"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 - 00:00
in GÜNDƏM
FacebookVatsap

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü gün – 22 iyul ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur.

Bunu da oxuyun

Mülki müdafiə qoşunlarının hərbi hissəsində andiçmə mərasimi keçirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur

Azərbaycan milli mətbuatının yaranışı maarifçilik hərəkatının banilərindən biri təbiətşünas-alim Həsən bəy Zərdabinin adı ilə bağlıdır. 1875-ci ildə bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetini ərsəyə gətirən Həsən bəy onun həm naşiri, həm redaktoru, həm də korrektoru idi. Qəzetin işıq üzü görməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalılarımızın böyük xidmətləri olub.

Azərbaycanda qəzetçilik ənənəsinin əsasını qoyan “Əkinçi”nin cəmi 56 sayı işıq üzü görsə də (1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək), o, milli mətbuatımızın təşəkkül tapmasında və inkişafında əvəzsiz rol oynadı. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında populyarlıq qazanmışdı. Qəzet insanların maariflənməsinə, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasına vəsilə oldu. Həmçinin o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ etməklə, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərirdilər. Bu, çar Rusiyasına xoş gəlmədiyi üçün çox keçmədən “Əkinçi”nin nəşri dayandırıldı.

O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri yaşayan Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü funksiyasını yerinə yetirməkdə davam edib.

Ümummilli Lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, Azərbaycan milli mətbuatının inkişafında da misilsiz xidmətlər göstərib. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın tarixində də yeni mərhələ açdı. 1998-ci ildə senzuranın ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu da təbii olaraq, mətbuatın inkişafına ciddi təkan verdi.

Ulu Öndərin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam bərqərar olub. Təsadüfi deyil ki, hazırda respublikada çoxsaylı qəzet və jurnallar nəşr olunur, İnformasiya agentliklərinin, televiziya və radioların geniş şəbəkəsi fəaliyyət göstərir, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı və davamlı islahatlar nəticəsində Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib.

Cəmiyyətin güzgüsü adlandırılan mətbuat dinamik inkişaf edən sahələrdən biri kimi daim yenilənməyə açıqdır. Sosial şəbəkələrin meydana çıxması, media məkanında sürətli qloballaşma prosesi və milli mətbuatımızın inkişafı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirmişdi. Bu baxımdan media haqqında yeni qanun layihəsinin hazırlanması zamanın tələbi kimi qarşıda dururdu. 2021-ci ildə Azərbaycanda “Media haqqında” Qanun qəbul edildi. 9 fəsil, 78 maddədən ibarət olan sənəd ölkədə media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Milli mətbuatımızın yubileylərinin geniş qeyd olunması, KİV-ə müntəzəm yardımlar göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən tədbirlər bu mühüm sahəyə qayğının tərkib hissəsidir.

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirərək möhtəşəm Zəfərimizin müjdəçisi oldu. 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti danılmazdır. Onlar cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlarda iştirak ediblər. Məhz mətbuat nümayəndələrinin peşəkarlığı, fədakarlığı sayəsində Azərbaycanın apardığı ədalətli müharibə, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin xalqımıza qarşı törətdiyi müharibə cinayətləri haqqında dünya ictimaiyyətinə dolğun məlumatlar çatdırıldı. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında torpaqlarımızın azadlığı naminə qələmini silaha dəyişən jurnalistlərimiz də az deyil.

Xüsusilə vurğulamaq lazımdır ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumuna dolğun və faktlara əsaslanan müsahibələri informasiya müharibəsində də Qələbə qazanmağımızda müstəsna rol oynadı.

Azərbaycan həqiqətlərinin təbliği missiyasını hər zaman yorulmadan yerinə yetirən mətbuatımız 44 günlük Vətən müharibəsinin gedişində düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfə verdiyi kimi, postmüharibə dövründə də bu işi uğurla davam etdirməkdədir. Azərbaycan mediası Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin səsləndirdiyi bəyanatların, işğaldan azad edilmiş ərazilərimizdə aparılan geniş miqyaslı bərpa-quruculuq işləri barədə informasiyaların ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.

Müasir dövrümüzdə fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Azərbaycan jurnalistləri bu gün də iş başındadır və haqq işimiz uğrunda mübarizəni qətiyyətlə davam etdirirlər.

