TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Göygöl, Samux, Qazax, Tovuz, Şamaxı, Mingəçevir, Naftalan, Şəki, Qax, Oğuz, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, Füzuli, Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala, Saatlı, Lənkəran, Lerik, Xaçmaz və Şabran şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 67 binada təşkil olunub.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48049 abituriyent qeydiyyatdan keçib.