2013-2014-cü tədris ilinin əvvəlində Azərbaycanda 100 təhsil alana 47 qadın və 53 kişi düşür.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrində qadınların sayının çox olması onların pedaqoji və orta tibbi təhsilə üstünlük vermələri ilə əlaqədardır.
Qadın tələbələrin xüsusi çəkisi isə bütün tələbələrin 67 faizini təşkil edib. Qadınlar əsasən pedaqoji, səhiyyə, mədəniyyət və incəsənət, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə təhsil alırlar.
O cümlədən ötən il əyani tam orta təhsil müəssisələrində direktor vəzifəsində çalışan qadınların xüsusi çəkisi ötən tədris ili ilə müqayisədə 29,6 faizdən 30,2 faizə qədər artıb. Ümumilikdə əyani ümumi təhsil müəssisələrində qadınların ümumi sayında direktorların və onların müavinlərinin sayı 1 faiz artıb.