Bu ilin ilk 6 ayında Azərbaycana digər ölkələrdən giriş edənlərin sayı ötən ilin ilk 6 ayı ilə müqayisədə azalıb.
Elchi.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda mediaturda deyib.
O bildirib ki, ilin sonuna qədər bu statistika dəyişə bilər.
“Ölkəyə ən çox səfər edən vətəndaşların mənsub olduqları ilk beş ölkə Rusiya Federasiyası, Türkiyə Respublikası, Gürcüstan, İran İslam Respublikası və Qazaxıstan Respublikası olub”, – o vurğulayıb.
Bu ilin ilk 6 ayında ölkəyə 192 ölkənin vətəndaşı tərəfindən ümumilikdə 1.091.865 giriş qeydə alınıb. BBƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Hindistan, Cənubi Asiya vətəndaşlarının səfərlərində isə kəskin azalma var.




















