Nazirlər Kabineti 24 may 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edib.
Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, gələn ildən Maliyyə Nazirliyi təsdiq olunmuş dövlət büdcəsinin göstəricilərini, gəlirlərinin və xərclərinin bölgüsünü 5 iş günü müddətində büdcə təşkilatlarına çatdıracaq. İndiyə qədər bu müddət 1 ay idi.