərhələsinin hakimləri açıqlandı

Azərbaycan Kubokunun I təsnifat mərhələsinin hakimləri açıqlandı

06 Oktyabr 2026 - 11:40
Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik kabel xəttin çəkilişini bu ay başa çatdıracaq

Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik kabel xəttin çəkilişini bu ay başa çatdıracaq

06 Oktyabr 2026 - 11:32
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.