APA-nın məlumatına görə, karate üzrə 75 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən yığmamızın lideri Rafael Ağayev bu gün mübarizəyə qoşulub. Dünya və Avropa çempionu debüt görüşündə ukraynalı İlya Nikulinlə üz-üzə gəlib. 3:0 hesabı ilə qalib gələn titullu idmançımız ikinci qarşılaşmasında gözlənilmədən Erman Eltemura (Türkiyə) uduzub – 3:5. Buna baxmayaraq, qrupda son döyüşünü Latviyanı təmsil edən Ruslan Sadıqova qarşı keçirən Ağayev 3:1 hesabı ilə məğlub edərək, qrup səddini adlayıb.
Rafael yarımfinalda almaniyalı Noa Bitşlə qarşılaşıb. Döyüş həmyerlimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. O, qızıl medal uğrunda italiyalı Luici Busa ilə görüşüb və 1:0 hesabı ilə qələbə qazanıb.