Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3463,2 milyon manat olmaqla, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 4,9 faiz azalıb.
Bu barədə Elchi.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Bildirilir ki, cari ilin yanvar-iyul aylarında ölkədə ağ neft istehsalı 20,3 faiz, neft bitumu istehsalı isə 42,2 faiz azalıb.
Azərbaycanda istehsal olunan neft məhsulları:
| Məhsul növləri | 2026-cı ilin yanvar-iyul aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.08.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı |
| Avtomobil benzini, min ton | 828,4 | 102,3 | 53,7 |
| Ağ neft, min ton | 322,6 | 79,7 | 25,2 |
| Qazoyllar (dizel yanacağı), min ton | 1 360,2 | 98,1 | 128,4 |
| Mazut, min ton | 74,2 | 131,1 | 5,1 |
| Sürtkü yağları, min ton | 26,3 | 120,1 | 0,8 |
| Maye qazlar, min ton | 107,2 | 80,2 | 2,6 |
| Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
447,5 |
94 |
47,5 |
| ondan:
neft bitumu, min ton |
81,7 | 57,8 | 14,7 |
| neft koksu, min ton | 140,3 | 110 | 26,2 |





















