Ayyarım xəstəxanada qalan şöbə sədri ölüb |
Elchi.az “Report”a istinadən xəbər verir ki, iyun ayının 18-də Gəncə-Daşkəsən avtomobil yolunda idarə etdiyi “Hyundai” markalı avtomobillə avtomobil qəzasına düşən, 1956-cı il təvəllüdlü Firuddin Əli oğlu Cəfərli aldığı xəsarətlərdən bu gün vəfat edib.
Xatırladaq ki, F.Cəfərlinin idarə etdiyi avtomobil Yeni Azərbaycan Partiyasının (YAP) Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyevin xidməti maşını olan “NİVA” markalı avtomobillə toqquşub. Qəzaya isə bir müddət əvvəl ürəyindən əməliyyat olunan F.Cəfərlinin sükan arxasında infakt keçirməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.