Cüdo üzrə Azərbaycan millisinin dünya çempionatına yollanacaq heyəti dəqiqləşib. Apasport.az saytının
məlumatına görə, komandamızın baş məşqçisi Hacıağa Hacıəhmədov Rusiyanın Çelyabinsk şəhərində baş tutacaq mundialda 9 idmançımıza şans verəcək.
O, kişilərin yarışında İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov və Elmar Qasımovı (hər ikisi 100 kq), qadınların mübarizəsində isə Kifayət Qasımovanı (57 kq) sınayacaq.
Qeyd edək ki, avqustun 25-31-də baş tutacaq dünya çempionatı üçün 120 ölkədən 751 cüdoçu (465 kişi, 286 qadın) sifariş olunub.
Avropa Liqası: “Qarabağ” – ÇSKA matçının start heyətləri bəlli oldu
UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - ÇSKA (Bolqarıstan) oyunu üçün heyətlər müəyyənləşib. Elchi.az xəbər verir ki, Bakı...



















Son şərhlər