Previous Post

NASA nüvə qurğulu aparat yaradıb Marsa göndərmək üçün 2,1 milyard dollar ayıracaq

Next Post

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən iki nəfəri xilas edib

Bənzər yazılar

Mülki müdafiə qoşunlarının hərbi hissəsində andiçmə mərasimi keçirilib

Mülki müdafiə qoşunlarının hərbi hissəsində andiçmə mərasimi keçirilib

11 Noyabr 2026 - 10:37

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində 2026-cı ilin oktyabr çağırışçılarının andiçmə mərasimi keçirilib. FHN-dən Elchi.az-a verilən...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

08 Noyabr 2026 - 21:00

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. Elchi.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava...

Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur

Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur

08 Noyabr 2026 - 19:18

Qarabağ Zəfərinin 6-cı ildönümündə sizinlə olmağın bəxtiyarlığı içindəyəm. Elchi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham...

Şəhidlərin qanı yerdə qalmadı, tarixi ədalət bərpa edildi – Prezident

Şəhidlərin qanı yerdə qalmadı, tarixi ədalət bərpa edildi – Prezident

08 Noyabr 2026 - 19:09

Sizin göstərdiyiniz siyasi və mənəvi dəstək bizi daha da ruhlandırdı. Elchi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti...

Next Post
FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən iki nəfəri xilas edib

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən iki nəfəri xilas edib

“Brent” nefti 60 dollara qədər ucuzlaşa bilər

Dünya bazarlarında neftin qiyməti 92 dolları ötüb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Bakıda avtomobil körpüdən yola aşıb – FOTO

Bakıda avtomobil körpüdən yola aşıb – FOTO

11 Noyabr 2026 - 11:13
Cənubi Koreyada avtobus 32 nəqliyyat vasitəsinə çırpıldı: Çoxlu sayda yaralı var

Cənubi Koreyada avtobus 32 nəqliyyat vasitəsinə çırpıldı: Çoxlu sayda yaralı var

11 Noyabr 2026 - 10:55
İran Argentina hərbi dəniz və hava qüvvələrini “terror təşkilatı” elan etdi

İran Argentina hərbi dəniz və hava qüvvələrini “terror təşkilatı” elan etdi

11 Noyabr 2026 - 10:46
Mülki müdafiə qoşunlarının hərbi hissəsində andiçmə mərasimi keçirilib

Mülki müdafiə qoşunlarının hərbi hissəsində andiçmə mərasimi keçirilib

11 Noyabr 2026 - 10:37
G7 liderləri Putin və Zelenski arasında görüş keçirilməsinə çağırır

G7 liderləri Putin və Zelenski arasında görüş keçirilməsinə çağırır

11 Noyabr 2026 - 10:28
Kennedi ailəsi Trampın zəfər tağı layihəsinə qarşı məhkəmə iddiası qaldırıb

Kennedi ailəsi Trampın zəfər tağı layihəsinə qarşı məhkəmə iddiası qaldırıb

11 Noyabr 2026 - 10:19
Azərbaycanın Çindən yük qatarlarının qəbulunda kəskin artım olub

Azərbaycanın Çindən yük qatarlarının qəbulunda kəskin artım olub

11 Noyabr 2026 - 10:08
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb

ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb

11 Noyabr 2026 - 09:55
Endrik qışda “Real Madrid”dən ayrılmaq qərarına gəldi

Endrik qışda “Real Madrid”dən ayrılmaq qərarına gəldi

11 Noyabr 2026 - 09:44
Azərbaycan neftinin son ticarət qiyməti açıqlanıb

Azərbaycan neftinin son ticarət qiyməti açıqlanıb

11 Noyabr 2026 - 09:36
FHN: Bayram günlərində 72 yanğına çıxış olub, 18 nəfər xilas edilib – VİDEO

FHN: Bayram günlərində 72 yanğına çıxış olub, 18 nəfər xilas edilib – VİDEO

11 Noyabr 2026 - 09:27
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

11 Noyabr 2026 - 09:14
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

10 Noyabr 2026 - 19:22
Ukrayna və Rusiya Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər

Ukrayna və Rusiya Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər

10 Noyabr 2026 - 19:00
Paşinyan Parisdə Makronla görüşüb

Paşinyan Parisdə Makronla görüşüb

10 Noyabr 2026 - 18:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.