Azərbaycan Respublikasının ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının siyahısı hazırlanacaq.
Prezident İlham Əliyevin bu gün “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi haqqında” imzaladığı fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti dörd ay müddətində Azərbaycan Respublikasının ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Azərbaycan 10 ayda çay ixracından 6 mln. manatdan çox gəlir əldə edib
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici bazarlara 6 milyon 118 min ABŞ dolları dəyərində 691.9 ton çay ixrac edilib. Elchi.az...


















Son şərhlər