"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycanda orqan transplantasiyası problemi

15 Dekabr 2017 - 15:00
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Bakıda və bəzi bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bütün dünyada orqan köçürülməsi əməliyyatları həyata keçirilir və qəfil ölən insanların orqanları donor gözləyən xəstələrə köçürülür. Əksər ölkələrdə sadə vətəndaşlardan tutmuş, cəmiyyətdə müəyyən mövqeyə sahib olan insanlara qədər orqanlarının bağışlanmasını vəsiyyət edənlər var. Xatırladaq ki, Azərbaycanda da millət vəkili Qənirə Paşayeva öz orqanlarının bağışlanmasını vəsiyyət edib.

Elchi.az Musavat.com-a istinadən xəbər verir ki, ölkəmizdə qəfil ölən insanların orqanlarının götürülməsi faktı olmasa da, az da olsa, böyrək, qaraciyər kimi orqan nəqli əməliyyatları həyata keçirilir.

Orqanlarını bir-birinə verənlər isə daha çox yaxın qohumlardır. Çünki cəmiyyət olaraq heç kim cavan yaşda ölmüş yaxınının yarılmasını və orqanlarının götürülməsini istəmir.

Bu günlərdə Mərkəzi Neftçilər Xəstəxanasında keçirilən mətbuat konfransında xəstəxananın cərrahiyyə və orqan transplantasiyası bölməsinin müdiri Mircəlal Kazımi  orqan transplantasiyası barədə həqiqətəuyğun olmayan məlumatlar yazıldığını bildirərək, hazırda əsas məqsədin meyitdən donor köçürmə məsələsi olduğunu deyib: “Azərbaycanda – Mərkəzi Neftçilər Xəstəxanasında on ilə yaxındır orqan köçürmə əməliyyatları aparılır və bu müddət ərzində bizim xəstələrin 95 faizinin əməliyyatı uğurlu olub. Yeddi xəstəmiz əməliyyatdan sonra valideyn olub. Təkcə bu il 76 xəstəyə böyrək və 9 qaraciyər transplantasiyası həyata keçirilib. Bu sahədə çətinliklərdən biri də qan qrupunun uyğun olmamasıdır. Bu problemin həlli yollarından biri də dünyada nadir əməliyyatlardan sayılan çarpaz orqan transplantasiyasıdır. Bu əməliyyat, əsasən, II və III qan qrupları olan xəstələrdə mümkündür. Artıq bizim təcrübəmizdə bu, Azərbaycanda ilk dəfə həyata keçirilib”.

Tədbirdə iştirak edən Mərkəzi Neftçilər Xəstəxanası transplant nefroloqu Elnur Fərəcov ölkədə transplantasiya əməliyyatı edilənlərin 22 faizinin uşaqlar olduğunu deyib. O, orqan köçürülən uşaqlardan ən kiçiyinin 5 yaşında olduğunu bildirib. Nefroloqun sözlərinə görə, dializə başlamadan orqan köçürmək daha uğurlu sayılır. E.Fərəcov bildirib ki, orqan transplantasiyası xəstələrin yaşama şansını 8-9 dəfə artırır.

M.Kazımi bundan sonra əsas məqsədin meyitdən donor köçürülməsini həyata keçirmək olduğunu deyib. O əlavə edib ki, hazırda ehtiyacı olan xəstələrə dövlət tərəfindən meyit orqanlarının köçürülməsini nəzərdə tutan konsepsiya hazırlanır.

Maraqlıdır, hansı təlimatlar olmalıdır ki, ölüdən orqanlar alına bilsin?

Tibb elmləri doktoru, professor Adil Qeybulla orqan köçürülməsi üçün qanun qəbul etməyin hələ yetərli olmadığını dedi: “İnsan yalnız kliniki ölüm keçirdiyi zaman onun orqanlarını götürmək olar. Orqan köçürülməsi məsələsində diqqət edilməli bir neçə nüans var. Orqan kimdən köçürülə bilər?  Orqan beyin ölümü keçirmiş, orqanları hələ salamat olan, özü nəfəs alan, amma həyata qaytarılması mümkün olmayan şəxslərdən köçürülə bilər.  Bunu da tibbi komissiya araşdırır və bundan sonra həmin insandan orqan köçürülməsinə icazə verir. Orqan  köçürülməsi xəstənin himayədarı, atası, anası, qohumlarının razılığı olmadan həyata keçirilə bilməz. Orqanı köçürülə bilən adamlar, adətən, cavan adamlar olmalıdır. Avtomobil qəzası və ya üzləşdiyi hansısa qəza nəticəsində aldığı travmadan və ya digər patologiyadan beyin ölümü keçirmiş adam olmalıdır. Ən əsası nəzərə alınmalıdır ki, köçürülən orqan sağlam və salamat olmalıdır.

