"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycanda əhali üçün su normaları təsdiqlənib

24 Avqust 2015 - 18:04
in XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycanda əhali üçün su normaları təsdiqlənib

Bunu da oxuyun

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

Azərbaycanda əhalinin təsərrüfat-içməli ehtiyaclarının ödənilməsinə il ərzində xüsusi orta sutkalıq su tələbatı normaları müəyyənləşib.
 
APA-nın məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “Su təchizatı. Xarici şəbəkə və qurğular” barədə qərarına əsasən  daxili su təchizatı və kanalizasiya sistemləri, yerli su qızdırıcıları və vannası olan binalarda bir nəfər sakin üçün sutkada 160-230 litr (l/sut), daxili su təchizatı və kanalizasiya sistemləri, mərkəzləşdirilmiş isti su təchizatı olan binalarda bir nəfər sakin üçün 239-250 l/sut su nəzərdə tutulmalıdır.
Xüsusi su tələbatının göstərilən hədlərdə qəbul edilməsi rayonun iqlim şəraiti, su təchizatı mənbəyinin gücü və suyun keyfiyyəti, binaların abadlıq dərəcəsi, mərtəbələrin sayı və yerli şəraitdən asılı olaraq təyin edilməlidir. Küçə suayrıcı kolonkalardan su götürülən yaşayış rayonlarında bir nəfərə il ərzində xüsusi orta sutkalıq su tələbatı 30-50 l/sut qəbul edilməlidir.  Əhalini ərzaq məhsulları ilə təchiz edən sənaye müəssisələrinin su tələbatı, eləcə də qeydə alınmamış su sərfləri, müvafiq əsaslandırma olduqda yaşayış rayonunun sutkalıq təsərrüfat-içməli su ehtiyaclarını ödəmək üçün verilən su sərfləri cəminin 10-20%-i qədər qəbul edilməsinə yol verilir. Mərkəzləşdirilmiş isti su təchizatı sistemi olan rayonlarda (mikrorayonlarda) təsərrüfat-içməli məqsədlərə ümumi su sərfinin 40%-i və maksimal sərf olan saatda – bu sərfin 55% miqdarda isti su birbaşa istilik sistemindən götürülə bilər. Qarışıq tikililəri olan rayonlarda qeyd olunan binalarda yaşayan əhalinin sayı nəzərə alınmalıdır. Əhalisinin sayı 1 milyondan çox olan yaşayış rayonlarında xüsusi su tələbatı hər bir konkret halda əsaslandırıldıqdan və dövlət orqanları ilə razılaşdırıldıqdan sonra artırıla bilər. Yaşayış və ictimai binalarda təsərrüfat-içməli, yerli sənaye, küçə və yaşıllıqların suvarılmasına su sərfləri xüsusi su tələbatına daxildir. İqlimdən, digər yerli şəraitlərdən və abadlıq dərəcəsindən asılı olaraq xüsusi su tələbatını ± 10-20% dəyişmək olar. Rayonların su təsərrüfatı balansında yaşıllıqların və həyətyanı sahələrin suvarılmasını arx sistemlərindən həyata keçirmək üçün əlavə sərf nəzərdə tutmaq lazımdır. Sənayenin inkişafı haqqında məlumat olmadıqda yaşayış rayonunun təsərrüfat-içməli su kəmərindən qidalanan müəssisələr üçün əhalinin xüsusi su tələbatına əsasən təyin edilmiş miqdarın 25%-i qədər əlavə su götürülməsinə yol verilir.
Sənəddə qeyd olunur ki, obyektlərin su təchizatı sənaye sahələri və kənd təsərrüfatının inkişafı və yerləşməsinin təsdiq olunmuş sxemləri, məhsuldar qüvvələrin respublikanın regionları üzrə inkişafı və yerləşmə sxemləri, həmçinin su ehtiyatlarının mühafizəsi və kompleks səmərəli istifadə edilməsinin baş, hövzə və ərazi sxemləri, şəhər və kənd yaşayış məntəqələrinin həmçinin, sənaye qovşaqlarının baş planları əsasında layihələndirilməlidir. Obyektlərin su təchizatı layihələri mütləq su tələbatı və yaranmış tullantı sularının balansı təhlil edilərək bu obyektlərin kanalizasiya layihələri ilə paralel işlənməlidir. Təsərrüfat-içməli və birləşmiş istehsalat-içməli su kəmərlərinin layihələrində su təchizatı mənbələrinin, su kəməri qurğularının və magistral sudaşıyıcı boruların ətrafında sanitariya-mühafizə zonaları nəzərdə tutulmalıdır. Təsərrüfat-içməli məqsədləri üçün istifadə edilən su təmizləndikdə, nəql edildikdə və rezervuarlarda saxlanıldıqda insan sağlamlığına zərər verməyən, Dövlət sanitariya-epidemioloji xidmətin tələblərinə cavab verən reagentlərdən, korroziya əleyhinə örtüklərdən, həmçinin süzücü materiallardan istifadə edilməlidir. İstehsalat ehtiyaclarını ödəməyə verilən suyun keyfiyyəti texnoloji reqlamentin tələblərinə cavab verməli və istismar heyəti üçün əlverişli sanitariya-gigiyena şəraiti təmin etməlidir. Su təchizatı sistemləri layihələndirildikdə bu sahədə mövcud olan mütərəqqi texnoloji sxemlər, qurğu və avadanlıqlardan istifadə olunması, əmək tutumlu işlərin mexanikləşdirilməsi, texnoloji proseslərin avtomatlaşdırılması və kompüterlə idarə olunması nəzərdə tutulmalıdır.
Previous Post

Azərbaycanda əhali üçün su normaları təsdiqlənib

Next Post

Mərkəzi Bankın son addımları manatı xilas edəcəkmi? – Ekspert təhlili

Bənzər yazılar

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

11 Sentyabr 2026 - 23:26

Avropa Seysmoloji Komissiyasının (ESC) 40-cı Baş Assambleyası çərçivəsində Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) Baş Assambleyasının iclası keçirilib. Bu barədə Elchi.az...

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

11 Sentyabr 2026 - 23:22

Sentyabrın 10-da səhər saatlarında baş verən bir neçə hücumdan sonra "Şərq-Qərb" neft kəmərinin Ər-Riyad və Mədinə ərazisindəki işi ehtiyat tədbiri...

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

11 Sentyabr 2026 - 23:20

Rusiyanın Arxangelsk vilayətinin Xolmoqor rayonunda avtobusla yük avtomobilinin toqquşması nəticəsində 12 nəfər ölüb. Bu barədə Elchi.az  "İzvestiya"ya istinadən xəbər verir....

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

11 Sentyabr 2026 - 21:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib.E "Haber Global"a istinadən xəbər verir ki, bu barədə...

Next Post

Mərkəzi Bankın son addımları manatı xilas edəcəkmi? - Ekspert təhlili

Mərkəzi Bankın son addımları manatı xilas edəcəkmi? - Ekspert təhlili

Son xəbərlər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

12 Sentyabr 2026 - 13:39
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

12 Sentyabr 2026 - 13:14
Şirvanda oğurluq edən şəxs saxlanılıb

Şirvanda oğurluq edən şəxs saxlanılıb

12 Sentyabr 2026 - 12:48
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

12 Sentyabr 2026 - 12:25
İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

12 Sentyabr 2026 - 11:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.