"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Azərbaycana da “İsgəndər” ala bilər

19 Dekabr 2016 - 09:48
in aktual-banner, Banner, GÜNDƏM, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

 Moskva Azərbaycana da  “İsgəndər” verə bilərElxan Şahinoğlu: “Bakıda müzakirələrin aparıldığını zənn edirəm”; Üzeyir Cəfərov: “Rusiya Azərbaycana qarşı həmişə qeyri-səmimi olub”

 
Ötən həftə Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Bakıda olması bəzi müzakirələr yaratdı. Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyanın iclası çərçivəsində Azərbaycana səfər edən Roqozin ölkə iqtidarı ilə əsas məsələlər barədə müzakirələr apardığını qeyd etdi.
Rusiya baş nazirinin müavininin Bakı səfərinin vaxtı məlum olandan sonra politoloq Elxan Şahinoğlu bildirmişdi ki, Kreml rəsmisi Bakıya yeni və cəlbedici müqavilələrlə gəlməli və son vaxtlar Ermənistana peşkəş verdikləri “İsgəndər” raketlərinin Azərbaycan tərəfdən alınmasına “yox” deməməlidir. 
Politoloqun bu fikirləri Rusiya rəsmisinin səfəri başa çatandan sonra bir daha gündəmə gəlib. Belə iddialar var ki, onun Bakı səfərində müzakirə edilən məsələlər sırasında əsas yerlərdən birini də “İsgəndər” raketləri tutub.
Image result for Elxan Şahinoğlu
 
E.Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında məsələ ilə bağlı bunları dedi: “Dmitri Roqozinin Bakı səfəri zamanı Rusiyanın Azərbaycana ”İsgəndər” raketlərinin satılıb-satıla bilməyəcəyi sualı ətrafında müzakirələrin aparıldığını zənn edirəm. Sadəcə, bu məsələ Roqozinin səlahiyyətində deyil. Bu qərarı Rusiya hərbi sənaye kompleksin ilə Kreml birlikdə verməlidir. Ancaq rəsmi Bakı bu cavabı gözləmədən artıq İsraillə anlaşıb və bu ölkədən alacağımız raket müdafiə sistemləri “İsgəndər” raketlərini neytrallaşdırmağa imkan verəcək”.
Image result for Hərbi ekspert Üzeyir Cəfərov
Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, Azərbaycan Rusiyadan “İsgəndər” raketlərini almamalıdır: “Bu gün Rusiya üçün fərqi yoxdur, təki malı satılsın. Bir növ insanların bədbəxtliyi üzərindən bu ölkə öz xoşbəxtliyini qurur. Roqozin Bakıya gəlib və sözsüz ki, bu məsələ müzakirə edilib. Yəqin ki, böyük ehtimalla Azərbaycan tərəfin könlünü almaq, bir növ üzrxahlıq etmək üçün bu təklifi edib. Düşünürəm ki, Azərbaycan tərəfin Roqozinə o qədər diqqət yetirməsinə böyük ehtiyac yox idi. Dekabrın 17-də səhər saatlarında 15-20 maşının Roqozini şimal istiqamətə, yəni sərhədə aparmasının şahidi idim. Sanki o sərhədə getməklə rus gömrükçülərinin Azərbaycandan bu ölkəyə gedənləri incitməsinin qarşısını alacaqdı. Roqozin bu gün gəldi, getdi, üç gündən sonra eyni vəziyyət yenə təkrar olunacaq. Rusiya Azərbaycana qarşı hər zaman qeyri-səmimi olub. Ola bilər ki, bəzi siyasətçilərimiz və dövlət rəsmiləri Rusiyadan nəyisə gözləsinlər, amma son 20 il göstərdi ki, Dağlıq Qarabağ məsələsinin həll olunmamasının birbaşa səbəbkarı odur. Rusiya bu məsələnin həllində maraqlı deyil. İndiyə qədər bir dəfə də olsun, Rusiya Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini dilinə gətirməyib. Roqozinin Bakı səfəri İsrailin baş nazirinin bundan öncə ölkəmizdə olması və Azərbaycan prezidentinin İsraildən silah alınması prosesinin davam edəcəyi ilə bağlı fikirlərindən qaynaqlanırdı – baxmayaraq ki, burada eyni vaxtda Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyaların iclası nəzərdə tutulmuşdu. Rusiya maliyyə imkanları kifayət qədər yüksək olan Azərbaycanı itirməmək üçün bu təklifləri irəli sürür. Məni sevindirən odur ki, Azərbaycan ordusunda rus istehsalı olan silahların sayı 90-cı illərdə 100% idisə, indi bu dəfələrlə aşağı düşüb, düşməkdə də davam edir. Rusiya ikibaşlı oyun oynayır, işğalçını silahlandırır, işğalçıya mənəvi dəstək olur, onunla birlikdə hərbi birləşmə yaradır. Roqozinin səfəri ölkəmizə heç nə verəsi deyil. Bu səfər Rusiyanı bu gün düşdüyü iqtisadi vəziyyətini düzəltmək üçündür. Çalışırlar ki, Azərbaycanın da maddi imkanlarından yararlansınlar. Sözdə Azərbaycana, əməldə isə hər addımbaşı Ermənistanın yanındadırlar. Roqozinin Bakı səfərini sırf Rusiya maraqları çərçivəsində qiymətləndirmək lazımdır”.
Previous Post

Azərbaycana da “İsgəndər” ala bilər

Next Post

ABŞ-dan prezidentə əfv üçün məktub göndərildi

Bənzər yazılar

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

08 Oktyabr 2026 - 17:38

Vaşinqton administrasiyası Ukrayna münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsinə kömək etmək cəhdlərini davam etdirmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu barədə...

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

08 Oktyabr 2026 - 16:00

Avropa İttifaqının (Aİ) Rusiya ilə qarşıdurması onun, eləcə də üzv ölkələrin problemlərini daha da dərinləşdirəcək. Elchi.az xəbər verir ki, bunu...

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

08 Oktyabr 2026 - 15:53

Əgər Azərbaycan əsgəri atəş açmasaydı, biz onu həmin gün geri qaytarardıq. Elchi.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol...

Tokayev: TRIPP imkanlarımızı genişləndirəcək

Tokayev: TRIPP imkanlarımızı genişləndirəcək

08 Oktyabr 2026 - 12:52

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TRIPP-in Orta Dəhlizə inteqrasiyasının “C5+1” formatında müzakirə olunmasını təklif edib. Elchi.az xəbər verir ki, Tokayevin sözlərinə...

Next Post

ABŞ-dan prezidentə əfv üçün məktub göndərildi

ABŞ-dan prezidentə əfv üçün məktub göndərildi

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.