“Ermənistan dövlət sərhədində Azərbaycan mövqelərinə qarşı təxribatları yenidən artırıb. Bunun Brüssel görüşündən sonra baş verməsi İrəvanın nail olmaq istədiyi iki mümkün hədəfinə diqqət çəkir”.
Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı FB hesabında qeyd edib:
“Birincisi, Azərbaycanı qarşıdurmaya sövq etmək, Brüsseldə sülh sazişinin mətni üzrə razılaşmanın praktiki mərhələdə icrasını uzatmaq istəyir;
İkincisi, Paşinyan “beynəlxalq müşahidəçi” təklifini yenidən aktuallaşdırmaq niyyətindədir və gərginlik bu məsələnin gündəmə gəlməsinə əsas yarada bilər”.
Yeganə