Rusiya strateji tərəfdaşı kimi Azərbaycana silah satmağa davam edəcək.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin deyib.
O qeyd edib ki, silah satışı mövcud müqavilələrə uyğun həyata keçiriləcək.
“Hər şey müqavilələrə uyğun olacaq. Hər iki ölkə (Azərbaycan və Ermənistan) strateji tərəfdaşımızdır”, – deyə o vurğulayıb.