İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 1 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili və 13 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bu barədə Elchi.az-a Dövlət Xidmətindən bildirilib.
Özəlləşdirilən kiçik dövlət müəssisəsi Qazaxın Xanlıqlar kəndində, yarımçıq tikili isə Bakının Qaradağ rayonunda yerləşir.
Nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Belə ki, hərracda 6 500 manat ilkin start qiyməti ilə təklif edilən “Nissan Teana” markalı avtomobil 13 015 manata satılıb.
Hərracda satılan əmlaklar üzrə dövlət büdcəsinə 234 495 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.
Növbəti hərrac iyunun 20-də keçiriləcək.
Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov tam ştatlı müəllimlərin seçim prosesi məsələsinə aydınlıq gətirib. Elchi.az...





















Son şərhlər