Yəni elə xəstəliklər var ki, o xəstədən orqan köçürmək məsləhət deyil. Sağlam və cavan adamların yarılıb ondan orqan götürülməsinə hansı valideyn icazə verəcək?! Cəmiyyət buna hazırdırmı?! Neftçilər Xəstəxanasında bir-iki epizod olub ki, ata-anadan orqan götürüb köçürüblər. Bu donor haqqında qanunun, orqan nəqlinin bir  sistem şəklini alması demək deyil. Əvvəla, orqan nəqli konsepsiyası bir sistem olmalıdır. Bu sistem ondan ibarətdir ki, donor bankı yaradılmalıdır və cəmiyyət buna psixoloji hazır olmalıdır. Cəmiyyət daxilən qəbul etməlidir ki, dünyasını dəyişməkdə olan, həyatını itirməkdə olan bir insanın orqanı başqa bir insana həyat verə bilər. Biz bunu bir növ qəbul etməliyik. Yalnız qəbul etdikdən sonra buna hazır ola bilərik. Təbliğat aparmaq, cəmiyyəti buna hazırlamaq lazımdır. Digər tərəfdən də sistem odur ki, tutaq ki, Azərbaycanın bir rayonunda bir orqana ehtiyac varsa, başqa bir rayonda da donor daxili orqan götürülübsə, dərhal növbədə olan adama köçürülür. Dünyanın hər yerində bu cür sistem var”.

A.Qeybulla icbari tibbi sığorta olmadan da bunu həyata keçirməyin real olmadığını dedi: “İnsanların bunu kütləvi şəkildə həyata keçirmək imkanları məhduddur. Bu gün nə qədər qaraciyər köçürməsinə ehtiyacı olan adam dünyasını dəyişir. Bunların hansı gedib orqan köçürə bilir?! Bu çox bahalı bir əməliyyatdır və hər adamın da cibinə, büdcəsinə uyğun deyil. Buna görə də hesab edirəm ki, biz bəzən “çaya çatmamış çırmalanırıq”. Qanunlarımız da bu cürdür, gördüyümüz işlər də çox vaxt bu cür olur. Biz hansısa qərarı qəbul edərkən bu qanunun işlək mexanizmini, infrastrukturunu düşünmürük. Bu da qanunun çox vaxt kağız üzərində qalmasına səbəb olur. Bu, sistem şəklini almalıdır. Bunun üçün də səhiyyə islahatları axıra qədər getməlidir, cəmiyyət buna hazır olmalı, donor haqqında qanun layihəsi olmalıdır, bunun işlək mexanizmi olmalıdır. Tək o qanunu qəbul etmək hələ yetərli deyil”.

Previous Post

Azərbaycanda orqan transplantasiyası problemi

Next Post

Qəbiristanlıqların ərazisi xüsusi mülkiyyətə verilməyəcək

Bənzər yazılar

Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

14 Avqust 2026 - 18:35

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu...

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

14 Avqust 2026 - 18:12

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı onlardan dörd kateqoriya üzrə rəy verilmiş çağırışçılar yekun tibbi müayinəyə cəlb...

Bakıda və bəzi bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bəzi bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

14 Avqust 2026 - 16:54

Avqustun 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu...

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

14 Avqust 2026 - 16:47

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin...

Next Post

Qəbiristanlıqların ərazisi xüsusi mülkiyyətə verilməyəcək

Qəbiristanlıqların ərazisi xüsusi mülkiyyətə verilməyəcək

Son xəbərlər

Təbii qazın dəyəri azaldı

Türkiyəyə ən çox qaz tədarük edən ölkələrin siyahısı

14 Avqust 2026 - 19:28
ADY-də kükürd daşımaları 31%-dən çox artıb

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndəriləcək

14 Avqust 2026 - 19:17
“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

14 Avqust 2026 - 19:05
Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

14 Avqust 2026 - 19:00
AYNA yeni ekspres avtobusları ilə bağlı açıqlama yaydı

AYNA: Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

14 Avqust 2026 - 18:51
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

14 Avqust 2026 - 18:35
ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

14 Avqust 2026 - 18:12
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

14 Avqust 2026 - 17:59
“Qəhrəmanlara bundan böyük təhqir ola bilməz” — Tramp memoriala hücumu pisləyib

“Qəhrəmanlara bundan böyük təhqir ola bilməz” — Tramp memoriala hücumu pisləyib

14 Avqust 2026 - 17:45
Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

14 Avqust 2026 - 17:38
Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

14 Avqust 2026 - 17:26
Qazaxıstanda elektrik enerjisinin verilişi tam bərpa olunub

Qazaxıstanda elektrik enerjisinin verilişi tam bərpa olunub

14 Avqust 2026 - 17:18
“Qarabağ” – “Şamaxı” matçının biletləri satışa çıxarıldı

“Qarabağ” – “Şamaxı” matçının biletləri satışa çıxarıldı

14 Avqust 2026 - 17:07
Bakıda və bəzi bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bəzi bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

14 Avqust 2026 - 16:54
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

14 Avqust 2026 - 16:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.